Azərbaycan Xalqının Böyük Oğlu
Arif QULİYEV,
Kiyev Əqli Mülkiyyət və Hüquq
Universitetinin professoru, hüquq
elmləri doktoru, universitetin elmi
şurasının üzvü, Ukrayna Ali Təhsil
Milli Elmlər Akademiyasının
akademiki
15 İYUN QURTULUŞ Bayramımız mübarək olsun!
Heydər Əliyev böyüklüyün, müdrikliyin, öz xalqına dönməz sədaqətin rəmzidir. Ulu öndərin həyat və fəaliyyəti Azərbaycan tarixində unudulmaz iz qoyub, onu müasir firavan dövlətə çevirib. Heydər Əliyev təkcə siyasətçi deyildi, o, həm də xalqın liderliyinə milyonların heyran olduğu mənəvi atası idi.
***
Sadə bir ailədə dünyaya göz açan Heydər Əliyev hələ kiçik yaşlarından diqqətəlayiq liderlik və ziyalılıq keyfiyyətləri nümayiş etdirib. Sarsılmaz iradəsi və öyrənmək həvəsi sayəsində, o, təhsil alıb və karyera nərdivanlarını sürətlə qalxıb. Onun hakimiyyət zirvələrinə gedən yolu sınaqlarla dolu olsa da,
hər addımı xalqının rifahına xidmət edib. Heydər Əliyev əsl dövlət xadimi kimi misilsiz müdrikliyə, strateji təfəkkürə malik idi. O, ölkəsinin dərin ehtiyaclarını duyur və onları təmin etmək üçün düzgün yollar tapmağı bacarırdı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan siyasi qeyri-sabitlikdən iqtisadi
tərəqqiyə doğru irəliləyərək, öz inkişafında nəhəng sıçrayış etmişdir. Onun gələcəyə baxışı həmişə hər bir vətəndaşın rifahı və ləyaqəti üçün qayğı ilə dolu idi. Heydər Əliyev həmişə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun həyatı Vətənə qeyd-şərtsiz xidmət nümunəsi idi. O, Azərbaycan tarixinin ən çətin anlarında ağır bir məsuliyyət yükünü üzərinə götürərək dövlət başçısı oldu. Ulu öndərin ölkəsinə, xalqına məhəbbəti hədd-hüdud tanımır, cəsarəti və qətiyyəti Azərbaycanın dirçəlişinin açarı idi. Heydər Əliyev inanılmaz xarizmaya malik şəxsiyyət idi və insanları böyük nailiyyətlərə ruhlandırmağı bilirdi O, insanları necə birləşdirməyi, onları böyük məqsədə çatmaq üçün səfərbər etməyi bacarırdı. O, xalqı üçün əsl tərbiyəçi və müəllim idi.
***
Heydər Əliyevin ən böyük əsəri güclü, müstəqil və çiçəklənən müasir Azərbaycandır. Dövlətin inkişafına onun verdiyi töhfəni qiymətləndirmək çətindir. İqtisadiyyatın bərpası, siyasi sistemin sabitliyi, beynəlxalq mövqelərin möhkəmlənməsi – bütün bunlar onun yorulmaz fəaliyyəti və parlaq rəhbərliyi
sayəsində mümkün olmuşdur. Heydər Əliyev təkcə maddi nailiyyətlər deyil, həm də azərbaycanlıların gələcək nəsillərini ruhlandıracaq əbədi dəyərlər qoyub getmişdir. Adı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılmış Ulu öndərin həyat və fəaliyyəti sarsılmaz iradə, müdriklik və Vətənə
sonsuz məhəbbət nümunəsidir. O, milli qürur və ümid rəmzi, öz ölkəsinə və xalqına xidmət etməyə çalışan hər kəs üçün əbədi ilham
mənbəyi idi və belə də qalır.
***
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyət böhranı, dövlətin idarə olunması uğrunda ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedir və bu, ictimai həyatın bütün sahələrində təhlükəli xaos yaradırdı. Xalq səfil vəziyyətinə düşmüşdü, sosial gərginlik artırdı. Nəticədə 1993-cü ilin yayında real vətəndaş müharibəsi təhlükəsi yarandı. Suverenliyinin ilk illərində ölkə müstəqil inkişaf yoluna qədəm qoya bilmədi. Üstəlik, atılan bütün addımlar yeni problemlər yaradırdı və bunlar suverenliyin itirilməsinə gətirib çıxara bilərdi. O zaman ölkədəki çaşqınlığı və Ermənistanın elan etmədiyi müharibəni dayandırmaq, qaçqınlarla bağlı problemi tez həll etmək, respublikanın həyatını normal məcraya yönəltmək lazım idi. Belə bir çətin dövrdə uzun illər öz müstəqilliyi uğrunda mübarizə aparan xalqın ziyalıları millətin xilası üçün məsuliyyəti öz üzərinə götürməyi Heydər Əliyevdən israrla xahiş etdilər. Ulu öndər Azərbaycan dövlətinin və doğma xalqının bu halına biganə qala bilməzdi. O, xalqın dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi və ayın 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev ölkə Prezidenti seçilərək, öz ölkəsinininkişafının siyasi kursunu dəqiq müəyyənləşdirdi, Azərbaycanı düşmüş olduğu dərin böhrandan, çətinliklə də olsa, xilas etdi.
Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi öz zəngin təcrübəsi və səriştəlifəaliyyəti ilə çox qısa müddətdə ölkədə sosialgərginliyi aradan qaldırıb, vətəndaş müharibəsinin qarşısını almaqla yanaşı, müstəqil və güclü dövlət quruculuğu prosesinə start verə bildi. Amma bu illər Azərbaycan üçün ciddi
sınaqlar dövrü idi. Qazanılmış müstəqilliyi qoruyub saxlamaq mümkün olacaqdımı? Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu hələ sönməyib, onun layiqli lideri, böyük dövlət xadimi olduğu üçün istənilən çətinliyə qalib gələ bilər. Yeri gəlmişkən deyim ki, bütün bu məqamlar mənim 2023-cü
ildə Ukraynada nəşr olunan “Oтец Нации” (“Millət atası”) monoqrafiyamda geniş şəkildə öz əksini tapıb. Hər bir dövlətin formalaşmasında
görkəmli şəxsiyyətlər böyük rol oynayırlar. Lider cəmiyyəti və dövləti irəli aparmaq üçün daim zirvədə olmalı, bütün imkanlarını toplamağı, ondan düzgün istifadə etməyi bacarmalıdır. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə, adət-ənənələrinə sahib olan böyük xalqdır. Amma tarixi proseslər elə getdi ki, son bir neçə əsrdə öz müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı keçən əsrin əvvəllərində öz suveren dövlətini yaratsa da onu cəmi 23 ay qoruyub saxlaya bildi. Əsrin sonlarında xalq özünün dövlət müstəqilliyini yenidən bərpa etsə də, hakimiyyət uğrunda mübarizələr nəticəsində suverenliyini yenidən itirmək təhlükəsi ilə qarşılaşdı.
Yalnız Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda vəziyyət əsaslı şəkildə dəyişdi. Doxsanıncı ilin ortalarında ölkədə dövlət çevrilişnə bir neçə dəfə cəhd edildi. Heydər Əliyevin məharətli fəaliyyəti ilə bunların qarşısı alındı və ölkədə yeni Əsas qanunun qəbulu ilə konstitusiya quruluşuna qarşı mübarizə
qəti şəkildə dayandırıldı. Ölkədə ictimai təhlükəsizlik və sabitlik bərpa olundu.Heydər Əliyevin fəaliyyəti təkcə yığılıb qalmış problemlərin həllinə deyil, eyni zamanda, ölkənin gələcək inkişafına və dövlətçiliyinin möhkəmlənməsinə yönəlmişdi. Qarşıda, ölkənin siyasi çaşqınlıq vəziyyətindən çıxarılması və dövlətçiliyin əsaslarının bərpası məsələsi dururdu. Eyni zamanda, işsizliyin azaldılması və dövlətin gələcək taley üçün ictimai məsuliyyətin formalaşdırılması üçün əsaslı tədbirlər görülməli idi. Heydər Əliyev bütün bu məsələləri öz nəzarətində
saxlayır və həll edirdi. 1993-2003-cü illər müxtəlif təhdid və təhlükələrlə müşayiət olundu, gənc respublikaya təzyiqlər həddən artıq böyük idi. Lakin
Heydər Əliyevin siyasi nüfuzu və vaxtında qəbul etdiyi düzgün qərarlar Azərbaycanı bu xətalardan sovuşdura bildi. On il ərzində Azərbaycan genişmiqyaslı iqtisadi islahatlar, ölkənin siyasi sisteminin və ictimai münasibətlərin humanistləşdirilməsi ilə paralel olaraq dövlətçiliyin qurulması, demokratik keçid yolu keçmişdir. Azərbaycan Silahlı Qüvvələri 1994-cü ilin əvvəllərində işğal olunmuş ərazimizin bir hissəsini Ümummilli liderin məharətli rəhbərliyi ilə düşmən tapdağından azad etdi. Lakin ordu quruculuğunu yaxşılaşdırmaq üçün vaxt lazım idi. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs əldə edildi. O zaman Heydər Əliyevin taktikasını lakonik formada belə ifadə etmək olardı: “Müharibədə qalib gəlmək üçün kifayət qədər güclü və ondan qaçmaq üçün müdrik olmaq lazımdır”. Heydər Əliyev Azərbaycanın rəhbəri kimi öz səriştəli fəaliyyəti ilə çox qısa müddətdə ölkədə sosial gərginliyi aradan qaldırıb, vətəndaş müharibəsinin qarşısını almaqla yanaşı, müstəqil və güclü dövlət quruculuğu prosesinə start verə bildi. Ölkədə ictimai-siyasi həyatın sabitləşməsi, demokratik ənənələrin və təsisatların yaradılması və təkmilləşdirilməsi ardıcıl şəkildə baş verdi. Dövlət aparatı səmərəli dövlət idarəetmə institutları formalaşdırıldı. Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetləri tərtib edildi, 1994-cü ildən başlayaraq müstəqil dövlətin neft strategiyası yaradıldı. Bunun əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu. Azərbaycanın regional
logistika mərkəzi kimi rolu Böyük İpək Yolu layihəsində fəal iştirakı ilə dəyişdi. Bundan əlavə, həyata keçirilən xarici siyasət modeli formalaşdırıldı, müasir ordu yaradıldı. Yeri gəlmişkən bir fikrimi də demək istəyirəm. Əgər Heydər Əliyev sağ olsaydı, bugünkü Ukrayna böhranının həllində Kiyev şəhərinin fəxri vətəndaşı kimi, o, böyük bir vasitəçi missiyasını öz üzərinə götürərdi. Axı, hərbi əməliyyatların və açıq şəkildə vətəndaş qarşıdurmasının getdiyi bir ölkəni idarə etmək çox çətindir.
