Zəkanın işığında addımlayan elmimiz - AMEA-80
Elm və təhsil
Oxunub: 172
6 may 2025 | 11:01

Azərbaycan elmi əsrlərin dərinliklərinə gedib çıxan zəngin tarixi ilə seçilir. Tarixin müxtəlif dövrlərində Azərbaycan alimləri elmin müxtəlif sahələrində əhəmiyyətli nailiyyətlər əldə etmiş və Şərq ilə Qərb arasında elm körpüsünü yaratmışlar. Elmin inkişafı Azərbaycanın qədim dövrlərindən başlamış, İslam mədəniyyətinin təsiri ilə bilik və elmin yayılması sürətlənmişdir. Orta əsrlərdə Azərbaycanın Təbriz, İsfahan, Xoy, Naxçıvan, Ərdəbil, Marağa, Şamaxıvə digər şəhərlərində çoxsaylı elmi mərkəzlər, mədrəsələr və kitabxanalar inkişaf etmişdir. Bütün bunlar Azərbaycan elminin vahid tərkib hissələri olmaqla yanaşı, həm də elmi-ictimai və bədii-fəlsəfi düşüncəmizin mərkəzləri idilər.

Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi, Əbdürrəşid Bakuvi, Xətai kimi dahi Azərbaycan mütəfəkkirləri elmi və mədəni irsin inkişafında böyük rol oynamışlar. Xüsusilə Nizami Gəncəvinin fəlsəfi və etik görüşləri, təkcə Azərbaycan deyil, bütün Şərq dünyası üçün dəyərli töhfələrdir.

XIX əsrdə baş vermiş ictimai-siyasi hadisələrin geniş vüsət alması nəticəsində Azərbaycanın təhsil ocaqlarında dünyəvi elmlərin öyrənilməsinə başlanılmış, nəticədə Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Mirzə Kazımbəy, Mirzə Ələkbər Sabir, Mirzə Cəfər Topçubaşov kimi mütəfəkkirlər, düşüncə sahibləri meydana çıxmışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin Avropanın qabaqcıl ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan elminin və intellektual dəyərlərinin formalaşması istiqamətində ən böyük və mühüm addımlar idi.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq məqsədilə Azərbaycanın bir qrup tanınmış ziyalılarının təşəbbüsü ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) yaradılmışdı. Cəmiyyətin qurucuları ciddi elmi prinsiplərə və müasir tədqiqat metodlarına əsaslanaraq Azərbaycan dilini, tarixini, folklorunu, adət-ənənələrini, məişətini etnoqrafiyasını araşdırmışlar. ATTC-nin iki illik fəaliyyətini dəyərləndirərkən hökumət adından şıxış edən xalq maarif komissarı Mustafa Quliyev qeyd edir ki, “bu cəmiyyətin fəaliyyəti gələcəkdə Azərbaycan Elmlər Akademiyasının yaranmasını təmin edəcək”.

1929-cu il oktyabrın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. AzDETİ-nin yaradılması elmi qüvvələrdən səmərəli istifadəyəvə mürəkkəb problemləri kompleks şəkildə həll etməyə geniş imkanlar yaratdı. Gələcək Elmlər Akademiyasının sələfi olan bu qurum milli mədəniyyətimizin elmi əsaslar üzərində təşəkkülündə misilsiz xidmətlər göstərmiş oldu.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 29 dekabr 1932-ci il tarixli qərarı ilə Az.DETİ-nin və Azərbaycan Təbii Məhsuldar Qüvvələrin Öyrənilməsi İnstitutunun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldı. Mövcud olduğu qısa müddət ərzində bu elmi qurumda qiymətli fundamental araşdırmalar aparılmış, təbiət, texnika və ictimai elmlər sahəsində elmi tədqiqatların miqyas və perspektivlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradılmışdı.

25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialı yaradılmış və elə həmin ilin oktyabrında Bakıya gələn SSRİ EA-nın vitse-prezidenti V.L.Komarov Azərbaycan Filialını “özünün laboratoriya və institutlarında bir sıra konkret problemləri həll etməyə müvəffəq olmuş iri elmi təşkilat və İttifaq Elmlər Akademiyasının ən yaxşı filiallarından” hesab etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsası 1945-ci ildə qoyulmuşdur. Elmin müasir inkişafında mühüm rol oynayan AEA-nın yaradılması Azərbaycanda elmi tədqiqatların təşkilatlanması və sistemli araşdırmaların aparılması məqsədini daşıyırdı.

Çox mürəkkəb bir proses olan Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması SSRİ EA-nın və Azərbaycan SSR Xalq Komissarları Şurasının təqdimatı əsasında 23 yanvar 1945-ci il tarixli qərarla baş tutdu. Qərardan irəli gələn hazırlıq işləri başa çatdıqdan sonra Azərbaycan SSR Xalq Komissarları Soveti öz qərarı ilə 27 mart 1945-ci ildə SSRİ EA Azərbaycan filialı və respublikamızın bir sıra elmi-tədqiqat müəssisələrinin bazasında Azərbaycan SSR Elmlər Akademiyasını təsis etdi.

Ümumiyyətlə, elm tarixi ilə məşgul olan mütəxəssislər Azərbaycan Elmlər akademiyasının tarixini bir neçə mərhələyə bölürlər:

Birinci mərhələ 1945-1960-cı illəri əhatə edir və akademiyanın yeni elmi-təşkilati əsaslarla formalaşması mərhələsidir.

İkinci mərhələ 1960-1970-ci illəri əhatə edir və ölkəmizdə baş verən bir sıra ictimai-siyasi hadisələrin təsiri ilə akademiyanın maddi-texniki bazasının geriləmələri ilə müşayiət olunmuşdu.

Üçüncü mərhələ 1970-1980-ci illəri əhatə edir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bu dövr akademiya tarixinin ən parlaq mərhələsidir. Həmin illərdə akademiyada dünya miqyaslı elmi proseslərin inkişafına təkan verən çoxsaylı elmi uğurlar əldə olunmuşdur. Bütün bu proseslər Ulu öndərin elmə, elm adamlarına müstəsna diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur.

Dördüncü mərhələ 1980-1990-cı illəri əhatə edir. Bu mərhələdə akademiyanın mövcudluğu qorunub saxlanılsa da ölkəmizdən xaricə çoxsaylı beyin axını baş vermiş, akademiya bağlanmaq təhlükəsi ilə baş-başa qalmışdı.

Müstəqillik illərində Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə akademiya tənəzzül mərhələsini geridə qoydu və özünün yeni inkişaf mərhələsinə qədəm basdı. Ulu öndərin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyası milli status qazandı, 4 yanvar 2003-cü il tarixli fərmanla AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi-texniki siyasətini həyata keçirən dövlət elmi təşkilatı statusu verildi.

2003-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elmi fəaliyyət sahəsinin inkişafına diqqət daha da artırıldı. Bu dövrdə İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”, 9 avqust 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, 9 aprel 2018-ci il tarixli sərəncamla 27 mart “Elm günü” nün təsis edilməsi mühüm yer tutur.

AMEA-nın yubiley tədbirləri də dövlət tərəfindən yüksək səviyyədə qeyd edilmişdir. Mövcud olduğu səksən il ərzində Akademiyanın yubileyi cəmi üç dəfə qeyd edilmişdir. İlk dəfə 1975-ci ildə Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı ilə Elmlər Akademiyasının 30 illik yubileyi Respublika Sarayında keçirilmiş və Akademiya “Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur. Bundan sonrakı tarixi mərhələdə prezident İlham Əliyevin müvafiq sərəncamları və iştirakı ilə 2005-ci ildə Milli Elmlər Akademiyasının 60 illik, 2015-ci ildə isə 70 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Sevindirici haldır ki, Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncam dövlət başçımızın yarandığı gündən bu günədək nailiyyətlərlə zəngin uzun bir yol qət edərək ölkəmizin elmi elitasını formalaşdıran, elmi- intellektual potensialımızı milli sərvətə çevirən bu elm məbədinə, orada çalışanların əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Və biz – Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları bu yüksək dəyərə və diqqətə görə Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.

Milli Elmlər Akademiyasının yubileylərinin dövlət səviyyəsində keçirilməsi akademiyanın və alimlərimizin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Elmin inkişafı və tədqiqat fəaliyyətinin genişləndirilməsi məqsədilə həyata keçirilən islahatlar, maliyyə dəstəyi və beynəlxalq elmi əməkdaşlıqlar akademiyanın fəaliyyətini gücləndirmişdir. Dövlət qayğısı nəticəsində akademiya təkcə ölkə daxilində deyil, beynəlxalq elmi arenada da öz yerini möhkəmləndirmişdir.

Akademiyanın struktur islahatları, yeni elmi istiqamətlərin inkişafı və innovativ layihələrin icrası ölkəmizin elmi potensialını daha da artırmışdır.

Bu gün Azərbaycan elmi beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sahəsində mühüm uğurlar əldə edir. Gənc alimlərin dəstəklənməsi və yeni nəsil tədqiqatçıların yetişdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Elmi-texniki nailiyyətlərin istehsalata tətbiqi, elmi innovasiyaların iqtisadi inkişafda rolu Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan elmi tarixi inkişaf yolunda böyük uğurlar əldə etmiş, müasir dövrdə də bu nailiyyətlər davam etməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi münasibətilə keçiriləcək tədbirlər ölkəmizin elmi potensialının gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addım olacaqdır.

Hüseyn HÜSEYNOV, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent

Şəhla TAHİRQIZI, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent

mənbə; www.science.gov.az
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930