AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclası keçirilib
Elm və təhsil
Oxunub: 215
22 dek 2023 | 12:18

Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.

İclasdan öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında işıq üzü görmüş nəşrlərə və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanı ittifaqın ən geridə qalmış ölkəsindən inkişaf etmiş respublikasına çevirməsi və SSRİ kimi dünyanın aparıcı dövlətinin rəhbərliyi səviyyəsinə yüksəlməsi ilə beynəlxalq aləmin diqqətini öz üzərinə çəkib. Akademik İsa Həbibbəyli bildirib ki, hələ sağlığında ikən Ulu Öndərin misilsiz xidmətləri alimlərimiz, yazıçılarımız və ziyalılarımız tərəfindən həm elmi, həm də bədii ədəbiyyatda öz əksini tapıb, yerli və xarici jurnallarda məqalələr dərc olunub.

Ulu Öndəri dövrünün digər respublikalarının rəhbərlərindən fərqləndirən başlıca cəhətin Ümummilli Liderin məhz məqsədyönlü uzaqgörənliyi olduğunu deyən akademik İsa Həbibbəyli dahi rəhbərin Azərbaycanı və xalqımızı hələ sovet hakimiyyəti illərində dövlətimizin gələcək müstəqilliyinə hazırladığını söyləyib. Ulu Öndərin hələ 1990-cı ilin sentyabrında Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə keçirilən seçkilərdə Naxçıvanda seçiciləri ilə görüşündə ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası və Azərbaycan dövlətinin hakimiyyətinin bütün respublikanı əhatə etməsi olduğunu dilə gətirdiyini bildirən AMEA rəhbəri dahi liderin bu arzusunun onun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən 30 il sonra yerinə yetirildiyini vurğulayıb. Qeyd edib ki, 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən Azərbaycan xalqı, ordusu düşmənin 30 illik işğalına son qoydu, 2023-cü ilin 19 sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ilə isə Azərbaycanın Dövlət Bayrağı bütün respublika ərazisində ucaldıldı.

“Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerini yetirməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, çoxəsrlik dövlətçilik tariximizə adını əbədi və qızıl hərflərlə yazdırdı. Bu, 50 ildən artıq bir dövrü əhatə edən Heydər Əliyev və İlham Əliyev epoxasının tarixdə əbədi qalacaq böyük xidmətidir. Bu günləri gördüyümüz üçün, dünya liderləri sırasında özünəməxsus yeri olan Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bir dövrdə yaşadığımız üçün fəxr edirik”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

“Heydər Əliyev İli” çərçivəsində Akademiyada həyata keçirilən işlərdən danışan AMEA prezidenti il ərzində Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında 50-dən artıq fundamental nəşrin, 60-dan çox yerli və beynəlxalq konfransın ərsəyə gətirildiyini söyləyib. Qeyd edib ki, sözügedən nəşrlərin hər biri Ulu Öndərin həyat və fəaliyyətinin önəmli məqamlarını əhatə edir və fundamental, akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqlənir. Keçirilən konfranslara toxunan AMEA rəhbəri sözügedən tədbirlərdə 36 ölkədən hibrid formatda (həm onlayn, həm də canlı) olmaqla yüzlərlə xarici alimin iştirak etdiyini və onların Ümummilli Liderin həyat və fəaliyyətinin önəmli məqamları ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” olunması ilə bağlı imzaladığı Sərəncam Ulu Öndərlə bağlı ölkəmizdə aparılan tədqiqatları yeni inkişaf mərhələsinə qaldırdı. AMEA rəhbəri vurğulayıb ki, dövlətinə, Prezidentinə, xalqına sədaqətli gənc nəsil yetişdirmək Azərbaycan elminin, alimlərimizin, ziyalılarımızın başlıca vəzifələrindəndir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı tarix elmləri doktoru Fəzail Ağamalı “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində danışmağı həmin dövrün bütün stereotiplərini qıraraq ana dilimizin dövlət dili elan olunması demək idi. Qeyd edib ki, bu hadisə həmin dövrün gənc tələbələrində böyük şövq yaratdı, onları milli dövlətçilik istiqamətində daha da ruhlandırdı.

“Ümummilli Lider ikinci dəfə respublikada hakimiyyətə gələndə də Naxçıvanda dövlət atributumuz olan Azərbaycanın üçrəngli bayrağını ucaltması ilə gələcək müstəqilliyimizin təməllərindən birini qoydu. Bir tarixi xidməti də özündən sonra Azərbaycan üçün layiqli rəhbər qoyub getmək idi. Ali Baş Komandan İlham Əliyev onun vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına nail oldu”, - deyə Fəzail Ağamalı söyləyib.

AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti akademik tədqiqatlarda” mövzusunda çıxışında AMEA-da cari ildə çoxsaylı monoqrafiya, kitabın və məqalələr toplusunun işıq üzü gördüyünü, beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi deyib. Qeyd edib ki, monoqrafiya, kitab və çoxsaylı tədbirlərdə Heydər Əliyev epoxası Azərbaycan tarixində quruculuq, siyasi-iqtisadi-sosial sabitlik və milli-mənəvi, mədəni təkamül, xalqda gələcəyə inam və nikbinliyin bərqərar olması dövrü kimi səciyyələndirilir. Məhz Ulu Öndər tərəfindən aparılan siyasət, əsası qoyulan böyük hədəflər onun ən layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək bizi tarixi Zəfərə qovuşdurmuşdur.

Tədbirdə, həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda məruzə ilə çıxış edib. Milli Məclisin deputatı Tahir Rzayev isə görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov isə çıxışında bu ilin may ayında İSİ ilə ADA Universitetinin alim və mütəxəssislərinin süni intellekt əsasında birgə hazırladıqları virtual robotların təqdimatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirildiyini xatırladıb və elmi yeniliyi iclas iştirakçılarına təqdim edib.

Çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflər AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, onun əziz xatirəsinin xalqımız, alimlərimiz tərəfindən əziz tutularaq yeni gənc nəslə çatdırıldığını söyləyib. Qeyd edib ki, görkəmli dövlət xadiminin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışları işığında inkişaf etdirilərək həyata keçirilir, alimlərimiz güclü və qüdrətli Azərbaycan naminə dövlət başçısının atdığı bütün addımları dəstəkləyir, həmrəyliyini ifadə edir.

mənbə; www.science.gov.az
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031