Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili
Elm və təhsil
Oxunub: 99
13 may 2024 | 11:15

Birinci məqalə
Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın tarixi dövlətçilik ənənələrindən qaynaqlanan, dövrünün siyasi-iqtisadi, sosial-mədəni həyatının dolğun səlnaməsi, zəngin siyasi idarəçilik ideologiyası olan “Heydərizm” dünya siyasi düşüncəsində çoxdan tanınan və tətbiq olunan məşhur siyasi liderlərin, məsələn, Mohandas Karamçand (Mahatma) Qandi ideologiyası - “Qandiizm”, bizə mənəvi, eləcə də coğrafi region olaraq yaxın olan Türkiyə Dövlətinin əfsanəvi Lideri Mustafa Kamal Atatürk siyasi təcrübəsinə əsaslanan Kamalizm kimi tarixi-ənənəvi, həmçinin modern rasional siyasi liderlik strategiyasıdır və dünya ölkələrində qəbul edilib, istifadə olunması üçün mühüm əsaslar vardır.

Bundan başqa “Heydərizm” nəhəng dövlət rəhbərləri, dünya siyasətçiləri, milli liderlərin Mohandas Karamçand (Mahatma) Qandi və Mustafa Kamal Atatürkün idarəçilik ideologiyası ilə bir çox aspektlərdən uyğunluq, oxşarlıq, hətta eyniyyət, kəsb edir.

Bu fikrimizin obyektiv-məntiqi təsdiqi üçün əvvəlcə təhlillərimizin istiqamətində Ulu Öndər Heydər Əliyevin siyasi idarəçilik tarixində ən çox öyrənilmiş 100 şəxsiyyət sırasında xüsusi dəyərə malik Türk dünyasının əvəzsiz lideri Mustafa Kamal Atatürkün və Hindistanın Azadlıq hərəkatının banisi, hindlilərin “ulu ruh”- mahatma, “xalqın atası-bapu”, “Ata”, “Ulu Öndər” adlandırdıqları “Doğruluq Tanrı’dır” həyat fəlsəfəsinin sahibi Mohandas Karamçand Qandinin dünya siyasət tarixində əvəzsizliyinin əsaslarına diqqət yönəltmək məqsədəuyğundur.

İlk əvvəl nəhəng Qandiizm ideologiyasını yaradan Mohandas Karamçand Qandinin həyatı, siyasi arenaya gəlişi və şöhrətlənməsinin əsasları ilə eksklüziv şəkildə tanış olaq.

Mohandas Karamçand Qandi Hindistanın tarixi e.ə. 4000-ci ildən əvvəllərə gedib çıxan, bir neçə əsr türk sultanlığının hakimiyyətində olmuş Qucarat knyazlığının paytaxtı Porbandarında baş nazir ailəsində anadan olmuşdur. Atası Mohandas Karamçand Qandi geniş rəsmi təhsil savadına malik olmasa da “şıltaq şahzadələr, onların səbirli təbəələri və hakimiyyətdəki inadkar Britaniya siyasi zabitləri arasında necə yol tutacağını bilən bacarıqlı bir idarəçi kimi tanınmışdı. Qandi atasının dördüncü arvadından olan ən kiçik övladı idi. Qandinin anası Putlibai tamamilə dinlə məşğul idi vaxtını evi ilə məbəd arasında keçirir, tez-tez oruc tutur və ailədə hər hansı xəstəlik olanda gecəbəgündüz qulluq edirdi. Mohandas Vaişnavizmdə - Hindu tanrısı Vişnuya ibadətdə - caynizmin güclü çalarları ilə, əxlaqi cəhətdən sərt bir Hindistan dini olan və əsas prinsipləri zorakılıqsızlıq və kainatdakı hər şeyin əbədi olduğuna inanan bir evdə böyüdü. Beləliklə, o, ahimsanı (bütün canlılara zərər verməmək), vegetarianlığı, özünü təmizləmək üçün orucu və müxtəlif məzhəblərin və məzhəblərin tərəfdarları arasında qarşılıqlı tolerantlığı adi hal kimi qəbul etdi”.

Bu deyilənlərə Mahandas Karamçand Qandinin atasından gələn genetik-psixoloji liderlik və xüsusilə də ingilis işğalına, Britaniya hakimiyyətinə qarşı Mahatma (“Böyük Ruh”) - qeyri-zorakılıq ideologiyası ilə mübarizə aparmasını, Hindistanda milli azadlıq mübarizəsinin Lideri, xalqının hüquqşünası, siyasətçisi, ictimai fəal və yazıçısı olmasını əlavə etdikdə onun öz nəsil şəcərəsinin əsl davamçısı olduğu bir daha təsdiqlənir.

Mahandas Karamçand Qandini həm də Porbandari Qandi adlandırırlar ki, bu da yenə onun daha dərin nəsil kökünün bir ifadəsi kimi mənalanır.

B.R.Nandanın “Mahatma Gandhi. Indian leader” məqaləsində deyildiyi kimi “Qandi “Milyonlarla hindlinin gözündə Mahatma yəni -“Böyük Ruh” idi. Qandinin bütün səfərləri boyunca onu görmək üçün toplaşan pərəstişkarları böyük izdiham yaradırdılar. Bu izdihamlar onun ağır sınaqlarına çevrildi; gündüzlər çətinliklə işləyir, gecələr dincəlirdi. O, yazırdı “Mahatmasların bəlaları” “yalnız Mahatmalara məlumdur”. Onun şöhrəti sağlığında bütün dünyaya yayıldı və ölümündən sonra daha da artdı. Mahatma Qandi adı indi yer üzündə ən çox məşhur olanlardan biridir”.

İndi isə Qandiizm ideologiyasının təhlillərinə keçid alırkən bir əsas məsələ ilə bağlı qeyd etmək istədik ki, dünya ictimai fikri Karamçand Qandi ideologiyasının nəzəriyyəsi olan Qandiizm ifadəsinin bütün dillərdə “i” səsini bir dəfə yazılmaqla işlədilməsi doğru deyil. Biz istər Azərbaycan, istər ingilis (bəzi tədqiqatlarda Qandihian da işlədilir), istər rus və digər dillərdə Qandizm sözündə beləcə “i” bir dəfə yazıldığının şahidi oluruq ki, əslində sözün kökü “Qandi”dirsə ikinci izm və ya ism və s. yazılmalıdır.

Beləliklə, Mohandas Karamçand Qandinin siyasi fəaliyyəti Heydər Əliyevin dövrünə, daha konkret XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. Hər iki ideoloq ideologiya sözünün məna çalarlarının fövqündə olaraq qarşılarına öz xalqlarının azadlıq, müstəqillik ideyasını həyata keçirmək prinsipini qoymuş və bu yolda dərin ağıl, böyük daxili inam və müdriklik gücü ilə öz ideyalarını həyata keçirmişlər.

Əlbəttə ki, bu Şərq Siyasi Liderlərinin sözsüz olaraq bu və ya digər dərəcədə bəhrələnmiş olduqları Şah İsmayıl Xətai “məktəbi”i, hətta İslam dini tarixi və hüququ əsasları onların həyat və siyasət amallarına yetmələrində tarixi rol oynamışdır.

Mohandas Karamçand Qandinin və Mustafa Kamal Atatürkün siyasi ideoloq olaraq meydana atılmasının eyni mahiyyəti xarici istilaçıların vətənlərini və xalqlarını (millətlərini) işğal etməsi və əsarət ideyasında birləşən bütün məhrumiyyətlərin milli müstəqilliyin qarşısını kəsməsi idi.

Məsələn, 1922-1927-ci il mərhələsi Hindistan yarımadasının müstəmləkə həyatının və milli mücadilə tarixinin mühüm səhifələrini təşkil etmişdir ki, burada İngiltərə siyasi, iqtisadi hakimiyyət maraqları təbii surətdə ölkənin çoxmillətli cəmiyyətini formalaşdırmışdı. İngiltərənin müstəmləkəçilik hərəkatı zamanı Hindistan çoxkonfessiyalı təbəqələri də ictimai-siyasi cəhətdən fəallaşaraq dinc şəraitdə öz mövqelərini irəli sürərək müstəqilliyin qazanılmasına nail olmağa çalışmışlar ki, bunlar Hindistanda Mahatma Qandi fəlsəfi ideologiyasını meydana çıxarıb formalaşdırmışdı.

Mahatma Qandinin həqiqətə bağlılıq ideyasından qaynaqlanan “Satyagraha” təlimi, - yəni zülmə, şərə qarşı şiddət və zorakılıqsız qətiyyətli müqavimət fəlsəfi-siyasət konsepsiyası XX əsrin əvvəlləri Hindistanında hətta sonralar başqa ölkələrdə İngiltərə müstəmləkəçiliyi ilə mübarizədə nəzəri və təcrübi əhəmiyyətə malik olmuşdur.

Bir əsrlik tarixi olan Qandizmin (əslində Qandi izmin-X.Q) kökündə Qandinin 1906-cı ildə Cənubi Afrikadakı Britaniya müstəmləkə hökuməti tərəfindən asiyalılara qarşı qəbul edilmiş və tətbiq edilən ayrı-seçkilik qanununa cavab olaraq düşündüyü satyagraha - , sülh və sevgi ruhunda həqiqəti axtar, həqiqətə sığın,- dinc, müqavimətsiz mübarizə ideologiyası dayanırdı və bu təlim 1917-ci ildə Hindistanda ilk olaraq indiqo – (Çivit-boya otu) yetişdirən Çamparan rayonunda qəbul edilib həyata keçirilmişdir. Beləcə Satyagrahi Zəifliyə boyun əyməkdən və ya onun hər hansı bir şəkildə təsiri altına düşməkdən imtina edərək həqiqətə söykənmək düşüncəsini ifadə edir. Şərlə qarşıdurma zamanı satyagrahi zorakılığa dözməlidir, çünki zorakılıq tətbiq etmək düzgün düşüncəni itirmək olardı”.

Bütövlükdə Satyagrahi də daxil olmaqla Mahatma Karamçand Qandini Hindistanın Quru – böyük rəhbəri, millət atası nüfuzuna yüksəldən dini-mənəvi, sosial-siyasi və sosial-psixoloji mahiyyətli Qandiizm ideologiyası 1893-cü ildən 1914-cü ilə qədər əvvəl Cənubi Afrikada, bütün Hindistanda daha sonra dünyanın Almaniya, İngiltərə kimi qabaqcıl ölkələrində qəbul edilib, inkişaf etdirilmişdir.

“Qandi ideologiyası” məqaləsində, həmçinin Qandi ideologiyasının əsas iki prinsipi Həqiqət və Qeyri-zorakılıq Qandi düşüncələrinin əkiz sütunları kimi şərh edilmiş, Mahatma Qandi üçün həqiqət sözlərə və əməllərə çevrilən həqiqətin Allah və əxlaq mahiyyətində olduğu, əxlaqi qanunlar məcəlləsinin Qandiizmin əsasını təşkil etdiyi, Mahatma Qandiyə görə Satyagrahanın qeyri- zorakılığın birbaşa aynası olan canlı sevgi hissi- ədalətsizliyin, zülmün və istismarın bütün formalarına qarşı ən təmiz ruh gücünün həyata keçirilməsini nəzərdə tutduğu ideyası əsaslandırılmışdır”.

Qandiizmin bütün dünyada məşhur olan “Həqiqət və Qeyri-zorakılıq” metodu böyük milli liderin şəxsə xəsarət yetirmədən, qeyri-zorakılıq üsulu ilə mənəvi əzab vermək məqsədini ifadə edir və Mahatma Qandinin Con Ruskinin siyasi iqtisad üzrə traktatının “Bu sonuncuya qədər” tərcüməsinin adı kimi işlənmiş, yəni “Universal yüksəliş”- yaxud da “Kütlənin Tərəqqisi”- hüquq mənasını verən “Sarvodaya” terminini, eyni zamanda “özünü idarə etmə” mənasını verən Svaraj kəlməsini həyatın bütün sahələrini əhatə edən ayrılmaz bir inqilab məzmununda qiymətləndirrmişdir.

Qandiizmin mahiyyətini dərk etmək üçün onun geniş qəbul olunub, tətbiq edildiyi dövrdə bütün Hindistan yarımadasında və bütün Asiyada İngilis müstəmləkəçilik siyasətinin yaratmış olduğu sosial-iqtisadi vəziyyəti öyrənib, obyektiv qiymətləndirmək zəruridir. Əslində bu tarixi gerçəkliklərsiz Qandiizmin mövcudluğu mümkünsüzdür. Bu baxımdan Qandiizmin Qəyyumluq adlanan ideyası - sosial-iqtisadi fəlsəfəsi Mohandas Qandini müstəqillik yolunu tutmuş hər bir dövlət və ya hər bir milli lider üçün məktəb – model mahiyyətində əhəmiyyət kəsb edir. Qəyyumluq - Suvadeşi - zəngin insanların əmanətləri ilə “özünü təmin etmək” - yoxsul və ya sadə insanların siyasi-iqtisadi mənafeyini nəzərdə tutan xeyriyyə təşkilatlarına nəzarəti fikrini ifadə edirdi.

Qandizmin XX əsrin əvvəllərindən Mohandas Qandinin dünyasını dəyişdiyi 1950-ci illər və eləcə də əsrin sonlarına kimi aktuallığı məsələsinə gəlincə qeyd etmək vacibdir ki, bu ideologiya istər Hindistan xalqlarının, istərsə də yeni yaranan, hətta bəzi qabaqcıl dövlətlərin Müstəqillik, Vətəndaş Cəmiyyəti həyatında, İqtisadiyyat, Təhsil, Hüquq, Siyasət, Diplomatiya, habelə Siyasi əxlaq, Aksologiya və s. sahələrində inkişafına bu və ya digər dərəcədə öz təsirini göstərmişdir.

Dövrə görə Qandiizm cərəyan edən XXI əsrin 2 onilliyi mərhələsində indi ideologiya kimi bəzi prinsiplərinə görə köhnəlmiş hesab oluna bilər. Lakin dünyada yeni-yeni müharibə ocaqlarının yarandığı, terrorun, zorakılığın, yoxsulluğun dözülməz hala gəldiyi, şəffaf iqtisadiyyatın demək olar ki, çökdüyü, korrupsiyanın gücləndiyi, siyasi-iqtisadi əxlaqın, mənəvi sahədə adət-ənənələrin, hətta ailə fikrinin sıradan çıxdığı – bir bütövün, tamın parçalandığı və bütün bəşəriyyət üçün qlobal nizama, sabitliyə dərin ehtiyac yarandığı üçün həqiqəti Allah hesab edən, dinc, müqavimətsiz sülh, ədalət, sevgi mahiyyətində öz varlığını təsdiq edir, siyasi maariflənmədə labüdlüyünü, əhəmiyyətini qoruyur.

Məsələn, Hindistanın özündə neo qandizm XXI əsrin ilk onilliyində həlledici inkişaf nöqtəsinə çatmışdır ki, buna Qandizm ideologiyasının fəal nümayəndələrindən olan Anna Hazare kimi məşhur Kisan Baburav Hazarenin Hindistan hökumət dairələrində korrupsiyaya qarşı etiraz hərakatı misal ola bilər.

Qocaman Qandiçi Anna Hazare Nyu Dehlidə bir neçə tərəfdarı ilə birlikdə Qandizmin əsaslarından biri olan aclıq – oruc tutma aksiyası başlamış və qısa müddətdə ətrafına ölkənin hər tərəfindən etirazçılar toplayaraq Jan Lokpalın – yəni müstəqil ombudsman yaradılmasına nail olmuşdur. Anna Hazare bu hərəkatı etirazçıların simvolik olaraq Mahatma Qandinin ağ papağını geyərək Qandizmin əsas sütunu – qeyri-zorakılıq ənənəsi və oruc tutmaqla həyata keçirməklə etirazların Qandi kütləvi hərəkatı şəklini almasına, bununla da neoqandizmin dirçəlişinə səbəb olmuşdur”.

Qloballaşma dövrü yeni dünya iqtisadiyyatının vəziyyəti də Qandiizmin iqtisadiyyat modelini gündəmə gətirir. Beləki, XX əsrin ortalarından inkişaf etməyə başlayan Neomarksist elmi-iqtisad nəzəriyyə nümayəndələri öz marksist sələfləri kimi bu gün dünyada iqtisadi faktorun bütün münasibətlərdən yüksəkdə dayandığını, maddi imkanların qlobal gücü təşkil etdiyi ideyasını irəli sürürlər. Hətta neomarksistlər BMT tərəfindən də rəsmi olaraq tanınmış və Qərb ölkələrinin sol-liberalları və üçüncü dünya ölkələrinin siyasi elitası tərəfindən də müsbət qarşılanmış “Yeni Dünya İqtisadi Nizami” (YDİN) konsepsiyasını yaratmışlar.

Bu gün dünyanın “Yeni Dünya İqtisadi Nizami”-nı marksizmin ideya xələfi Neomarksist nəzəriyyənin idarə etdiyini nəzərə aldıqda, o zaman Qandizm və Marksizm nəzəriyyələrinin uyğunluğu və fərqli cəhətlərini çox qısa şəkildə nəzərdən keçirmək yerinə düşər.

Birincisi, güclü filosof və əsl vətənpərvərlər Mohandas Karamçand Qandi və Karl Marks cəmiyyəti irəli aparmaq düşüncəsinə yüksək dərəcədə malik olduqları üçün Qandiizm və Marksizm kimi siyasi, iqtisadi, əxlaq və başqa sahələrin inkişafı baxımından güclü nəzəriyyələri yaradıb inkişaf etdirmişlər. Bu iki ideoloq fərqli yollar və üsullarla (Qandi İngiltərə müstəmləkəçiliyinə qarşı mübarizədə qeyri-zorakılığı əsas tutaraq, marksizm siniflər arasında ziddiyyətləri aradan qaldırmaq strategiyasında zorakılığı, inqilabı labüd hesab edərək) bir vahid ideyanı – İdeal Dövlət Konsepsiyasını, hətta dövlətsiz siyasət, iqtisadiyyat, cəmiyyət qanunları, nəzəriyyəsi ilə tətbiq etməyə çalışırdılar və məhz bu nəzəriyyə müasir dövrdə neo marksizmlə, neoqandizmi birləşdirən ən ali prinsip olaraq maraq doğurur, aktuallıq kəsb edir.

Hər iki böyük ideoloqun ali məqsədi olan sinifsiz cəmiyyət ideyası, kapitalizmə münasibətləri, demokratiya “doktrinaları” onların ideya birliyinin təzahürü, avtokratiya, diktatura şüuruna, dinə, insan azadlığına prinsiplərinə fərqli yanaşmaları olaraq tarixə düşmüşdür.

Sosializmin güc tətbiq etmədən qurula bilməyəcəyi K.Marks tərəfindən qəbul edilsə də, Mahatma Qandinin sosializm ideyası zorakılığa ziddir.

Mahatma Qandi ideologiyası - Qandiizmdə xalq kütlələrinin tərəqqisi üçün ənənəvi təhsili qəbul etməyən (savadlı olmaq intellektual olmaq demək deyil- M.Qandi) dünyəviliyə əsaslanan Təhsil siyasətinin, eyni zamanda Svaraj – müstəmləkə xarakterində hər cür xarici təsirlərdən uzaq olmağı nəzərdə tutan, ideyaca müstəqilliyin, o cümlədən Satya - sənaye, texnologiya sahəsinin inkişafı dövlətin gücləndirilməsi və dünyada tanınmasının qarantı kimi dəyərləndirilmişdir.

Bu iqtibasda göstərilənlər Hindistanın milli Azadlıq hərəkatında Mahatma Karançand Qandinin ideologiyasının əsas prinsiplərini əsaslandırmaqla bərabər onun şəxsiyyətini də ifadə edir. Burada Qandinin onu mühütinin və dövrünün dahi şəxsiyyəti etmiş əsas keyfiyyətlər nə idi və nədən ibarət idi, - sualı ortaya çıxır.

“Qandizmin Əsas prinsipləri” adlı tədqiqat əsərində biz bu sualların dolğun cavabını ala bilərik. Əsərdən oxuyuruq: “Mahatma Qandi çox aktiv bir şəxsiyyət idi. O, fərdi və ya cəmiyyətə aid olan hər şeylə maraqlanırdı. O, daha çox “satyagraha”-nın yeni texnikasını inkişaf etdirən bənzərsiz siyasi lider kimi tanınır. Onun toxunulmazlığa qarşı mübarizəsi və doğuşdan üstünlük və aşağılıq anlayışları da kifayət qədər məlumdur. Hindistan üçün onun ən böyük xidməti, bəlkə də, hind qadınlarının azadlığı idi”.

Biz bu məqalədə 3 böyük məşhur siyasi Liderin, Ulu öndərin, millət atasının “izm”-ləşən, - yəni xüsusi siyasət yolunun ümumi – oxşar tərəflərini və xüsusilə də çoxdan tanınan və qəbul edilən Qandiizm və Kamalizm kimi Heydərizmin də eyni və hələ dövrə görə daha modern siyasi baxışlar, strategiya və taktika əhəmiyyəti ilə “izm” ləşmiş siyasi ideologiyalar sırasına uyğun olduğunu, hətta çox uyğun olduğunu əsaslandırmaq məqsədimizdən çıxış edərək mənəvi dəyərlərlə bağlı Qandizm fəlsəfəsini də lokonik şəkildə nəzərdən keçirmək istərdik.

Beləki, yuxarıda iqtibas gətirdiyimiz “Qandizmin Əsas Prinsipləri” tədqiqat əsərində göstərilir ki, “Allaha iman, Qandiyə görə, bütün əxlaqi dəyərlərin təməlidir. O, heç vaxt Allahı tərif etməmişdir və hər bir insanın Allah haqqında öz təsəvvürünün olmasını qəbul etməyə hazır idi. Özü Upanişdik Brahman kimi düşünməyə meylli idi. Amma nə qədər ki, insan hansısa mənəvi həyat mənbəyinə inanır və onu maddi kainatdan üstün tutur, Allaha inanır. Qandinin hətta rəsmi aqnostisizmə də etirazı yox idi, bir şərtlə ki, insan mənəvi dəyərlərə bağlılığı ilə bu dünyagörüşün mahiyyətcə mənəvi olduğunu nümayiş etdirsin”.

Qandinin şəxsi keyfiyyətləri, başqa cür desək onu əvvəl çevrəsində, sonra geniş dairədə, daha sonra vətəni və bütün şəxsiyyət kimi nüfuzlandıran identik xüsusiyyətləri olaraq “onun sərt bir həyat sürdüyü, ciddi vegeterianizmlə məşğul olduğu və spirtli içkilərdən, tütündən və hətta qəhvə və çay kimi daha yumşaq stimullaşdırıcılardan çəkindiyi”- göstərilir .

Qandinin dərki üçün onun ideologiyasının, əslində fəlsəfəsinin əsas prinsiplərinin diqqətə alınması zəruri olduğu üçün biz Qandizmin Əsas Prinsipləri tədqiqat işindən bir misal gətirmək yerinə düşər: “Qandinin bütün düşüncə və fəaliyyətlərini rəhbər tutan birinci prinsip fərdi insanda bədən, ağıl və ruhun tam birliyi və bütövlüyüdür. O, deməkdən yorulmazdı ki, bədəni ağıl, ağılı isə ruh idarə etməlidir Qandi fəlsəfəsinin ikinci prinsipini belə ifadə etmək olar: Bütün ictimai fəaliyyət eyni sadə əxlaqi dəyərlər toplusu ilə idarə olunmalıdır ki, onların da əsas elementləri fədakarlıq, asılı olmamaq, zorakılıq etməmək və aktiv xidmətdir. ...O hesab edirdi ki, insanın şəxsiyyətinin inkişafı onun bu fəzilətlərə olan inamı və tətbiqi ilə mütənasibdir. Onun üçüncü müddəası ondan ibarət idi ki, heç bir cəmiyyətin, dövlətin və ya hər hansı digər qurumun tərkibində olduğu fərdlərin inkişafına töhfə verməkdən başqa heç bir dəyəri və əhəmiyyəti yoxdur”.

Mahatma Karamçand Qandinin siyasi idarəçilik və milli rəhbər üçün əsas olan dövlətə və millətə münasibəti fərqli olmuşdur. Bu münasibət və mövqe onu bütün dünya liderlərindən fərqləndirmişdir. Beləki, “Dövlət, Millət, icma və digər ənənəvi qruplaşmaların Qandi üçün heç bir dəyəri olmamışdır. Əvvəlki illərdə “Young Indis”in səhifələrində o, sosial və cinsi nizam-intizamın böyük bir sxemi kimi kasta sistemini müdafiə edirdi. Lakin Qandi fəaliyyət təcrübəsinə və qabiliyyətinə əsaslanan bir növ könüllü və ideal sosial qruplara inanmasına baxmayaraq faktiki təcrübə işığında kastanı bir sistem kimi rədd etmişdir”.

Doktor Ram Ponnu “Ahimsa: Qandizmdə Onun Nəzəriyyəsi və Təcrübəsi” əsərində məhz Qandinin Dövləti, milləti ikinci planda görən, bütün diqqəti İnsan üzərində cəmləyən Qandizmin mahiyyətini təhlil edərkən göstərir ki, “Qandinin fəlsəfəsinin əsas elementləri Hindistanın Jainizm və Buddizm dinlərində kök salmışdır. Bu dinlərin hər ikisi “öldürmək və ya zərər vermək istəyinin olmaması” olan ahimsanı müdafiə edir (Chapple 10). Jain mətni olan Acaranga Sutra, zorakılığa qarşı əsas ehtiyacı təsvir edir: “Bütün varlıqlar həyatı sevir; zövqü sevirlər və ağrıdan nifrət edirlər, məhv olmaqdan çəkinirlər və yaşamağı sevirlər, yaşamaq həsrətindədirlər. Hamı üçün həyat əzizdir”.

Ram Ponnunun tədqiqatında Mahatma Qandinin ideologiyasının - Qandiizmin Ahisma və Həqiqət adlanan ən mühüm qayəsi önə çəkilərək yüksək qiymətləndirilmişdir.

Alim ilk olaraq Ahimsanı izah edir və əsaslandırır ki, “Ahimsa anlayışı-Ahimsa öldürmək mənasını verən sanskrit fel kökündən götürülmüşdür. A - prefiksi inkardır, “hims”- “öldürmək istəyən” - deməkdir. Deməli, a-himsa hərfi mənada “öldürmək istəyinin olmaması”(öldürmə -X.Q) deməkdir. Hərfi tərcümədə ahimsa zərərsiz olmaq deməkdir; təkcə özünə və başqalarına deyil, bütün canlılara tamamilə zərərsiz olmaq. Lakin onun təsirləri daha genişdir; bu, zorakılıq etməməkdən daha çox, bir münasibətdən daha artıq dərəcədə, bütöv bir həyat tərzidir. Bu, zehni, bədəni və ya nitqi həyəcanlandıran ehtiraslar səbəbiylə vibrasiya vasitəsilə canlılara (pranalara) zərər vermək olan “şiddət” hissinin əksidir. (Tattvarthadhigama Sutra vii:13) Ahimsa anlayışı bütün canlılara şamil edilir. Varlıqlar və buna görə də ətraf mühitin, təbii yaşayış mühitinin qorunması və vegeterianlıq onun təbii törəmələrdir. Buddizm və Caynizm öz ardıcıllarına tamamilə qeyri-zorakılıq tətbiq edir. Ahimsa Hinduizmdə canlılara zərər verməmək prinsipi deməkdir. Hindular, xüsusən də Hindistanın cənub bölgələrində yaşayan Hindular, heyvanlara zərər verməmək inancına uyğun olaraq tez-tez ət yeməkdən imtina edirlər. Gitanın ruhunu oxuyan adama o, qeyri-zorakılığın sirrini, fiziki bədən olsa da özünü dərk etməyin sirrini öyrədir.MOG-16”.

“Əvvəla Qandinin iddia etmək istədiyi yeganə fəzilət həqiqət və qeyri-zorakılıqdır. (T-2-84) Həqiqət və zorakılıq təpələr qədər qədimdir. (MM-25) Ahimsa və həqiqət o qədər iç-içədir ki, onları ayırmaq və ayırmaq praktiki olaraq mümkün deyil. Onlar sikkənin iki üzünə, daha doğrusu, möhürlənməmiş hamar metal diskə bənzəyirlər. Bununla belə, ahimsa vasitədir; həqiqət sondur. Həqiqət müsbətdir, zorakılıq mənfidir.(MOG-14) Həqiqət faktı ifadə edir, zorakılıq faktı mənfi edir. (MOG-14) Həqiqət öz-özünə aydındır, zorakılıq onun ən yetkin meyvəsidir. O, həqiqətdə var, lakin öz-özünə aydın deyil. (MOG-14). Ahimsa həqiqət axtarışının əsasını təşkil edir. Mən hər gün anlayıram ki, axtarışın əsası ahimsaya əsaslanmadıqca əbəsdir... “Vətənpərvərlik ruhu zorakılığa sadiq və ciddi şəkildə riayət etməyi tələb edir. və həqiqət. (T-2-92) Həqiqət və zorakılıq, bəlkə də, dünyada sahib olduğunuz fəal qüvvələrdir . (T-3-145) Qandi üçün ahimsa həqiqətin ən nəcib ifadəsi idi. “Həqiqət ahimsa ilə birləşərək”, -- Qandi yazır, “sən dünyanı ayağa qaldıra bilərsən. “O, həmçinin dedi: Həqiqət mənim dinimdir və ahimsa onun həyata keçməsinin yeganə yoludur. Özünün uzantısı kimi yaradılmış hər şeylə birliyin dərk edilməsi olan həqiqətin dərk edilməsi ahimsanı təsvir edir. Halbuki ahimsa mütləq həqiqəti dərk etmək vasitəsi kimi qəbul edildikdə təsirli ruhani təcrübəyə çevrilir. Həqiqət və zorakılıq gizli fəzilətlər deyil, bazarda olduğu kimi forumda və qanunverici orqanlarda da tətbiq oluna bilər.

Qandinin aforizmlərində də onun ideologiyası, deməli, Qandiizm dolğun şəkildə ifadə olunub.

