Əlyazmaların mühafizəsi yüksək səviyyədə təşkil olunub
1950-ci ildən müstəqil müəssisə kimi (əvvəllər Respublika Əlyazmalar Fondu) fəaliyyət göstərən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi ilə bu elmi-tədqiqat müəssisəsi 1982-ci ildə Bakının İstiqlaliyyət küçəsində yerləşən, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Müsəlman Qızlar Məktəbi üçün inşa edilmiş binaya köçürülmüş, 1986-cı ildə müəssisə institut statusu almış, 1996-cı ildə bu akademik quruma Məhəmməd Füzulinin adı verilmişdır.
Əlyazmalar İnstitutu Orta əsr elmlərinin bütün sahələrini: tibb və astronomiya, riyaziyyat və minerologiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyanı əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, insititutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, XIX əsr-XX əsrin əvvəllərinə aid mətbuat nümunələri, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Əlyazmalar İnsitutunda qorunan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış müqəddəs Qurani-Kərimin “Ən-Nisa” surəsinin bir neçə ayəsidir. Bu əlyazmadan başqa Əlyazmalar İnsitutunda Əbu Əli ibn Sinanın “Tibb qanunları”, Əbdül Qasım Əl-Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında” və “Otuzuncu traktat”, Rüstəm Cürcaninin “Nizamşahın azuqələri”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”, Nəsiminin “Divan”, Sədinin “Bustan” və s. bu kimi əsərlərin XII-XV əsrlərdə köçürülmüş nüsxələri saxlanılır.
Əlyazmalar İnstitutunun saxlanclarında çox qədim və maraqlı eksponatlar, nadir əlyazmalar qorunub saxlanılır. Məsələn, dəri üzərində “Quran” surəsi, balıqqulağı üzərində “Quran” ayəsi, Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu, şairənin şəxsi qələmi və qələmdanı, XIX əsrin ortalarına aid ipək parça üzərində afişa, Əmir Teymurun dövrünə aid astronomik alət (üsturlab), perqament üzərində ornamentlər, Sultan Süleyman və Şah Abbasa aid fərmanlar, qədim möhürlər, həmçinin nəfis tərtibatlı müxtəlif “Quran” kitabları fondda mühafizə olunan ən qədim eksponatlardandır.
Qədim sənədlər temperaturun və rütubətin dəyişməsinə son dərəcə həssasdır, birbaşa günəş işığını sevmir və müxtəlif zərərvericilərin – həşəratların və mikroorqanizmlərin təsirinə məruz qala bilir. Qədim əlyazmaların saxlanması üçün əlverişli mikroiqlim yaratmaqdan ötrü xüsusi kondisionerlər, həmçinin dezinfeksiya şkafları, əlyazmaları həşəratlardan qorumaq üçün kimyəvi maddələr, zədələnmiş kitabların bərpası üçün xüsusi materiallar və s. tətbiq olunur.
Əlyazmalar İnsitutunda qorunan yazılı abidələr kağız üzərində yazıldığı üçün bu əlyazmaların qorunub saxlanması o qədər də asan bir məsələ deyil. Çünki kağız bir müddətdən sonra köhnəlir, cırılır, orda yazılar oxunmaz hala düşür. Bu əlyazmaları qorumaq, bərpa etmək institutun fəaliyyət istiqamətlərindən biridir.tƏlyazmaların ömrünün uzadılması üçün müxtəlif kimyəvi preparatlardan və texniki üsullardan istifadə edilir. Qədim əlyazmaların gigiyenası, konservasiyası və bərpası xüsusi mikromühitə uyğunlaşdırılmış saxlanclarda və laboratoriyada həyata keçirilir. İinstitutda saxlanılan bütün əlyazma və çap materialları elmi əsaslarla təmizlənir, rejimli mühafizə-konservasiya mühitində qorunur, zədələnmiş və bərpaya ehtiyacı olan vərəqləri bərpa olunur və yenidən saxlanca qaytarılır, yeni alınan materiallar isə xüsusi karantin şəraitində saxlanıldıqdan və zərərvericilərdən təmizləndikdən sonra əlyazma fonduna daxil edilir.
İnstituta təqdim edilən əlyazmalar əvvəlcə təmizlənmə prosesindən keçir və dezinfeksiya aparatında saxlanılır. Kitabın vəziyyətindən asılı olaraq, 3-7 gün ərzində təmizlənmədə qalan vərəqlər xüsusi maye ilə yuyulur. Vərəqlərin tərkibi korlandıqda onlara sellüloz adlı maddə əlavə olunaraq bərkidilir və sonra bərpa prosesinə yönəldilir. Mütəxəssislər tərəfindən kağızın növü və üslubu təyin olunur. Bərpa prosesində əsasən keyfiyyətli yapon kağızlarından istifadə edilir. Qədim əlyazmaların, əski kitabların cildləmə prosesində isə şirazə adlanan köhnə üsuldan istifadə edilir. Əlyazma nüsxələrinin cildləri əslinə uyğun bərpa edilir. Bu zaman orta əsrlərdə istifadə edilən texnalogiyalar tətbiq edilir.
Onu da qeyd edək ki, institutun fondlarındakı əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə əlyazmalar rəqəmsallaşdırılır, sistemləşdirilərək elektron kitabxanası yaradılır. Rəqəmsallaşdırılmış əlyazmalar uzun müddət saxlama və istifadə üçün multimedia disklərinə köçürülür. Əlyazmaların elektron versiyası xüsusi foto cihazlar vasitəsilə yaradılır. İnstitutda əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli əlyazmaların elektron kitabxanasının yaradılması işi də müasir tələblərə uyğun həyata keçirilir.
Səbinə ƏHMƏDOVA, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi filologiya üzrə fəlsəfə doktoru, dosent
mənbə;www.science.gov.az saytına istinad
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar