Şəki Regional Elmi Mərkəzinin 50 illik uğur yolu
Elm və təhsil
Oxunub: 219
22 dek 2022 | 12:06
Şəki Regional Elmi Mərkəzinin 50 illik uğur yolu
Tarix boyu Şərqin milli mədəniyyət və elm mərkəzlərindən biri kimi şöhrət qazanmış Şəki şəhərinin ictimai-siyasi, elmi-mədəni inkişafı tarixin özü qədər qədimdir. Şəki minilliklər boyu xalqımızın bir çox alimlərinin, mütəfəkkirlərinin, memarlarının beşiyi olmuş, bu elmi mühitdə ziyalılıarımız öz yaratdıqları əsərləri ilə dünya elmində xüsusi yer tutmuş, ölkəmizə böyük şöhrət gətirmişlər.

Şəkidə elmi kadrların yetişdirilməsində əvəzsiz xidmətləri ilə seçilən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin fəaliyyətə başlamasının 50 ili tamam olur. Fəaliyyətə başladığı ilk gündən Mərkəzdə regionun sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərinin tədqiqi, bir çox mühüm regional problemlərin həlli ilə bağlı mühüm elmi-tədqiqat işləri aparılmışdır. Ötən illər ərzində Mərkəzin elmi və ictimai fəaliyyəti daha da genişlənmiş, elmi-tədqiqatların istiqamətləri müxtəlif sahələri əhatə etmişdir.

Şəki Regional Elmi Mərkəzinin (ŞREM) fəaliyyətinə nəzər saldıqda, bu elm ocağının Azərbaycanın şimal-qərb bölgəsinin elmi, mədəni, tarixi, sosial-iqtisadi və perspektiv inkişafının təzahürü kimi yarandığının, mərhələli şəkildə tərəqqi etdiyinin və şərəfli bir yol keçdiyinin şahidi oluruq.

Belə ki, Şəki-Zaqatala bölgəsində mövcud elmi, mədəni, tarixi, ekoloji-coğrafi, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin mövcud olan problemlər, onların aradan qaldırılmasının labüdlüyü, elmi nəticələrin əldə edilərək istehsala tətbiq edilməsi, eləcə də bölgənin tarixi və mədəni irsinin araşdırılması, ölkənin iqtisadi həyatında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq 1972-ci ildə Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Şəki şəhərində Şəki Zona Elmi Bazasının yaradılmasına dair qərar qəbul edilmişdir.

Həmin dövrdə Şəki Zona Elmi Bazasına Geologiya İnstitutunun baş elmi işçisi geologiya-mineralogiya elmləri namizədi Zəkəriyyə Əlizadə rəhbər təyin edilmiş, həmin ildə Şəki Meşə Təsərrüfatı İdarəsi üçün yeni tikilmiş ikimərtəbəli, genişhəyətli inzibati bina Elmi Bazanın fəaliyyəti üçün istifadəyə verilmişdir. Bölgənin mədəni və yabanı meyvə və giləmeyvə bitkilərindən ibarət genefond bağının yaradılması Elmi Bazanın inkişaf istiqamətlərini daha da genişləndirmişdir.

Şəki Zona Elmi Bazanın əsasının qoyulduğu ilk günlərdən fiziki amillərin ipəkçilikdə rolu məsələlərini araşdırmaq, regionun təbii sərvətlərini hərtərəfli öyrənmək, bitki və torpaq örtüyündən daha səmərəli istifadə etmək, Böyük Qafqaz dağlarının cənub yamaclarında faydalı qazıntı yataqlarının aşkarlanması və tədqiqi, ərazinin selli çayları və selə qarşı mübarizə tədbirlərinin hazırlanması məqsədilə planlar tərtib edilmiş və icrasına başlanılmışdır.

Şəki-Zaqatala bölgəsinin zəngin mineral xammal, torpaq və bitki örtüyünü öyrənmək məqsədilə 1972-ci ildə Azərbaycan SSR EA-nın Şəki Zona Elmi Bazasının “Geologiya” qrupu yaradılmış, 1976-cı ildən Geokimya laboratoriyası kimi fəaliyyət göstərmişdir. Bu laboratoriya 2015-ci ildən etibarən Landşaftşünaslıq şöbəsi adlandırılmışdır.

Mərkəzin strukturu olan Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası Şəki Zona Elmi Bazası təsis edilərkən qrup kimi Genetika və Seleksiya İnstitutunun tərkibində fəaliyyətə başlamışdır. 1995-ci ildən həmin laboratoriya Genefond laboratoriyası kimi, 2015-ci ildən isə Bitkilərin genefondu və biomüxtəlifliyi şöbəsi kimi fəaliyyətini davam etdirir.

1972-ci ildə ilk yaranan qruplardan biri “Fizika” qrupu olmuşdur. Bu qrup 1984-cü ildə Biofizika laboratoriyasına, 2015-ci ildən Ekoloji biofizika şöbəsinə çevrilmişdir.

Elmi Bazanın “İpəkçilik” qrupu yerli şəraitə uyğun yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması məqsədilə 1974-cü ildə İpəkçilik laboratoriyası ilə əvəz edilmişdir. 2015-ci ildən bu laboratoriya Tut ipəkqurdunun seleksiyası şöbəsi kimi fəaliyyətini davam etdirir.

Şöbənin alimləri Azərbaycanda ilk dəfə ipəkçilik sahəsində böyük uğura imza ataraq “Saturnia pyri” vəhşi ipəkqurdunun ipəkçilikdə istifadəsi perspektivlərini müəyyən ediblər. İxtiranın elmi yeniliyi ondan ibarətdir ki, “Saturniidae” ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb. İlkin nəticələr göstərib ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan “Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır. Bu ipəkqurdundan əldə edilən ipəyin təbii biomaterial kimi müxtəlif biotibbi tətbiqlərdə mümkünlüyü proqnozlaşdırılır.

Elmi Bazada fəaliyyət göstərən Bitkilərin biokimyası şöbəsi 1973-cü ildən 1990-cı ilədək “Fitologiya” qrupu kimi, 1990-cı ildən 2015-ci ilə qədər Biokimya laboratoriyası, 2015-ci ildən isə Bitkilərin biokimyası şöbəsi kimi Azərbaycanın Şimal-qərb regionunun bitki örtüyünün biokimyəvi xüsusiyyətlərinin araşdırılması ilə məşğuldur.

Şimal-qərb bölgəsinin maddi sərvətləri ilə yanaşı, qiymətli mənəvi sərvəti - söz, ləhcə, şivə, qədim adət-ənənə, sənətkarlıq və mətbəx möcüzələri ilə zəngin tarixi folkloru vardır. Bu istiqamətdə tədqiqatların aparılması məqsədilə Elmi Bazada 1989-cu ildə Folklorşünaslıq və el sənətləri laboratoriyası yaradılmışdır. Hazırda həmin laboratoriya eyni adlı şöbə kimi fəaliyyət göstərir.

Mənbəyini Böyük Qafqazın cənub yamacı zirvələrindən götürən, daşqın və sellərlə müşahidə edilən təhlükəli çaylar Şəki-Zaqatala bölgəsinin sosial-iqtisadi həyatına ciddi ziyan vurur, təsərrüfatın inkişafına mənfi təsir göstərir. Baş verən prosesləri elmi əsaslarla öyrənmək, sellərin təsərrüfat həyatına mənfi təsirini azaltmaq məqsədilə kompleks tədbirlərin görülməsi mexanizmini hazırlamaq məqsədilə AMEA Rəyasət Heyətinin 5 aprel 1991-ci il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzində Sellərin öyrənilməsi laboratoriyası təşkil edilmişdir. 2015-ci ildən bu günədək Ekoloji coğrafiya şöbəsi kimi fəaliyyət göstərən bu struktur vahidi, həmçinin regionun ekoloji vəziyyətinin, ekoloji turizm imkanlarının öyrənilməsi ilə də məşğuldur.

Şimal-qərb bölgəsinin tarixinin, etnoqrafiyasının, arxeologiyasının dərindən öyrənilməsi məqsədi ilə Folklorşünaslıq və el sənətləri laboratoriyasının tərkibində fəaliyyət göstərən “Tarix-etnoqrafiya” qrupu 2015-ci ildə Tarixi irs və etnoqrafiya şöbəsi kimi təsdiqlənmişdir. Bu şöbənin elmi-tədqiqat istiqamətlərinə bölgənin tarixi memarlıq abidələrinin, tarixi şəxsiyyətlərinin, region tarixi ilə bağlı arxiv materiallarının, alban abidələrinin, mill-mənəvi irsimizin araşdırılması kimi əhəmiyyətli məsələlər daxildir.

Şəki Regional Elmi Mərkəzi və Geologiya İnstitutu 1998-ci ildən Böyük Qafqazın geodinamik şəraitini müəyyənləşdirmək məqsədi üçün birgə elmi tədqiqatlara başlamışdır. Mərkəzdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun dəstəyi ilə onlayn rejimdə işləyən GPS stansiyası qurulmuşdur. Bu stansiya məsafədən idarə edilir və əldə edilən məlumatlar UNAVCO (ABŞ) məlumat mərkəzinə ötürülür.

Şəki Zona Elmi Baza Elmlər Akademiyasının Rəyasət Heyətinin 16.04.1995-ci il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzə çevrilmişdir. 2014-cü ildən Elmi Mərkəzə fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbərlik edir. Təəssübkeş rəhbər Yusif Şükürlünün Mərkəzə rəhbərlik etdiyi dövrdən elmin perspektivli istiqamətləri üzrə gənc tədqiqatçılara böyük imkanlar yaradılır, gənc mütəxəssislər Şəki Regional Elmi Mərkəzə cəlb edilir.

Şəki Regional Elmi Mərkəzi beynəlxalq əlaqələrinin inkişafına da böyük önəm verir, respublika ilə yanaşı, beynəlxalq səviyyəli elmi tədbirlərdə də Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə təmsil olunur, elmin inkişafına və kütləviləşməsinə öz töhfəsini verir.

ŞREM-in, həmçinin bir sıra beynəlxalq və yerli elmi-tədqiqat müəssisələri ilə də əməkdaşlıq əlaqələri mövcuddur. Bunlara Bolqarıstan Aqrar Universiteti, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası İpəkçilik və Əkinçilik Təcrübə Stansiyası, Tacikistan Respublikası Kənd Təsərrüfatı Akademiyası İpəkçilik Stansiyası, Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və AMEA Zoologiya İnstitutunu nümunə göstərmək olar.

Elmi Mərkəzin əməkdaşları mütəmadi olaraq öz elmi nəticələri ilə respublika və beynəlxalq əhəmiyyətli elmi-kütləvi konfranslarda təmsil olunur, onların elmi jurnallarda 1000-ə yaxın tezis və elmi məqalələri çap olunmuşdur. İndiyədək Mərkəzin əməkdaşlarının məhsuldar əmək fəaliyyəti nəticəsində 50-dən çox kitab, 10 monoqrafiya işıq üzü görmüş, 20 patent, 8 müəlliflik şəhadətnaməsi əldə edilmişdir.

Şəki Regional Elmi Mərkəzi bu gün bölgənin zəngin tarixi-arxeoloji və etnoqrafik irsinin, maddi-mədəni və mənəvi mühitinin araşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir. Mərkəzin əməkdaşları qurumun 50 illik fəaliyyəti dövründə çoxşaxəli elmi-tədqiqatla məşğul olaraq mühüm nəticələr əldə etmişlər. Cəmi bir elmlər namizədi və 20 nəfər əməkdaşla fəaliyyətə başlayan Şəki Regional Elmi Mərkəzdə hazırda 97 nəfər əməkdaş, o cümlədən 1 elmlər doktoru, 10 fəlsəfə doktoru, 14 dissertant və doktorant fəaliyyət göstərməkdədir.

Daim dövlətə və dövlətçiliyə fədakarlıq və əzmlə xidmət edən Şəki Regional Elmi Mərkəzi elmi və ictimai fəaliyyəti ilə elmi qurumlar üçün bir örnəkdir. Mərkəz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad edilmiş doğma torpaqlarımızın yenidən qurulmasında, 30 il ərzində istismar olunmuş təbii sərvətlər, pozulmuş ekoloji tarazlığın bərpasında da yaxından iştirak etmək niyyətindədir.

50 illik uğurlu və şərəfli bir yol keçən Şəki Regional Elmi Mərkəzinə Azərbaycan elminin inkişafı naminə yeni-yeni nailiyyətlər arzu edirik!

Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
mənbə; www.science.gov.az saytına istinad
Bu gün, 12:04
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Bu gün, 11:59
Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
Bu gün, 11:49
Növbəti 4 ildə büdcədən Qarabağ və Şərqi Zəngəzura 13 milyard manatdan çox vəsait xərclənəcək
13-10-2025, 13:00
ETX və Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
13-10-2025, 12:56
İran “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir
13-10-2025, 12:53
Azərbaycanın dəmir yolu nəqliyyatı işçiləri təltif edilib
13-10-2025, 12:51
Azərbaycanda ÜDM 1,3 faiz artıb
13-10-2025, 10:51
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb
3-10-2025, 11:40
MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək
3-10-2025, 11:38
Azərbaycan Prezidenti iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib
3-10-2025, 11:30
Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur
3-10-2025, 11:26
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
3-10-2025, 11:24
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
3-10-2025, 11:22
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub
3-10-2025, 11:20
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub
2-10-2025, 11:55
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib VİDEO
2-10-2025, 11:46
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
30-09-2025, 10:53
Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb
30-09-2025, 10:41
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:35
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:32
Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər
26-09-2025, 11:48
Aleksandar Vuçiç: Prezident İlham Əliyev əsl dostdur
26-09-2025, 11:46
Prezident İlham Əliyev BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış etdi: Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq
26-09-2025, 11:43
Milli Məclisin deputatları Anım Günü ilə əlaqədar dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər
26-09-2025, 11:42
Bakıda Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib
26-09-2025, 10:58
Qazaxıstan idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər
26-09-2025, 10:55
III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031