***
Ümummilli lider siyasi kursun davamlılığının möhkəm əsasını qoydu. Onun dövlət quruculuğu və iqtisadi dirçəliş sahəsində intensiv fəaliyyəti nəticəsində ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Siyasi liderlər xalqların və dövlətlərin taleyinin formalaşmasında əsas rol oynayırlar. Onlar sosial dəyişikliklərin memarı, milli maraqların keşikçiləri və xalq iradəsinin ilhamvericiləridir. Siyasi lider olmaq təkcə imtiyaz deyil, həm də insandan müdriklik, qətiyyət və öz işinə sonsuz sədaqət və fədakarlıq tələb edən böyük məsuliyyətdir. Ulu öndər hesab edirdi ki, siyasi lider öz ölkəsinin tarixini, mədəniyyətini, iqtisadiyyatını dərindən bilməlidir. Liderin müdrikliyi uzunmüddətli inkişafa və çiçəklənməyə töhfə verən əsaslandırılmış qərarlar qəbul etmək bacarığında təzahür edir. Keçmişi təhlil etməyi və gələcəyi proqnozlaşdırmağı bilən lider xalqını çətinliklərdən və sınaqlardan qurtara bilər. Əsl lideri adi siyasətçidən fərqləndirən əsas cəhət onun vətəninə və xalqına olan sonsuz sədaqətidir. Belə lider xalqının rifahı üçün öz maraqlarını qurban verməyə də hazırdır. Liderliyin ən vacib cəhətlərindən biri
başqalarını ruhlandırmaq bacarığıdır. Siyasi lider xarizmatik olmalıdır ki, insanları dəyişikliklərin zəruriliyinə inandırsın və onları birgə işləməyə səfərbər edə bilsin. Güclü lider insanları ümumi məqsəd ətrafında birləşdirməyi, onlara inam aşılamağı və çətin anlarda dəstək verməyi bacarmalıdır. Ulu öndər
milyonlarla insandan vahid bir millət yaratdı.
***
15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və bu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gə- lişi ilə bağlıdır.
Bu gün Azərbaycan bir çox beynəlxalq birlik və təşkilatların üzvüdür. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyev dünya siyasətinə bələdliyi, qətiyyəti, xarizması bütün beynəlxalq və mötəbər tədbirlərdə parlaq çıxışları, verdiyi vədləri yerinə yetirməsi ilə böyük nüfuz qazanıb. Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında 200 illik erməni işğalına son qoyub, Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu, Azərbaycan xalqında, dünyanın müxtəlif guşələrində yaşayan bütün azərbaycanlılarda haqlı fəxarət və qürur hissi yaradır. Bütün bu uğurlarımızın bünövrəsi 31 il bundan əvvəl iyunun 15-də qoyulmuşdur. Bayramımız mübarək olsun!
Bu gün, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
Bu gün, 10:33
Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr aşkarlanıb TƏDQİQAT
Bu gün, 10:31
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Bu gün, 10:23
Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib
Bu gün, 09:10
ANONS! ANONS! ERMƏNİ DOSTU VƏ ERMƏNİLƏRİN DOSTU AYDIN ƏLİ-ZADƏ İLƏ BAĞLI YENİ ARAŞDIRMAM YOLDADIR!...
4-11-2024, 10:34
“Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi” adlı tədbir keçirilib
4-11-2024, 10:08
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
1-11-2024, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
1-11-2024, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
31-10-2024, 12:11
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
31-10-2024, 12:03
Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər
28-10-2024, 12:41
Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
24-10-2024, 11:47
Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
24-10-2024, 10:37
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib
21-10-2024, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb