Bu gün Azərbaycan Kəlağayısı Günüdür
Ölkə
Oxunub: 0
26 noy 2026 | 11:21

26 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür.

AZƏRTAC xəbər verir ki, kəlağayı Azərbaycan xalqının milli kimliyini, zərifliyini və əsrlərdən süzülüb gələn sənətkarlıq ənənələrini özündə birləşdirən mənəvi sərvətimizdir. İpəyin zərifliyində, naxışların ahəngində, rənglərin harmoniyasında yaşanan bu sənət xalqımızın mədəni yaddaşının ayrılmaz hissəsidir.

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir.

Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu hadisə xalqımızın əsrlər boyu qoruyub saxladığı sənət ənənələrinin bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsi kimi əhəmiyyətini nümayiş etdirir.

Qeyd edək ki, Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı.

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.

Məşhur çeşnilər, təbii boyaqlar və zəriflik rəmzi

Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.

Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılara üstünlük verirlər.

Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olub, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynayıb. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.

Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnilərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.

Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir.

Kəlağayı istehsalında müxtəlif rəng çalarlarından istifadə olunur. Müxtəlif bitki növlərindən – sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.

Kəlağayılar el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən ismət simvolu sayılır.
Bu gün, 11:42
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
Bu gün, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
Bu gün, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
Bu gün, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
23-11-2026, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
23-11-2026, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
23-11-2026, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
23-11-2026, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
23-11-2026, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub
23-11-2026, 10:42
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30