Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
Ölkə
Oxunub: 36
21 apr 2026 | 12:34

Regiondakı gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edərək bu layihəni mütləq reallığa çevirəcək. Burada söhbət ABŞ-nin geosiyasi maraqlarından başqa, onun beynəlxalq nüfuzundan və şəxsən Prezident Donald Trampın siyasi reytinqindən gedir. Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması da təsadüfi deyil. ABŞ Prezidenti şəxsi nüfuzunu mühafizə edəcək və bu layihənin tikintisinə böyük dəstək verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, ABŞ-İran müharibəsi bu layihənin gecikməsinə səbəb olsa da onun dayanmasına səbəb ola bilməz.

“Əvvələ ABŞ layihənin həyata keçirilməsi üçün 400 milyon dollar vəsait ayırıb və ABŞ-nin Vitse-prezidentinin regiona səfəri də təsadüfi deyildi. Azərbaycan öz ərazisindəki infrastrukturu tam yeniləyib və yeni dəmir, avtomobil yolları çəkib. Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq. Təxminən 140 kilometrlik yolun tikinti işlərinin 80 faizi həyata keçirilib. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisini isə ABŞ şirkətləri həyata keçirəcək. Prosesin yubanmasının səbəbi Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyətdir. Lakin ABŞ ilə İran arasındakı müharibə uzun müddət davam edə bilməz. Artıq tərəflər danışıqlara başlayıblar. Zəngəzur dəhlizi ABŞ üçün strateji xarakter daşıyır. ABŞ Mərkəzi Asiya ilə nəqliyyat əlaqəsini Orta Dəhliz vasitəsi ilə qurduğu üçün bu dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi də dünya ticarətində mühüm rol oynayacaq. Bu gün Yaxın Şərqdə və Avrasiyada baş verən müharibələr Orta Dəhlizin aktuallığını artırıb. Bakı Beynəlxalq Ticarət Limanında İran ərazisindən Çinə və Mərkəzi Asiya respublikalarına getmək istəyən nəqliyyat vasitələri müharibə səbəbi ilə Orta Dəhlizi seçiblər ki, bu da onun beynəlxalq səviyyədə aktuallığını daha da artırır”, - deyə S.Qurbanov əlavə edib.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930