Görkəmli dilçi alim Afad Qurbanovun anadan olmasından 95 il ötür
Elm və təhsil
Oxunub: 162
10 yan 2024 | 10:21

Yanvarın 10-da görkəmli dilçi alim, türkoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Afad Qurbanovun doğum günüdür. Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən Afad Qurbanov hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi də Afad Qurbanovun adı ilə bağlıdır.

Afad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da anadan olub. Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya müharibəsinin veteranı medalı ilə təltif edilib. Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. 22 yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olub. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğruldub və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarıb

Afad Qurbanovun yaradıcılığında dil problemlərinin tematikası çox genişdir. Bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq enerjisini Azərbaycan dilçiliyinin inkişafına, doğma dilinin saflığının təmin olunmasına həsr edən alim dilçilik elminin elə bir sahəsi yoxdur ki, oraya nüfuz etməsin. Azərbaycan dili, ədəbi dil, dilin lüğət tərkibi, fonetik və qrammatik quruluşu, ümumi dilçilik, bədii əsərin dili, onomalogiya məsələləri onun yaradıcılığının əsas istiqamətlərindən olub. Afad Qurbanovun adı dilçilik elminin korifeyləri ilə bir sırada çəkilir.

Görkəmli alim Afad Qurbanov Azərbaycan onomastika elmi məktəbinin banisidir. Dildə olan bir sıra onomastik vahidlər onun qələmi ilə dilçilik elminə daxil edilib və öz izahını tapıb. Alimin “Azərbaycan dilinin onomalogiyası” əsəri dilçilik elminə qiymətli dərslik kimi daxil olub. Azərbaycan dilçiliyində onomastik vahidlərin yaranması və dəyişilməsi, orfoqrafik və orfoepik problemləri elmi və sistemli şəkildə Afad Qurbanovun kitabında faktlar əsasında izah olunub.

O, elmi məktəb yaradan və çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdəndir. Alimin əsərləri bütün tədqiqatçılar üçün bir baza, bir mənbədir. Afad Qurbanov “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə, Bakı-2004) kimi monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. O, hidronimlərin izahında da ilk təşəbbüs göstərən alimlərimizdən olub. Alim hidronimlərin okeanim, pelaqonim, limonim, potamonim, helonim növlərini müəyyənləşdirib.

Afad Qurbanov novator, orijinal bir dilçidir. Onun hər bir əsərində yenilik özünü göstərir. O, yüksək dərəcədə təhsil alıb, türk xalqlarının dilləri ilə yanaşı, dünya dillərini də dərindən dərk edib, mənimsəyib, çoxsaylı dillərin materialları ilə tanış olub və həmin materiallardan da bəhrələnərək dünyagörüşünü artırıb, “Ümumi dilçilik” adlı əsərini də müfəssəl dərəcədə işləyib ərsəyə gətirib. Görkəmli alim ilk dəfə respublika ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdırıb və onların tədrisində bir sistem yaratmağa nail olub. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir. Bununla yanaşı, Afad Qurbanovun 1962–2009-cu illər ərzində ali məktəblər üçün dilçiliyin müxtəlif sahələri ilə bağlı tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti cəlb edir. Onun hazırladığı tədris proqramları və çalışmalar Azərbaycan dilinin, türk dilçiliyinin və ümumi dilçiliyin müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində əhəmiyyətli rol oynayıb. Bu proqram və çalışmalardan ali məktəblərdə uzun illər geniş istifadə olunur, müəllimlər və tələbələr onlardan dəyərincə faydalanırlar. Həmin proqramlarda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mübahisə doğuran məsələlər dürüstləşdirilib, onlara aydınlıq gətirilib. Beləliklə, A.Qurbanovun 45 ildən artıq bir müddət ərzində ölkədə təhsilin, o cümlədən “Ümumi dilçilik” fənninin tədrisinin təşkilində böyük xidmətləri olub.

Afad Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. O, Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanovun hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən Afad Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, o cümlədən 1990-1995-ci illərdə Milli Məclisin deputatı, Əlifba Komissiyasının sədri olub. Alimin AMEA-nın inkişafında da müstəsna xidmətləri olub. O, 40 ilə yaxın müddətdə bu elm müəssisəsi üçün mühüm işlər görüb, bir çox komissiya və müdafiə şuralarının üzvü və sədri olub. Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərib. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışıb.

Görkəmli alimin xatirəsi Azərbaycan elmi ictimaiyyətinin, onu tanıyanların qəlbində həmişə yaşayacaq.

AzərTac
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
20-02-2026, 12:13
Azərbaycan Hakimlərinin II Forumu keçirilir
20-02-2026, 12:09
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb
16-02-2026, 00:41
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
16-02-2026, 00:39
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
16-02-2026, 00:37
Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb
16-02-2026, 00:35
Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir
16-02-2026, 00:33
Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
16-02-2026, 00:32
Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı paylaşım edilib
16-02-2026, 00:31
Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib
16-02-2026, 00:29
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
16-02-2026, 00:28
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər
12-02-2026, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
12-02-2026, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031