Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib
Ölkə
Oxunub: 18
8 dek 2025 | 23:48

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.

L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb. Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris vasitələri ilə təmin edib.

O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan deməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.

Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, Heydər Əliyev Fondu uzun illərdir təhsil sahəsində mükəmməlliyi təşviq edir, innovativ təşəbbüsləri dəstəkləyir, uşaqlar və gənclər üçün geniş imkanlar yaradır. Fondun fəaliyyəti həm Azərbaycanda, həm də İslam dünyasında təhsilin gücləndirilməsində əvəzsiz rol oynayır. Nazir diqqətə çatdırıb ki, Elm və Təhsil Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə cəmiyyətin sosial və mədəni inkişafına töhfə verən ortaq məqsədlərin həyata keçirilməsindən qürur duyur. Emin Əmrullayev vurğulayıb ki, süni intellekt artıq həyatımıza, iş fəaliyyətimizə və öyrənmə proseslərimizə təsir göstərir. Süni intellekt daha güclü, daha ədalətli və fərdi öyrənənlərə uyğunlaşdırılmış təhsil sistemlərinin qurulması üçün böyük potensiala malikdir. Lakin bu texnologiyadan məsuliyyətlə, etik prinsiplərə uyğun və düşünülmüş şəkildə istifadə olunmalıdır.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında qeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin – süni intellekt dövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıran qüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfə çevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşı çıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür və geridə qalacaqlar.

O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm də imkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə, idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir.

ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilmə mərasimi keçirilib.

Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Heydər Əliyev Fondu İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla təltif olunur.

Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.

Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum çıxışında “Həmdan-ICESCO” mükafatı qaliblərini təbrik edərək deyib: “Siz bu gün təhsil mühitinə və təhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar və ianəçilər üçün fəxr və ilham mənbəyi olmusunuz. Təhsilə dəstək üçün könüllülük səylərinin mədəniyyətini və təsirini yaymaq məsuliyyətimizdən geri çəkilməyəcəyik”.

Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslam dünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.

Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv hala gətirir.

Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin inkişafına təkan verir.

Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin, əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə bildirilir ki, İslam dünyası süni intellektin cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və mədəniyyətin inkişafı missiyasını yerinə yetirmək üçün həyati əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni zamanda, sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin olmaması kimi riskləri də qəbul edir.

ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlar əməkdaşlığı gücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərinin beynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təmin etmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyan edirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslam dünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgə layihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa və gələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzv dövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyaları hazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərini və inklüziv inkişafı təmin edə biləcəklər.

Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” ("My Seas, My Oceans”) sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.
Dünən, 11:58
Fərhad Kərimov: ƏMAS-da təxminən 1,745 milyon əmək müqaviləsi elektron qaydada imzalanıb
Dünən, 11:56
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Dünən, 11:54
Avropa İttifaqı Ukraynaya yardım üçün 90 milyard avro kredit cəlb edir
Dünən, 11:51
ABŞ “Green card” lotereyasının fəaliyyətini dayandırır
Dünən, 11:50
Norveç xeyriyyə təşkilatları Çindən bəzi geyimlərin qəbulundan imtina edir
Dünən, 11:44
Əfv Komissiyasının üzvü: Prezidentin amnistiya təşəbbüsü müasir tariximizdə misli görünməmiş əlamətdar hadisədir
Dünən, 11:40
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda türkdilli xalqların nümayəndələri ilə birlikdə qeyd edilib
Dünən, 11:35
Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
Dünən, 11:29
Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
18-12-2025, 12:15
Azərbaycanda qış turizm mövsümü açılıb
18-12-2025, 12:12
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb
18-12-2025, 12:10
Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri mediada geniş işıqlandırılıb
18-12-2025, 12:08
Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir
17-12-2025, 12:34
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
17-12-2025, 12:15
Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ
17-12-2025, 10:51
AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb
16-12-2025, 12:50
Milli Məclisin növbəti plenar iclası keçirilir
16-12-2025, 12:43
Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
16-12-2025, 12:38
Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib
16-12-2025, 12:36
Prezident: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir
15-12-2025, 11:56
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15-12-2025, 10:42
Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib
15-12-2025, 10:36
Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
11-12-2025, 11:46
Xəzər Tibb Mərkəzində fasiləsiz fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb
11-12-2025, 11:36
Strasburqda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib
11-12-2025, 11:31
Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub
11-12-2025, 11:29
Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031