Aprel döyüşləri - Zəfərə səsləyən qətiyyət və inam

Müzəffər Azərbaycan Ordusu 30 il həsrətdən sonra misli-bərabəri olmayan şücaət və böyük peşəkarlıq nümayiş etdirməklə torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına başa gəlmişdir. Dövlət və xalq olaraq öz ərazi bütövlüyümüzü bərpa etməklə bir xalqın mövcudluğu üçün zəruri hesab edilən milli iradə, özünəetimad və özünəinam kimi psixoloji hissləri geri qaytardıq. Qalib Ordumuzun qəhrəmanlığı sayəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri və müxtəlif təbəqə və mənsubiyyətlərdən ibarət vətəndaşlarımızın taleyüklü məsələlərdə, o cümlədən düşmənə qarşı mübarizədə həmrəyliyinin rəmzidir. Tam qətiyyətlə qeyd edə bilərik ki, məhz bu Qələbə nəticəsində İslam və Türk dünyası ölkələri son 200 il ərzində ilk dəfə itirdikləri torpaqları qaytarmaq nümunəsinin şahidi oldular.
Bu fikirləri AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev bildirib. O qeyd edib ki, vurğulanmalı olan digər mühüm bir məsələ isə Azərbaycan dövlətinin ədalətsizliyə və 30 il davam edən erməni təcavüzünə son qoymaqla regionda sülh və əməkdaşlıq əhvali-ruhiyyəsini yaratmasıdır. Ölkəmizin həmişə sülhsevər siyasətin tərəfdarı olması, tolerantlığa və qarşılıqlı əməkdaşlığa üstünlük verməsi beynəlxalq səviyyədə qəbul edilən bir həqiqətdir. Torpaqlarımızın təxminən 30 il ərzində işğal altında saxlanılmasına, bir milyondan çox vətəndaşımızın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsinə, təcavüzə məruz qalmış şəhər və kəndlərimizin bütünlüklə dağıdılmasına, Ermənistanın işğalçı qüvvələrinin işğal zonasında qeyri-insani davranışlarına rəğmən Azərbaycanın sülhpərvər mövqeyi Cənubi Qafqazda etimad, əməkdaşlıq və sabitlik mühitinin yaranmasında mühüm təsir göstərməkdədir.
Əlbəttə, bu tarixi Zəfərin əldə edilməsi heç də asan başa gəlməyib. Azərbaycan xalqı və dövləti erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması naminə 30 ilə yaxın səbir, təmkin nümayiş etdirməli, böyük səylər və vəsaitlər hesabına işğalçının qovulması ilə nəticələnən güc toplamalı olub. Bu Qələbə ardıcıl və sistemli şəkildə həyata keçirilmiş ağır iş fəaliyyətinin, habelə bir neçə mərhələ və prosesin nəticəsində baş verib. Heç şübhəsiz ki, böyük Zəfəri şərtləndirən əsas mərhələlərdən biri də hərb tariximizin yaddaşına həkk olunmuş Aprel döyüşləridir.
E.Mustafayev vurğulayıb ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi vətən tariximizdə əbədiləşdi. Bəli, Azərbaycan Ordusunun Qələbəsi ilə bitən Aprel döyüşlərindən yeddi il ötür. Dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparmışdı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycanın əleyhinə söz deyə bilmədilər. Hələ o vaxt Azərbaycan dövləti qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Lakin mənfur düşmənlərimiz, Ermənistan hərbi-siyasi hakimiyyəti Azərbaycanın sülhsevər mövqeyini və nümayiş etdirdiyi bu jestləri görməzdən gələrək öz təcavüzkar, işğalçı siyasətini davam etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə rəsmi görüşlərdə elan edirdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. Dövlət başçımız Azərbaycan Ordusunun Aprel Qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə qeyd edirdi: “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
“Tam əminliklə deyə bilərik ki, Aprel döyüşləri mütləq qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsinə səsləyən qətiyyət və inam idi. Necə ki, Prezident İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti haqqında belə qeyd edirdi: “Aprel döyüşləri bizim şanlı hərbi Qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Aprel döyüşləri 2020-ci ildə qazandığımız böyük Zəfəri şərtləndirən əsas amillərdən biri idi. İstər Aprel döyüşləri, istər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Xalqımızın bütün təbəqələri həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Müzəffər Ordumuz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı işğaldan azad edilmiş ərazilərdə öz qanları bahasına dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı”, - deyə E.Mustafayev fikrini yekunlaşdırıb.
AzərTac
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib