Akademik Lambert Nəşriyyatı azərbaycanlı filosof alimin Lütfi Zadəyə həsr olunmuş monoqrafiyasını 7 dildə nəşr edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Akademik Lambert Nəşriyyatından sentyabrda ingilis dilində çap olunmuş “The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh” (“Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) monoqrafiyasının portuqal, alman, ispan, fransız, italyanvə rus dillərində də nəşr olunduğu haqqında məktub alıb.
Məktubda bildirilir ki, “Hörmətli Xatirə Quliyeva. Biz Almaniyada mükafat qazanmış tərcümə şirkəti ilə əməkdaşlıq etdik və kitabınızı bir çox dillərə tərcümə etməklə onun auditoriyasını genişləndirmək üçün böyük bir addım atdıq. İndi insanlar kitabınızı Latın Amerikasında, Avropada və başqa ölkələrdə öz ana dillərində oxumaq şansı əldə edəcəklər”.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın sayca 8-ci monoqrafiyası olan “The Era, Worldview and Philosophical Views of Lotfi A.Zadeh” (“Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) əsəri dünyaşöhrətli alim Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan “Lütfi A. Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyada dahi alimin 97 il qədər geniş dövrünü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmış özünəməxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq etmişdir.
Filosof alim Xatirə Quliyevanın “The Era, Worldview and Philosophical Views of Lotfi A.Zadeh” əsəri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.
“The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh” (“Lütfi A. Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları”) monoqrafiyasınn rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacandır.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın bu tədqiqat əsəri çap olunana kimi hissə-hissə AMEA-nın saytında (https://science.gov.az), həmçinin ABŞ, Çin, Türkiyə Pakistan, İndoneziya, Polşa kimi ölkələrin nüfuzlu elmi nəşrlərdə yayımlanmış, alim bu mövzuda Macarstanda və Şimali Kıprıs Türk Cümhuriyytində keçirilmş beynəlxalq konfranslarda geniş məruzələrlə çıxış etmişdir. Bu günlərdə ABŞ-ın nüfuzlu jurnallarından biri alimin “Worldview Concept. History and Modernity (in the Context of Lutfi A. Zadeh's Worldview)” “Dünyagörüşü konsepsiyası. Tarix və müasirlik (Lütfi Zadənin dünyagörüşü kontekstində”) məqaləsini çapa qəbul etmişdir.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva artıq 7 dildə dünya kitab bazarlarında satışda olan “The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh” əsərini Azərbaycan, türk, ərəb və çin dillərində çap etdirməyi planlaşdırır.




mənbə; www.science.gov.az saytına istinad
Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib