Ümummilli Lider Heydər Əliyevin ictimai görüşlərində gender amili – dəyirmi masa





Dekabrın 3-də AMEA-da “Ümummilli Lider Heydər Əliyevin ictimai görüşlərində gender amili” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin xatirəsinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət və ehtiramla yad edildiyini bildirərək, Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Vurğulayıb ki, dünyanın nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev öz müstəsna xidmətləri ilə xalqın qəlbinə və tarixin yaddaşına əbədi həkk olunub.
“Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində və tanıdılmasında, dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsində Ulu Öndərin böyük rolu olub”, - deyən akademik İsa Həbibbəyli Ümummilli Liderin keçdiyi yolun, qazandığı təcrübənin, apardığı mübarizənin, gəldiyi nəticələrin və çatdığı mərhələlərin həm də dünya xalqları üçün bir nümunə, örnək olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dünyaya müstəqil dövlətçilik dərslərinin təlimini təqdim edib. Dahi liderin dövlətçilik təlimi öz ölkəsini bugünkü inkişafa gətirib çatdıran böyük siyasi təlimdir, əbədiyaşardır və uzunömürlüdür.
AMEA rəhbəri çıxışında Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müasir çağırışlara uyğun olaraq inkişaf etdirildiyini söyləyib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. O, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdiyini deyib. Qeyd edib ki, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi sıx birləşməsi nəticəsində 30 illik işğala son qoyulub, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam bərpa edilib. Bu tarixi Qələbə həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi olub.
Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafını diqqət mərkəzində saxladığını deyən akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubiley tədbirlərinin ən parlaq zirvəsinin Prezident İlham Əliyevin noyabrın 3-də Akademiyanın yığıncağında iştirakı və dərin məzmunlu çıxışı olduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının yubiley yığıncağında iştirakı və çıxışı Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına dövlət səviyyəsində diqqətin ifadəsidir.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək Heydər Əliyevin həyat yolu və dövlətçilik irsinin təkcə müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının quruculuğu ilə deyil, həm də ölkəmizdə hüquqi, sosial və gender bərabərliyi prinsiplərinin formalaşması ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, müasir dövlətçiliyimizin əsasını təşkil edən milli müstəqillik, suverenlik, demokratik konstitusiya quruluşu və hüquqları Ulu Öndərin strateji baxışları və qətiyyəti nəticəsində real məzmun kəsb edib.
“Ulu Öndərin dövlət siyasətinin mühüm istiqamətlərindən biri qadınların cəmiyyət və dövlət idarəçiliyində, elm və təhsildə rolunun genişləndirilməsi olmuşdur”, - deyən akademik İradə Hüseynova qeyd edib ki, dahi lider qadın hüquqlarını demokratik dövlət quruculuğunun əsas komponentlərindən biri hesab edib. Bu baxış Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi zamanı, həm də müstəqillik illərində həyata keçirdiyi siyasətdə aydın görünüb. Ulu Öndərin qəbul etdiyi “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam, eləcə də 2000-ci ildə təsdiq edilən “Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” gender bərabərliyini ölkənin hüquqi və sosial inkişafının ayrılmaz tərkib hissəsinə çevirib.
Akademik İradə Hüseynova əlavə edib ki, bu gün qadınlarımız elmdə, təhsildə, dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak edir, ölkənin intellektual və innovativ inkişafına ciddi töhfələr verirlər. Prezident İlham Əliyev müasir mərhələdə gender siyasətinə strateji yanaşmanı inkişaf etdirib, qadınların ictimai-siyasi fəallığının genişlənməsi üçün yeni imkanlar yaradıb. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları və institusional islahatlar müasir Azərbaycan cəmiyyətində qadınların iştirakını daha yüksək səviyyəyə qaldırır.
Daha sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir. Ölkəmizdə gender məsələləri Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub, onun hakimiyyətinin bütün dövrlərində kişi və qadınların siyasətdə və hakimiyyətdə bərabər iştirakına zəmin yaradılıb. Məhz dahi liderin Fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı Fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”, İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini akademik Nərgiz Axundovanın “Heydər Əliyev Azərbaycan tarixinin Böyük Lideridir”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “XX əsr Azərbaycan dahisi Ulu Öndər Heydər Əliyev”, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyevanın “ Heydər Əliyev əbədi yaddaşlarda” mövzularında məruzələri dinlənilib.




10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub