AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib
Elm və təhsil
Oxunub: 153
1 fev 2023 | 10:04


Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin səyyar iclası hibrid formatda keçirilib.


AMEA-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər, ali təhsil və tibb müəssisələrinin və KİV-in əməkdaşları iştirak ediblər.

Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. AMEA rəhbəri yanvar ayı ərzində AMEA-nın Rəyasət Heyətinin iclaslarında Lənkəran Regional Elmi Mərkəzi, Humanitar Elmlər, İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri bölmələrinin və Şəki Regional Elmi Mərkəzinin 2022-ci ildəki fəaliyyətlərinə dair hesabatların dinlənildiyini xatırladıb. Qeyd edib ki, bu il hesabatlar fərqli formatda, böyük auditoriyalarda təqdim olunur və bu addım Azərbaycan alimlərinin əldə etdikləri nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.



Akademiyada aparılan islahatlar barədə məlumat verən AMEA rəhbəri daxili imkanlar hesabına Rəyasət Heyətinin aparatında “Vikipediya”, elmmetrik göstəricilərin analizi, jurnalların beynəlxalq bazalara çıxışının genişləndirilməsi işləri ilə məşğul olan Elektron Akademiya şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Xüsusilə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çıxan məqalələrinin sayının artırılmasının başlıca hədəflərdən olduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın elmi jurnallarının Türkiyənin Ulakbim - Dərgi Park elektron baza reyestrinə daxil edilməsi barədə razılığın əldə olunduğunu söyləyib.



Həmçinin AMEA-nın ilk dəfə olaraq beynəlxalq elmi quruma - Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzvlüyə qəbul edildiyini, hazırda isə Avropa Akademiyaları Assosiasiyasına üzvlüklə bağlı işlərin davam etdirildiyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, Akademiyanın beynəlxalq assosiasiyalara üzvlüyü Azərbaycan elminin əhatə dairəsinin genişlənməsinə və alimlərimizin xarici həmkarları ilə əlaqələrinin artmasına təkab verəcək.



Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova bölmənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib.

Əvvəlcə akademik Cəlal Əliyevin və AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, həmçinin “Şuşa İli” ilə bağlı, eləcə də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” və s., o cümlədən Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanması, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqlar çərçivəsində tədqiqatlar aparılıb.

Həmçinin bölmənin institutlarında və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Səhiyyə Nazirliyinin və AR Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat və təhsil müəssisələrində, TƏBİB-in tədqiqat müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, bölmə və institutlar işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər işçi qruplarının işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin aparılmasında, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak ediblər. Belə ki, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli, Şuşa və s. rayonlara çoxsaylı ekspedisiyalar keçirilib, nadir və itmək təhlükəsində olan növlərin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb. Xüsusən, Oxçuçayın hövzəsi boyu ekspedisiya tədqiqatları mühüm əhəmiyyət kəsb edib, monitorinqlərin nəticəsi suyun çirkli su kateqoriyasına aid olmasını və bunun da əsasən Ermənistan ərazisində baş verməsini təsdiq etməyə imkan yaradır.



Bölmənin diqqətində olan ən aktual problemlərdən birinin də Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması olduğunu deyən İ.Hüseynova hesabat dövründə AMEA üzrə Redaksiya heyəti və işçi qruplarının BTEB-in ciddi nəzarəti altında fəaliyyət göstərdiyini söyləyib. Qeyd edib ki, hazırda “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı elmi tədqiqatlar, xarakterik şəkil və yayılma xəritələri ilə birgə oçerklərin yazılması başa çatdırılıb, son redaktə və tərtibatla bağlı yaradıcı kollektivin üzərinə düşən işlər yekunlaşdırılıb.



O cümlədən Xəzər dənizinin Azərbaycan sektorunun və ətraf ekosistemlərin tədqiqi, dənizin bioloji resurslarının öyrənilməsi üzrə fəaliyyətlər intensivləşdirilib.



Hesabat ilində biologiya, aqrar və tibb elmləri üzrə tədqiqatlar əsasən, biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətləri üzrə aparılıb.



Məruzəçi bildirib ki, qeyd olunan istiqamətlərdə hesabat ilində 22 problem, 82 mövzu, 246 iş, 501 mərhələ üzrə tədqiqatlar aparılıb, 6 mövzu, 31 iş və 369 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 145 mövzu (17-si tamamlanıb) və 305 işi (32-si tamamlanıb) əhatə edən 527 (76-sı tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. 2022-ci ildə Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrində 23, beynəlxalq və yerli əməkdaşlıq nəticəsində 5, bölmədənkənar elm və təhsil müəssisələrində 2, tibb sahəsində 16, aqrar elm üzrə isə 2 mühüm nəticə alınıb. Hesabat ilində bölmənin institutları tərəfindən 6, respublikanın tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələrində isə 16 patent əldə edilib.



Bölmə alimlərinin nəşriyyat fəaliyyətini diqqətə çatdıran akademik İradə Hüseynova hesabat dövründə bölmə institutları tərəfindən 1099 elmi əsər, o cümlədən 14 kitab (2-si xaricdə), 17 monoqrafiya (1-i xaricdə), 547 məqalə (317-si xaricdə, onlardan 165-i impakt faktorlu jurnallarda, 86-sı “Web of Science” və “Scopus” bazalarında), 521 tezis (198-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3100 istinad edilib. Bölmədənkənar tibb yönümlü müəssisələr tərəfindən 3056 elmi əsər, o cümlədən 20 kitab (2-si xaricdə), 22 monoqrafiya (1-i xaricdə), 1445 məqalə (579-u xaricdə, onlardan 84-ü “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 1569 tezis (585-i xaricdə) nəşr olunub, elmi əsərlərə 390 istinad edilib.



Natiq, həmçinin hazırda bölmənin 16 gənc mütəxəssisinin tanınmış xarici universitetlərdə doktorantura təhsili aldığını diqqətə çatdırıb.



Hesabatda, həmçinin elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.



Hesabat dinlənildikdən sonra məruzə ətrafında AMEA-nın müxbir üzvləri Elmar Qasımov, Zeynal Əkpərov, professor Səyyarə İbadullayeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Cavanşir Təlai çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Həmçinin Kembric Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyasının müdiri, professor Qərib Mürşüdovun videoçıxışı dinlənilib.



Daha sonra çıxış edən akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatları, BTEB-in müəssisələrinin beynəlxalq əlaqələrini, gənc mütəxəssislərin xaricdə doktorantura təhsili almasını, impakt faktorlu jurnallarda çıxan məqalələrin sayının artmasını, işğaldan azad olunmuş ərazilərdə yerinə yetirilən elmi işləri yüksək qiymətləndirib.



Sonda Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031