Xalq yazıçısı Elçin Əfəndiyev son mənzilə yola salınıb
Ölkə
Oxunub: 79
4 avq 2025 | 16:57

Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Mərhumun cənazəsi Gənc Tamaşaçılar Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, mərhumun əsərlərinin çoxsaylı oxucuları teatrın binasına gələrək, unudulmaz nasirə son borclarını veriblər.

Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin vəfatı yalnız ailəsinin və yaxınlarının deyil, eyni zamanda, xalqımızın, ədəbi sözümüzün və ziyalı dünyamızın ağır itkisidir.

Elçin Əfəndiyevin özünəməxsus və zəngin yaradıcılığı ilə ədəbiyyatımızın inkişafında silinməz iz qoyduğunu söyləyən S.Yusifova deyib ki, onun ömür yolu böyük bir dövrün ədəbi və mədəni salnaməsidir - XX əsrin ikinci yarısından XXI əsrə qədər uzanan çoxşaxəli yaradıcılıq yoludur.

“Elçin müəllim yazıçı kimi həm klassik ənənəni qorudu, həm də müasir ədəbiyyata yeni nəfəs gətirdi. Onun əsərlərində biz tarixi hadisələri, insan talelərini, zamanın mənzərəsini və millətimizin mübarizə yolunu gördük. Bu əsərlər xalqın yaddaşını və mənəvi dəyərlərini yaşadan sənət nümunələridir. Təsadüfi deyil ki, bu gün görkəmli yazıçımızın “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Bayraqdarlar”, “Ölüm hökmü”, “Baş” kimi əsərləri, eləcə də çoxsaylı hekayələri, pyesləri, eləcə də elmi-nəzəri yazıları milli ədəbiyyatımızın qızıl fondunun incilərindən hesab olunur.

Görkəmli yazıçımızın və ictimai xadimimizin xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına (1998), “İstiqlal” (2003), Şərəf (2013), “Şöhrət” (2018) ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2023), eləcə də bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb.

Elçin Əfəndiyevin zəngin irsi əbədi olaraq yaşayacaq, ədəbiyyatımıza bəxş etdiyi əsərlər gələcək nəsillərə yol göstərəcək, onun xatirəsi xalqın yaddaşında daim uca tutulacaqdır”,- deyə mədəniyyət nazirinin müavini vurğulayıb.

Mərasimdə Xalq yazıçıları Anar, Kamal Abdulla və Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Elçin Əfəndiyevin vəfatını böyük kədər hissi ilə qarşıladıqlarını söyləyiblər.

Xalq yazıçısı Elçin Əfəndiyev bənzərsiz yaradıcılığından danışan natiqlər bildiriblər ki, o, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.

Diqqətə çatdırılıb ki, Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, ötən əsrin 80-ci illərinin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Xüsusi qeyd edilib ki, Elçin Əfəndiyevin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığı yalnız Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da elmi-tədqiqat obyektinə çevrilir. Yaradıcılığına metafizik realizm üslubunda hekayələrlə başlayan yazıçı Azərbaycan ədəbiyyatının qızıl fonduna tarixi romanları, absurd dramları, sürrealist və realist hekayə və povestləri ilə daxil olub. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailələri adından atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Belə ağır gündə onları tək qoymadığına görə bütün iştirakçılara təşəkkürünü bildirən Günay Əfəndiyeva böyük yazıçı olmaqla yanaşı, xoşbəxt bir ailə modeli yaratdığına, hər zaman xeyirxahlığı, alicənablığı, yüksək insani keyfiyyətləri ilə könüllərdə özünə əbədi sevgi quran atasına borclu olduqlarını söyləyib.

Xalq yazıçısı Elçin Əfəndiyevin cənazəsi Gənc Tamaşaçılar Teatrının binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq böyük yazıçı Elçin Əfəndiyevin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Allah rəhmət eləsin!
Dünən, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
Dünən, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
Dünən, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
Dünən, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
Dünən, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
Dünən, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930