İran “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir
Ölkə
Oxunub: 111
13 okt 2025 | 12:56

Dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır. Buna görə də ölkələrimizin nəqliyyat infrastrukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqamətdə tədbirlər hazırlayıb həyata keçirməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, infrastrukturun uyğunlaşdırılması yüklərin sabit, gecikmələr olmadan və təhlükəsiz çatdırılmasını təmin edəcək.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun 3 ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizlə 2030-cu ilə qədər 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Bunun üçün isə ilk növbədə hər 3 ölkədə də yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır. Düşünürəm ki, sənədləşmənin tamamilə elektronlaşdırılması ötürmə qabiliyyətini artırar, gecikmələrin qarşısını alar. “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə birlikdə tikilir. Artıq torpaq sahələri alınıb və hamarlama işləri həyata keçirilib. Qarşılıqlı razılaşmaya əsasən, İran ilə Naxçıvanı birləşdirəcək yüksək ötürücülük qabiliyyətinə malik 107 kilometrlik Culfa-Kəlalə avtomobil yolunun tikintisi davam edir”, - deyə Sadiqi vurğulayıb.

Nazir İranın dəhlizin genişlənməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib: ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi unikal və beynəlxalq əhəmiyyət daşıyan layihədir. Bu dəhliz yalnız İran, Azərbaycan və Rusiya üçün yox, eyni zamanda, regionun digər dövlətlərinin iqtisadi inkişafına və sosial rifahına müsbət təsir göstərir”.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031