Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
Elm və təhsil
Oxunub: 153
3 dek 2024 | 10:45

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid ailə üzvləri ilə görüş keçirilib, şəhidlərə həsr olunmuş nəşrlər kitabxanaya təqdim edilib.

Öncə Röksanə Səfərzadə rəhbəri olduğu fondla tanış edərək, onlara ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edib. R.Səfərzadə bildirib ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir.

Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Quliyeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. “Bu fondda da məhz Qarabağ, 44 günlük müharibə, eləcə də şəhidlərimizin hər biri haqqında zəngin informasiya qorunur, bu məlumatların zənginləşməsində isə şəhid ailə üzvlərinin əməyi əvəzsizdir”, - deyə direktor müavini qeyd edib və onların hər birinə təşəkkürünü bildirib.

Görüşdə iştirak edən “Zəfər” İnformasiya Mərkəzinin - zefer.info.az saytının redaktoru, Əməkdar müəllim, tədqiqatçı-jurnalist Zülfiyyə Vəliyeva xalqına layiqincə xidmət edən nəslin formalaşmasında, gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin aparılmasında müəllimlik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin MEK-ə təqdim etdiyi “Zəfərimiz mübarək” adlı kitabı haqqında da ətraflı məlumat verib.

Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər. Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qubanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi Mərkəzi Elmi Kitabxanaya təqdim ediblər.




mənbə;www.science.gov.az saytına istinad
Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031