Göygöldə IV Milli Yaylaq Festivalının açılış mərasimi olub
Ölkə
Oxunub: 127
18 avq 2025 | 00:17

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladıb. "Burada olmaq böyük xoşbəxtlikdir. Yaylaq festivalı sayəsində iki qardaş ölkə - Azərbaycan və Türkiyə mədəniyyətinin də ortaq olmasını bir daha görürük. Müsəlman ölkələri daim birgə olmalıdır. Qarabağ Zəfəri iki ölkənin bir daha güclü dostluq münasibətində olduğunu sübut etdi", - deyə o əlavə edib.

Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu bildirib: "Artıq dördüncü ildir Milli Yaylaq Festivalı təşkil olunur. İnsanlarda festivala olan maraq yüksək səviyyədədir. Əsas məqsədimiz adət-ənənələrimizi yaşatmaq və gənclərə bunu sevdirməkdir. Əlbəttə ki, bu cür tədbirlər dövlətin qayğısı olmadan baş tuta bilməz. Bizə dəstək olan Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana da minnətdarıq".

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov Göygöl rayonunda növbəti dəfə bu tədbirin təşkil edilməsinin sevindirici olduğunu vurğulayıb. O, Milli Yaylaq Festivalına olan marağı yüksək qiymətləndirib.

Tədbir bədii hissə ilə davam edib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.

Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növlərinə aid xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilib.

Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031