AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Mayın 21-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi ilə iştirakçıları tanış edib.
Akademik Gövhər Baxşəliyeva iclasda “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” mövzusunda məruzənin dinləniləcəyini bildirib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli məruzəsini təqdim edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubleyinin keçirilməsi yalnız böyük bir elmi-ədəbi tədbir deyil, eyni zamanda dərin ictimai-siyasi və ideoloji məzmun daşıyan hadisədir. Onun sözlərinə görə, Bəxtiyar Vahabzadəni yaxından tanıyan, onunla az hallarda olsa da, təmasda olmuş bir şəxs kimi, bu görkəmli mütəfəkkirin yaradıcılığına müraciət etməyi və AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasında çıxış etməyi özünə şərəf bilir.
Məruzəçi bildirib ki, Bəxtiyar Vahabzadə ölkəmizdə və onun hüdudlarından kənarda ən çox müraciət edilən, tədqiq olunan böyük fikir adamıdır, şair-filosofdur, ədəbiyyatşünas alimdir, qüdrətli dramaturqdur, ictimai-siyasi xadimdir. Son illərdə akademik İsa Həbibbəyli, professor Əlizamin Əsgərli, dosent Aida Mirzəyeva və başqa tədqiqatçılarımız bu görkəmli şairin yaradıcılığına dair qiymətli əsərlər yazmışlar.
Alim onu da vurğulayıb ki, Bəxtiyar Vahabzadə əksər şairlərimiz kimi gənclik çağlarında daha çox lirik mövzulara müraciət etmiş, ülvü arzularını ifadə etmiş, şeirlərinin səmimiliyi, özünəməxsus üslubi ilə geniş oxucu kütləsində dərin rəğbət qazanmışdır. 1950-ci illərin sonlarından şairin poeziyasında milli kimlik, ana dili, azadlıq təranələri önə çıxmış, onun yaradıcılığına olan marağı daha da artırmışdır. “Gülüstan” poemasından başlanan istiqlal poeziyası kommunist ideologiyasının dar çərçivəsini aşaraq yazarına geniş ümumxalq məhəbbəti qazandırmışdır. Bu zaman Ulu Öndər şairi həbs edilmək təhlükəsindən azad etmiş, onu kommunist ideologiyasının hökm sürdüyü bir şəraitdə xalq və Vətənə xidmət üçün qorumuşdur.
Onun sözlərinə görə, Bəxtiyar Vahabzadə hələ sovetlər dönəmində əqidə və dönməzlik nümunəsi olub. 1988-1990-cı illərdə xalqımızın azadlıq mübarizəsinin öncülləri sırasında yer almış, 20 yanvar şəhidlərinin qəhrəmanlığını nəzmə çəkərək xalqı mübarizəyə səsləndirmişdir.
Yenicə istiqlalını bərpa etmiş Azərbaycan Respublikasına qarşı xaricdən dəstəklənən erməni təcavüzü başlayanda Bəxtiyar Vahabzadə Vətən mücadiləsinin ön cərgələrində yer almış, 1992-ci ildə məşhur “Vətən marşı”nı yazmışdır.
Alim Bəxtiyar Vahabzadənin şəxsiyyətini, yaradıcılığını və milli istiqlal mübarizəsini Ulu Öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyini vurğulayıb. O, 1995-ci ildə xalqımızın milli təfəkküründə və müstəqillik hərəkatında öz əsərləri ilə dəyərli xidmət göstərmiş istiqlalçı şairimizə müraciətlə deyib: “Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmısınız”.
Eynulla Mədətli qeyd edib ki, Bəxtiyar Vahabzadə irsi, onun istiqlalçı poeziyası, həmçinin onun tarixi yaddaşımızın təzələnməsinə xidmət edən, milli ruhu daim diri tutan “Özümüzü kəsən qılınc”, “Fəryad”, “Dar ağacı”, “Hara gedir bu dünya” kimi dram əsərləri, Türk dünyasının, türkçülüyün və turançılığın tarixinə, ədəbi, fəlsəfi qaynaqlarına dair çoxsaylı elmi-publisistik əsərləri qardaş Türkiyədə, Cənubi Azərbaycanda, bütün Türk respublikalarında bilinir və sevilir. Şeirlərinə onlarla mahnılar qoşulur.
O vurğulayıb ki, Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin irsinə böyük əhəmiyyət verərək deyib: “Siz yaradıcılığınızı Vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdansınız”. Fikrimizcə, Bəxtiyar Vahabzadə XX əsrin ikinci yarısında Azərbaycan xalqının ədəbi-bədii-fəlsəfi fikrinin və ictimai-siyasi düşüncəsinin yetşdirdiyi təkrarsız mütəfəkkir və fədakar mübariz kimi xalqımızın, eləcə də bütün dünyadakı türklərin yaddaşında həmişə yaşayacaqdır.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvü Şahbaz Muradov və digər Elmi şura üzvləri məruzəni yüksək dəyərləndirdiklərini və “Elm” qəzetində çapını tövsiyə ediblər.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda daxili imkanlar hesabına Rəqəmsal şərqşünaslıq, AMEA-nın Şəki Regional Elmi Mərkəzində daxili imkanlar hesabına Arxeologiya və etnoqrafiya, AMEA-nın Şəki Regional Elmi Mərkəzində daxili imkanlar hesabına Tarix, arxeologiya və epiqrafika şöbəsinin bazasında Tarix və epiqrafika şöbələrinin yaradılması məsələri müzakirə olunub AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Təzəgül Qasımovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında məsələyə baxılıb. Bundan əlavə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə II il əyani doktorantı Səma Bağırovanın əyani təhsildən qiyabi təhsilə keçirilməsi haqqında məsələ müzakirə olunub.
Daha sonra AMEA-nın müxbir üzvləri Mahmud İsmayılovun 105, Oruc Həsənlinin 75 illik yubileyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.


mənbə; www.science.gov.az saytına istinad zəruridir.
Dünən, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
Dünən, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
Dünən, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
Dünən, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
Dünən, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
Dünən, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13-03-2026, 10:46
Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub