Fərhad Kərimov: ƏMAS-da təxminən 1,745 milyon əmək müqaviləsi elektron qaydada imzalanıb
Ölkə
Oxunub: 69
19 dek 2025 | 11:58
[medium=left]https://cahanplus.com/uploads/posts/2025-12/1766131071_17661297142039657160_1200Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) üçün 2025-ci ili uğurlu hesab edə bilərik. Bu il mərkəzin fəaliyyətinin 4 ili tamam oldu. Bu müddət ərzində DOST RİM sosial xidmətlərin rəqəmsallaşması üzrə əsas mərkəzə çevrilmişdir. Beynəlxalq müstəvidə qazandığımız uğurlara daha 3 yeni beynəlxalq mükafat əlavə olundu.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov bildirib.

“Öncə “Acquisition International” qurumu tərəfindən təşkil olunan müsabiqədə “Qərbi Asiyada ən yaxşı sosial ödəniş həlləri provayderi 2025” mükafatı, sonra “Reabilitasiya və abilitasiya xidmətləri üzrə rəqəmsal platforma” layihəsi “Acquisition International” qurumu tərəfindən təşkil olunan müsabiqədə “2025-ci ilin reabilitasiya xidmətləri innovasiyası mükafatı” və Böyük Britaniyanın “Cambridge IFA” qurumunun təşkil etdiyi “3G Transparency Award 2025” müsabiqəsinin qalibi mükafatları oldu. Bu uğurlar DOST RİM-in innovativ texnoloji həllərinin beynəlxalq səviyyədə rəğbətlə qarşılandığını göstərir və Azərbaycanın sosial xidmət sahəsində rəqəmsal transformasiya modelinin dünyada nümunə kimi tanınmasına töhfə verir”, - deyə Fərhad Kərimov qeyd edib.

Fərhad Kərimov vurğulayıb ki, DOST RİM tərəfindən bölgələrdə əhalinin rəqəmsal savadlılığının artırılması məqsədilə təlimlər keçirilir: “Məsələn, Qusar rayonunda sosial sahə üzrə e-xidmətlərə dair praktiki təlim təşkil edilib. Mərkəzdə, həmçinin “DigiDOST” könüllülük proqramı çərçivəsində üç aylıq təlim proqramı təşkil olunub. Bu proqramda iştirak edənlər sistem inzibatçılığı, biznes prosesləri, proqramlaşdırma, süni intellekt və məlumat idarəçiliyi üzrə biliklər əldə edib və bir qismi Mərkəzdə əməkdaş kimi fəaliyyətini davam etdirir”.

F.Kərimov qeyd edib ki, “E-Sosial” portalının “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) “Rəsmi yazışmalar” bölməsində yeni funksionallıq istifadəyə verilib. Bu yenilik işəgötürənlər üçün işdən qısamüddətli icazələrə elektron şəkildə nəzarəti təmin edir.

“ƏMAS-da bu il üçün digər yeni funksiya isə, 15-18 yaş arasındakı şəxslərlə əmək müqaviləsi bağlanarkən valideyn (və ya qəyyum) razılığının mütləq rəqəmsal şəkildə sistemə daxil edilməsidir. Bu, əmək münasibətlərində yeniyetmələrin hüquqlarının qorunmasına xidmət edir və qanunvericiliyin rəqəmsal icrasını təmin edir. 2025-ci ilin uğurlarından biri də budur ki, ƏMAS-da artıq təxminən 1,745 milyon əmək müqaviləsi elektron qaydada imzalanıb. Eyni zamanda, müqavilələrin dəyişdirilməsi və xitam verilməsi əməliyyatları da e-sistemdə həyata keçirilir. Bu yeniliklər sayəsində ƏMAS rəqəmsal əmək münasibətlərini daha da gücləndirib, elektron sənəd dövriyyəsi və rəqəmsal imza tətbiqini genişləndirib, hüquqi uyğunluğu və işçi hüquqlarını daha yaxşı qoruyan mexanizmlər qurub. Bundan əlavə, aparılan təkmilləşdirmələr çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq işə salınıb.

Sistem vasitəsilə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.) işlə təmin olunması sistem vasitəsilə monitorinq edilir.

Bu funksionallıq işəgötürənlərə real vaxt rejimində öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerlərində prosesi daha operativ idarə etmək və müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini ƏMAS vasitəsilə görmək və s. kimi imkanlar yaradır. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin edir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir”, -deyə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini əlavə edib.x630.jpeg[/medium]
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930