Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT
Elm və təhsil
Oxunub: 268
21 yan 2021 | 15:22
Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT


Hüquqşünas: “Abutalıbov vəzifədən çıxarılsa da, qanunsuz göstərişə görə məsuliyyət daşıyır”

Məmurların səhlənkarlığı nəticəsində vətəndaşların mülkiyyət hüququ pozulur. Bu üzdən Avropa Məhkəməsinə göndərilən şikayətlər əsasında Azərbaycan dövləti xeyli cərimə ödəməli olur. Azərbaycan vətəndaşı Faiq Elmir oğlu Novruzov da məmur özbaşınalığının qurbanı olub.

Vətəndaş redaksiyamıza müraciətində yazır ki, Səbayel rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə atası Elmir Qaçay oğlu Novruzova məxsus olub. Günlərin birində isə həmin mülkiyyət yerlə bir edilib və onlara bu günə qədər hər hansı bir kompensasiya ödənməyib: “Həmin qeyri-yaşayış sahəsinin bizə aid olması haqda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, 003962 saylı ”Mülkiyyət hüququ haqqında şəhadətnamə" var və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılıb. 2014-cü ildə bizə xəbər verdilər ki, həmin obyekti sökürlər. Doğrusu, əvvəlcə buna inanmadıq. Necə ola bilər ki, hüquqi dövlətdə mülkiyyətçiyə xəbər vermədən, bizdən razılıq almadan, kompensasiya ödəmədən əmlakı sökürlər?"

Hacıbala Abutalıbova ağır İTTİHAMLAR - “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT


Vətəndaş qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti məktub yazaraq tikilinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar “Su idman Sarayı” kompleksinin tikintisi ilə əlaqədar söküldüyünü öyrənib:

“Mülkiyyətimizin yerində park salınıb. Vətəndaşlara dəyən zərəri ödəməyən ”AZ İmport" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmin vaxtdan, yəni 2014-cü ildən başlayaraq bu işin qanuni araşdırılması və kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyəti qurumlara, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Səbayel Rayon Məhkəməsinə müraciət etsək də, hələ heç bir nəticə hasil olmayıb. Bu isə bizim konstitusion hüquqlarımın kobud surətdə, qəsdən pozulması deməkdir".

elmir qachsay.JPG (34 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vətəndaşa dəymiş ziyan təcili şəkildə ödənməlidir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 29-cu maddəsinin I-ci hissəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin II-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyaclar üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Hüquqşünas deyir ki, “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəlləsinin 157.9-cu maddəsi müəyyən edir:

- yolların və digər kommunikasiya xətlərinin çəkilməsi;

- sərhəd zolağının müəyyən edilməsi; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

- müdafiə əhəmiyyətli obyektlərin tikilməsi;

- dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.

Göründüyü kimi, vətəndaşa məxsus obyekt sökülüb və yerində park salınıb. Park-bağ kompleksinin-istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir və istənilən halda qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısına verilməyib. Yəni Hacıbala Abutalıbov vətəndaşa məxsus mülkiyyətin ondan icazəsiz sökülməsinə göstəriş verə bilməzdi. Vətəndaşın mülkiyyətinin sökülməsinə görə vəzifədən çıxarılsa da, Hacıbala Abutalıbov məsuliyyət daşıyır".

Hüquqşünasın sözlərinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanına əsasən, Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə görə hətta dövlət ehtiyacları üçün alınan əmlaka dair fərdi qaydada araşdırma aparılmalı və bazar qiymətləri müəyyən edilməlidir.

Aidiyyəti qurumların qanunsuz hərəkətləri nəticəsində mənim “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüququm kobudcasına, qəsdən pozulub. Buna görə də vətəndaşa dəymiş ziyan tez bir zamanda ödənməlidir".

“Yeni Müsavat”
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13-03-2026, 10:46
Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub
13-03-2026, 10:42
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
11-03-2026, 11:06
Karyeraya ilk addım: “Maarifçi” təcrübə proqramına qeydiyyat başlanır
11-03-2026, 10:46
MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir
11-03-2026, 10:35
Dünya birjalarında neft bahalaşıb
10-03-2026, 10:53
10 Mart - Milli Teatr Günüdür
10-03-2026, 10:51
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:43
Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10-03-2026, 10:40
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:36
Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031