Məsələn, “Sabah öləcəkmiş kimi yaşayın. Əbədi yaşayacaqmış kimi öyrənin”; “Mən heç kimin ağlımdan çirkli ayaqları ilə keçməsinə icazə verməyəcəyəm”; ”Zərif bir şəkildə dünyanı silkələyə bilərsiniz”; “Ümidsiz olanda xatırlayıram ki, tarix boyu həqiqət və sevgi yolu həmişə qalib gəlib. Zalımlar və qatillər olub və bir müddət onlar yenilməz görünsələr də, sonda həmişə yıxılırlar. Həmişə düşünün”; “Yumor hissim olmasaydı, çoxdan intihar edərdim”; “Öz müdrikliyinə çox arxayın olmaq ağılsızlıqdır. Ən güclünün zəiflədiyini, ən ağıllının isə səhv edə biləcəyini xatırlatmaq sağlamdır”; “Mənim dinim həqiqətə və zorakılığa əsaslanmamışdır. Həqiqət mənim Allahımdır. Zorakılıq etməmək Onu dərk etmək üçün vasitədir”; “Qadını zəif cins adlandırmaq böhtandır; kişinin qadına qarşı haqsızlığıdır. Əgər güc dedikdə mənəvi güc nəzərdə tutulursa, qadın kişidən ölçüyəgəlməz dərəcədə üstündür”; “Dünyanın bütün dinləri bir-birindən fərqlənsələr də, yekdilliklə bəyan edirlər ki, bu dünyada Həqiqətdən başqa heç nə yaşamır”;“Qeyri-zorakılıq bəşəriyyətin ixtiyarında olan ən böyük qüvvədir. O, insanın ixtiraçılığı ilə yaradılmış ən qüdrətli məhvetmə silahından daha güclüdür”.

“Dünyada görmək istədiyiniz dəyişiklik olun”; “Bir qram səbir bir ton təbliğdən daha dəyərlidir”; “İnsanlığa inamınızı itirməməlisiniz. İnsanlıq bir okeandır; okeanın bir neçə damcısı çirklidirsə, okean çirklənməz”.

Beləliklə, Cənubi Afrikada İngilislərin müstəmləkə siyasətinin Hindular üzərində qəddar münasibətinə qarşı Qandinin rəhbərliyi altında, həm də kiçik hind azlığının mübarizəsi yeddi ildən çox davam etmiş, yüzlərlə hindli vicdan və şəxsiyyət azadlıqlarına zidd olan ingilis qanunlarına boyun əyməyi qəbul etməmiş, 1913-cü ildə hərəkatın son mərhələsində, qadınlar da daxil olmaqla yüzlərlə hindli həbsxanaya atılmış və mədənlərdə işləmək istəyən minlərlə hindistanlı fəhlə həbslə, şallaqla və hətta güllələnmə ilə üzləşmişdi. Bu, öz azadlığı və müstəqilliyi uğrunda haqq mübarizəsinə qalxmış hindlilər üçün dəhşətli sınaq olmuşdu.

Qandinin 1915-ci ildə Hindistana qayıtmasından dərhal sonra ahiṃsa sözündən istifadə etmək qərarı onun subkontinentin millətçi lideri kimi mühüm intellektual təkamülündən xəbər verir. Bu, həm də onun Kocrabda satyagraha aşramını qurmaq və idarə etmək üçün Əhmədabadda üstünlük təşkil edən Cain/Hindu tacir kastası olan ilk növbədə varlı vaniyalardan mənəvi-maliyyə dəstəyi almağa olan taktiki ehtiyacına işarə edir.

Qandizm fəlsəfəsi mənəviyyat-daxili təmizlənmə məsələlərinə üstünlük verir, xüsusilə əxlaqı saflaşmanı bütün hind mənəviyyatı üçün xarakterik prinsip, ənənəvi Aximsa-yəni “Hind sən nə fiziki, nə də mənəvi zərər yetirmə” çağırışını əxlaqi təlim kimi irəli sürürdü. Qandizmə görə həqiqət əldə etmək üçün əxlaq birinci şərt aximsaya nail olmaq üçün məhəbbət ilk mənbədir.

Bu qiymətli düşüncələr indi Hindistanın Milli Azadlıq hərəkatının böyük Lideri Mahatma Karamçand Qandinin aforizmləri kimi dünya xalqlarının dillər əzbəridirsə, zamanında dahi Qandinin ideologiyasının - Qandizm fəlsəfəsinin mühüm prinsipləri idi ki, dünya dövlətləri onları nəzəriyyə və təcrübə kimi qəbul edib siyasi idarəçiliyə tətbiq etmişdir.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru
MƏNBƏ; www.science.gov.az
Dünən, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
Dünən, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031