Vaqif Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının əməkhaqlarından hər ay müəyyən faizinin “YAŞAT” Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Vətən müharibəsində şəhid olan əsgər və zabitlərin, qazilərin ailələrinə və yaralananlara daim dəstəyini nümayiş etdirir.
Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov - Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və bu problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Vətən müharibəsi qəhrəmanılarına ən yüksək təqaüd müəyyən edilib, şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrə nisbətən xeyli artırılıb.
Şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Onların bir sıra üstünlükləri var: işə düzəlmələrində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ardıcıl və davamlı ifadəsidir.
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqədən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və Qalib Prezidentimizə inam hisslərini və məhəbbətini günü-gündən durmadan artırır.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədəm müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərə çarpacaq dərəcədə gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitininin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin daim davamlı olduğunun yeni bariz nümunəsidir.
Bu sərəncama əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməyə imkan yaradacaqdır.
Bu sərəncam həmçinin əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndən biri kimi onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaqdır. Bu sahədə həyata keçirlən tədbirlər hər zaman olduğu kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək, böyük rəğbət və məmnunluqla qarşılanacaqdır
Tam qətiyyətlə inaniram ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Məhz bu əhəmiyyətli və vacib qayğı nəticəsində minlərlə əlillərimiz müəyyən müddətdən sonra öz sağlamlıqlarını bərpa edəcək, onlardan böyük bir qismi aldıqları yaralarının ağrısını azacıq da olsa yüngüllüşdirəcək və gündəlik həyatda fəal iştirak edəcəklər.
Bu isə gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirəcək. Hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi özlərinin əbədi müqəddəs vəzifəsi və oğulluq borcu biləcəklər.
Dünən, 11:58
Fərhad Kərimov: ƏMAS-da təxminən 1,745 milyon əmək müqaviləsi elektron qaydada imzalanıb
Dünən, 11:56
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Dünən, 11:54
Avropa İttifaqı Ukraynaya yardım üçün 90 milyard avro kredit cəlb edir
Dünən, 11:51
ABŞ “Green card” lotereyasının fəaliyyətini dayandırır
Dünən, 11:50
Norveç xeyriyyə təşkilatları Çindən bəzi geyimlərin qəbulundan imtina edir
Dünən, 11:44
Əfv Komissiyasının üzvü: Prezidentin amnistiya təşəbbüsü müasir tariximizdə misli görünməmiş əlamətdar hadisədir
Dünən, 11:40
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda türkdilli xalqların nümayəndələri ilə birlikdə qeyd edilib
Dünən, 11:35
Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
Dünən, 11:29
Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
18-12-2025, 12:15
Azərbaycanda qış turizm mövsümü açılıb
18-12-2025, 12:12
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb
18-12-2025, 12:10
Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri mediada geniş işıqlandırılıb
18-12-2025, 12:08
Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir
17-12-2025, 12:34
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
17-12-2025, 12:15
Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ
17-12-2025, 10:51
AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb
16-12-2025, 12:50
Milli Məclisin növbəti plenar iclası keçirilir
16-12-2025, 12:43
Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
16-12-2025, 12:38
Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib
16-12-2025, 12:36
Prezident: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir
15-12-2025, 11:56
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15-12-2025, 10:42
Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib
15-12-2025, 10:36
Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
11-12-2025, 11:46
Xəzər Tibb Mərkəzində fasiləsiz fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb
11-12-2025, 11:36
Strasburqda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib
11-12-2025, 11:31
Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub
11-12-2025, 11:29
Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub