AMEA-da “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb
Elm və təhsil
Oxunub: 199
5 sen 2024 | 11:26

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb.

İki gün davam edəcək konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İran İslam Respublikasından 50-dən artıq alim və tədqiqatçı qatılıb.

Açılış nitqi ilə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Şah İsmayıl Xətaiyə həsr olunan ilk konfransın uğurla keçəcəyinə ümidvar olduğunu bildirib və iştirakçı alimlərə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdırıb.

“Müstəqillik dövrünün bizə verdiyi imkan daxilində Şah İsmayıl Səfəvi dövrünə tamamilə yeni, obyektiv dünya tarix elminin prioritetlərinə uyğun şəkildə baxmağa çalışırıq və bu istiqamətdə çox ciddi elmi dəyişikliklər etməyə cəhd göstəririk. Azərbaycan Səfəvi dövlətinin meydana gəlməsinin əhəmiyyətini nəzərə alaraq, həmin mərhələni hazırda ölkə tariximizin yeni dövrünün başlanğıcı kimi qəbul etməyə başlayırıq”, - deyə professor K.Şükürov qeyd edib.

Səfəvi dövlətindən bəhs edərkən K.Şükürov səfəvişünas alimlərinin rolunu xüsusi qeyd edib. Çıxışçı Azərbaycanın görkəmli alimi Oqtay Əfəndiyevin səfəvişünaslığı yeni mərhələyə qaldıran “XVI əsr Azərbaycan səfəvi dövləti” adlı fundamental monoqrafiyasından, eləcə də Səfəvi tarixinə və tarixşünaslığına dərindən bələd olan və bu mövzularda qiymətli əsərləri ilə tarix elmimizi zənginləşdirən digər səfəvişünas alimlərdən biri olan görkəmli tarixçimiz Şahin Fərzəliyevin “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) ikicildliyinə toxunub. Professor hər iki əsərin dövrün mövcud mənbələri əsasında dərindən araşdırıldığını və tədqiqatçılar üçün qiymətli mənbə olduğunu bildirib.

Bu gün Azərbaycanın səfəvişünas alimlərinin yeni nəslinin də yetişdiyini fəxrlə qeyd edən K.Şükürov rəhbərlik etdiyi institutda səfəvişünaslığın əsas elmi istiqamətlərdən birinə çevriləcəyini, mövcud elmi potensialı orada birləşdirməklə bərabər, gənc araşdırmaçıların da yetişidirilməsinə çalışacaqlarını vurğulayıb.

Alim çıxışında Şah İsmayıl Xətainin sərkərdəlik fəaliyyəti ilə bərabər, Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, zəngin əsərlərinə, qəzəllərinə də nəzər yetirib, qısa təhlilini aparıb.

Daha sonra Türkiyənin Hacı Bayram Veli Universitetinin professoru Əhməd Taşğın Şah İsmayılın öz dövründə təkkənin varlığını dövlətdə, eyni zamanda dövləti təkkənin içərisində idarə etməyi bacaran bir şəxsiyyət kimi xarakterizə edib. Natiq bildirib ki, öz dövründə təkcə Azərbaycanda deyil, həm Xorasan və Hindistanda, həm də Anadolu və ətraf bölgələrdə təsir gücünə malik şəxs kimi günümüzdə də aktuallığını qoruyur.

Konfransa onlayn qoşulan Türkiyənin Hacettepe Universitetinin professoru Cenk Güray bu cür əhəmiyyətli tədbirin təşkilatında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək Şah İsmayılın bir şəxsiyyət olaraq Türk dünyasına təsirindən danışıb. Alim qeyd edib ki, o, türk dövlətçilik ənənələrini sənəti, mədəniyyəti ilə birgə qurduğu dövlətə gətirməyi bacarmışdır və bu təsir zaman-zaman özünü büruzə verir.

Açılış mərasiminə Türkiyənin Munzur Universitetinin professoru Əziz Ərdoğanın Şah İsmayıl Xətainin əsərlərinə bəstələnən saz ifası ilə yekun vurulub.

Daha sonra beynəlxalq konfrans öz işini bölmələrlə davam etdirib.

mənbə;www.science.gov.az saytına istinad zəruridir.



























































.
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031