Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
Elm və təhsil
Oxunub: 247
17 okt 2024 | 08:13


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 75 illik yubileyi tamam olur.

Akademikin yubileyi münasibətilə “Akademik İsa Həbibbəyli – 75” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Məlumat bazası akademikin zəngin elmi, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Prezident İlham Əliyev tərəfindən akademik İsa Həbibbəylinin layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzaladığı rəsmi sənədlər, akademikə həsr edilən professor Rüstəm Kamalın “Elm tale kimi”, filologiya elmləri doktoru Lyudmila Səmədovanın “Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi, akademik İsa Həbibbəyli” AYB-nin üzvü Məmməd Tahirin “Mənim tanıdığım İsa Həbibbəyli Azərbaycan elminə misilsiz töhfələr vermiş görkəmli alim yüksək mənəvi keyfiyyətləri ilə də müstəsna şəxsiyyətdir” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İsa Həbibbəylinin müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, ssenari və tərcümələri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada akademikin kitablarının virtual sərgisi, video və foto qalereyası da nümayiş olunur.

Kitabxanada akademik İsa Həbibbəylinin yubileyi ilə əlaqədar məlumatlar, elmi araşdırmalarla zəngin olan həyat yolunu əks etdirən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “Diplomatik görüşlərdən xatirələr” kimi bölmələrlə yanaşı İsa Həbibbəylinin müəllifi olduğu “Kitabi Dədə Qorqud eposu. Heydər Əliyevdən İlham Əliyevə”, “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Arpaçay mahnısı”, “Qabdulla Tukay və Azərbaycan” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

AzərTac
Mənbə: www.science.gov.az saytı
27-11-2026, 12:25
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib
27-11-2026, 12:09
Ötən gün 65 cinayətin açılması təmin edilib
27-11-2026, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
27-11-2026, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
27-11-2026, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
27-11-2026, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
27-11-2026, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
27-11-2026, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
26-11-2026, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
26-11-2026, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
26-11-2026, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
26-11-2026, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
26-11-2026, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30