AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ müəssisə və təşkilatların elmi əməkdaşlarının və müəssisələrin illik elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli haqqında olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri yeni sistemin konseptual mahiyyəti, strukturu və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA-da rəqəmsal epoxanın çağırışlarına və müasir elmi idarəetmənin tələblərinə uyğun olaraq, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə elmi və elmi-təşkilati fəaliyyətin vahid bal sistemi əsasında qiymətləndirilməsi modeli hazırlanıb.
S.Xavəri bildirib ki, “Elm haqqında” Qanuna, AMEA Nizamnaməsinə və 2022-ci ildən etibarən Akademiyada həyata keçirilən struktur-idarəetmə islahatlarına əsaslanan bu model ənənəvi statistik kəmiyyət uçotundan keyfiyyət əsaslı və rəqəmsal-analitik idarəetməyə keçidi hədəfləyir. Diqqətə çatdırılıb ki, sənəddə yer alan bal və limit göstəriciləri müzakirə və təsdiq üçün təklif olunan elmi-metodoloji parametrlər kimi işlənilib.
Onun sözlərinə görə, elmin qiymətləndirilməsində kəmiyyət (“neçədir?”) və keyfiyyət (“necədir?”) sualları bir-birini tamamlamalıdır. Yeni yanaşmada kəmiyyət göstəriciləri rəqəmsal bazalar və sənədli sübutlarla təsdiqlənir, elmi keyfiyyət isə iki müstəqil ekspertin rəyi əsasında 100 ballıq şkala üzrə beş əsas meyar - elmi problemin qoyuluşu, nəzəri-metodoloji əsas, mənbə və sübutların etibarlılığı, elmi yenilik və müəllif töhfəsinin aydınlığı üzrə dəyərləndirilir. Ekspertlər arasında fikir ayrılığı və ya 20 baldan çox fərq yarandıqda üçüncü müstəqil ekspert cəlb edilir. Bununla yanaşı, humanitar və ictimai elmlərin spesifikası nəzərə alınaraq, yeni ilkin mənbələrin elmi dövriyyəyə daxil edilməsi, elmi-tənqidi mətnlərin hazırlanması və nəzəri-metodoloji izahlar da ayrıca elmi nəticə kimi qiymətləndirilir.
Məruzəçi vurğulayıb ki, akademik dürüstlük və şəffaflıq modelin təməl prinsiplərindəndir. Sübutsuz fəaliyyətə bal yazılmır, eyni iş iki dəfə ballandırılmır, antiplagiat yoxlaması sitatlar və arxiv mətnləri nəzərə alınmaqla kontekstual ekspert rəyi ilə tamamlanır. Süni intellekt alətlərindən istifadə isə müəllifin xüsusi bəyannaməsi ilə rəsmiləşdirilir və heç bir halda müəllif məsuliyyətini əvəz etmir. Həmçinin qiymətləndirmə prosesində əməkdaşların etiraz və müstəqil apellyasiya hüququ, eləcə də yarımillik plan icrası monitorinqi mexanizmləri nəzərdə tutulub.
Şöbə müdiri yekunda qeyd edib ki, hazırda müzakirə mərhələsində olan modelin elmi ictimaiyyətin irad və təklifləri əsasında təkmilləşdirilərək təsdiqlənməsi, pilot qaydada tətbiqi və AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən vahid elektron qiymətləndirmə platformasına inteqrasiyası planlaşdırılır.
Rəyasət Heyəti tərəfindən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Bu gün, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
Bu gün, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
Bu gün, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Bu gün, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
Bu gün, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
Bu gün, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
Dünən, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
Dünən, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
Dünən, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
Dünən, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
Dünən, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar