“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası çap olunub

Filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası nəşr olunub.
Müəlliflər tərəfindən əsərdə Heydər Əliyevin apardığı dil siyasəti, dövlətçilik və dil quruculuğu prosesi, Azərbaycan dilinin inkişaf konsepsiyası yeni müstəvidə ətraflı şərh edilib. Monoqrafiyada qeyd edilir ki, Heydər Əliyevin dil doktrinasında dil amili xalqın varlığı üçün bütün amillərdən uca tutulmuş və Azərbaycan dilinin dövlət dili kimi inkişafı və yüksəlişi uğrunda davamlı olaraq mübarizə aparmışdır. Dövlətçiliyin inkişafı və onun atributlarının formalaşması, Azərbaycan dilinin inkişaf istiqamətləri, dövlətçilik və dil siyasəti problemləri sosiolinqvistik istiqamətdə xarakterizə edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin vahid ümumi məqsədə yönələn Azərbaycan dilinin inkişaf konsepsiyasının istiqamətlərinə həsr olunan əsər üç fəsildən və əlavə hissədən ibarətdir. Bu fəsillərdə dövlətçilik və dil siyasəti, dövlət dil konsepsiyası, dil quruculuğunun istiqamətləri, Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi və müstəqillik illərində dil quruculuğu prosesi ardıcıllıqla tədqiq olunmuşdur.
Əsərdə Heydər Əliyevin Azərbaycan dilinin inkişaf konsepsiyası ilə bağlı apardığı dil siyasəti iki mərhələyə ayrılmış, hər iki mərhələdə milli dilə münasibət və onun tətbiq sahələri müəyyənləşdirilmişdir. Siyasi liderin zəngin təcrübəsi, fitri təşkilatçılığı ilə respublikanın milli-ictimai marağını, etnik-genetik tərkibini nəzərə alıb Azərbaycan dilini müstəqil dövlət dili kimi inkişaf etdirməsi xarakterizə edilərək yazılır ki, dilin millətin varlığı hesab edən Heydər Əliyev bu tarixi həqiqəti əsas götürərək dil quruculuğu məsələsinə dövlət quruculuğunun tərkib hissəsi kimi yanaşmışdır. Ümumiləşdirmələr əsasında dövlət və dil, dövlət və dil quruculuğu prosesində Azərbaycan dilinin inkişaf istiqamətləri və aparılan dil siyasətində Heydər Əliyevin konsepsiyasının özünəməxsusluğu əsaslandırılır. Heydər Əliyevin dil konsepsiyasında dövlət dili anlayışı geniş məna ifadə edir. Bu anlayışda dilin bütün istiqamətlərdə inkişafı ifadə edilir. Əsərdə aparılan təhlillər göstərir ki, bu anlayışın məntiqi dərki Heydər Əliyevin dil siyasətində genişliyi ilə öz ifadəsini tapmışdır. Kimlik vəsiqəmiz olan Azərbaycan dilinin qədimliyi, zənginliyi və bu dildə danışan xalqın böyük potensialı onu həmişə yaşatmışdır. Əsərdə aparılan təhlillərdən aydın olur ki, bu siyasət Azərbaycan dilini dövlətçilikdə, inzibati-idarə sistemində, elmdə, mədəniyyətdə, maarifdə inkişafını təmin etməklə dilin funksionallaşmasına səbəb olmuşdur. Milli dilin zənginlikləri, milli varlıq və birliyin yaradılmasında əsas vasitə olması nəzərə alınaraq dövlətçilik səviyyəsində inkişafının təmin olunması siyasəti aparılmışdır.
Monoqrafiyada Heydər Əliyevin dövlət dili siyasətinin əsas prinsipləri ilə bağlı irəli sürülən və zəngin faktlarla əsaslandırılan dövlətçilik və dil haqqında müddəalar azərbaycançılıq ideologiyasının son illərdəki nailiyyətlərinin parlaq təzahürüdür. Professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri milli varlığımız olan Azərbaycan dilinin möhkəm təməllər üzərində inkişaf etdiyinin və daha möhtəşəm gələcəyə çağırışın ifadəsidir.
mənbə; www.science.gov.az
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar