“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
Gündəm / Ölkə
Oxunub: 136
17 okt 2024 | 09:52


Bakı, 17 oktyabr, AZƏRTAC

Düz 4 il əvvəl oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. Otuz ilə yaxın müddətdə düşmən işğalında qalan Füzuli rayonunu azad edilmiş rayonların rəmzi olaraq “Giriş qapısı” adlandırmaq da mümkündür. Çünki Qarabağın işğaldan azad olunması üçün əvvəlcə Füzuli azad edilməliydi. Rayon strateji cəhətdən mühüm əhəmiyyətə malik olduğu üçün düşmən ordusu həmin ərazilərdə güclü müqavimət göstərirdi. Məhz bu səbəbdən də yuxarı komandanlıq ilk əks-hücum əməliyyatına Füzuli ərazisindən başlamaq barədə əmr verdi. Əsgər və zabitlərin böyük qəhrəmanlığı, fədakarlığı, bölmələrimizin döyüş ruhu və qələbə əzmi düşmənin müqavimətini qırdı. Şəxsi heyətin şücaəti və peşəkarlığı qarşısında aciz qalan düşmən silah-sursatını da ataraq müqavimət göstərdiyi mövqeləri, səngərləri qoyub qaçdı, yaşayış məntəqələrimizdən çıxarıldı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlanan əks-hücumdan sonra ilk müdafiə xətti yarıldı və döyüş tapşırığı uğurla yerinə yetirilərək düşmənin ön xətti darmadağın edildi. Erməni hərbi birləşmələri “keçilməz “Ohanyan səddi”ndən geri oturdularaq ərazidə ən hündür yerə - Məngələnata dağına sığındı. Həmin yüksəkliyin düşməndən təmizlənərək nəzarətə götürülməsi Ordumuzun uğur qazanmasında mühüm rol oynadı.

Füzulu Şəhəri Günü ərəfəsində AZƏRTAC-ın çəkiliş heyəti Məngələnata dağını və Füzuli şəhərini işğaldan azad edən hərbçilərdən müsahibələr alıb.

Füzulinin işğaldan azad olunmasında böyük şücaət göstərən Azərbaycan Ordusunun hərbi qulluqçularından mayor Zaur Abdullayev həmin günləri belə xatırlayır: “Məngələnata dağı çox mühüm strateji yüksəklik idi. Bu dağda düşmənin silahlı qüvvələri yerləşmişdi, çox güclü istehkam qurğuları vardı. Düşmənin oradan çıxarılması bir neçə saat çəkdi. Rəşadətli Ordumuzun onların üzərinə hücuma keçməsi nəticəsində düşmən silahını, təchizatını qoyaraq geri çəkildi. Hərbçilərimiz Məngələnata dağına gələnə qədər düşmənin bir neçə əsas dayaq məntəqəsini darmadağın etdi. Rəşadətli Ordumuz Alxanlı, Əbdürrəhmanlı kəndlərindən düşməni geriyə çəkilməyə məcbur etdi və düşmənə sarsıdıcı zərbələr endirdi.

Digər hərbi qulluqçu çavuş İlkin Vəliyev deyib: “Biz Füzuli rayonunun Alxanlı kəndindən keçəndən sonra Şpartı düzü istiqamətindən Məngələnata dağında gedən döyüşə başladıq. Azərbaycanın artilleriya qüvvələri döyüşə başladıqdan sonra 30 dəqiqə ərzində düşmənin əsas qüvvələrinə dayanmadan, sarsılmaz zərbələr endirdi. Düşmən artilleriya zərbələrini görəndən sonra mövqelərini tərk etmək məcburiyyətində qaldı. Həmin vaxt bir məqsədimiz vardı: Döyüşdə itki az vermək və torpaqlarımızı azad etmək. Allah şəhidlərmizə rəhmət etsin. Öz doğma torpaqlarımızı düşmən tapdağından təmizlədiyimiz üçün fəxr hissi keçirirəm”.

Füzulidəki döyüşün əhəmiyyətdən danışan hərbi ekspert Azər Bayramovun fikrincə, rayonun işğaldan azad olunması ilə erməni silahlı qüvvələri “bufer zonası”nı itirmiş oldu: “Xankəndinin və Xocavəndin müdafiə olunması üçün düşmən Füzuli şəhərini “bufer zona” kimi görürdü. Belə ki, Azərbaycan Ordusunun həyata keçirdiyi fəaliyyətlər, “Ohanyan səddi”nin yarılması, Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin azad olunmasından sonrakı mərhələdə düşmən Silahlı Qüvvələrimizin əsas hücumunu məhz Füzuli şəhərindən gözləyirdi. Onların əsas məqsədi Azərbaycan Ordusunun qarşısını açıqlıq ərazidə almaq idi”.

Bu döyüşlərdə qalib gələn qəhrəman hərbçilərimiz qələbələri ilə xalqımızı sevindirib, dövlətimiz tərəfindən fəxri adlara, orden və medallara layiq görülüblər. Onlar əməklərinə verilən yüksək qiymətə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirakına görə medalla mükafatlandırılan gizir Səid Abdullayev isə deyib: “Ermənilərin keçilməz hesab etdikləri səddi yararaq irəliləsək də, əlverişli strateji yüksəklik olan Məngələnata dağı adlanan ərazi düşmən nəzarəti altında idi. Düşmən həmin strateji yüksəklikdən canlı qüvvə və döyüş texnikasının hərəkətini izləyə bilirdi. Məngələnata dağının təmizlənməsi uğrunda ordu hissələrimizin uğurla yerinə yetirdiyi əməliyyatdan sonra Azərbaycan Ordusu bütünlüklə Füzuli rayonuna nəzarət etməyə başladı.



Bir Ordu mənsubu olaraq Füzulinin işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak etdiyimə, Ali Baş Komandan tərəfindən medallarla təltif olunduğuma görə qürur hissi keçirirəm”.

Düşmən məqsədinə çata bilmədi. Şəhidlərimiz, qazilərimiz olsa da, Ali Baş Komandan İlham Əliyevin verdiyi əks-hücum əmri uğurla yerinə yetirildi və beləliklə Füzuli şəhəri düşmən işğalından azad edildi. Hədəf isə bütün Qarabağı işğaldan azad etmək idi və bu arzumuza da çatdıq!

Müharibədən sonra azad olunan həmin ərazilərdə böyük abadlıq, tikinti-quruculuq işləri aparılır. Füzuliyə həyatın qayıtması, məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsi Prezident, Ali Baş Komandanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.










5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930