Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir

Qarabağ Universiteti ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qarabağ Universitetindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sənəd aprelin 6-da Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində rəsmiləşdirilib. Forum iki ölkə arasında ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb.
İmzalanmış memorandum Qarabağ Universiteti ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Əməkdaşlıq müasir təhsil yanaşmalarının tətbiqi, innovativ layihələrin hazırlanması və beynəlxalq akademik şəbəkələrdə birgə iştirak imkanlarının artırılmasına xidmət edəcək. Bu tərəfdaşlıq Qarabağ Universitetinin beynəlxalqlaşma strategiyasına uyğun olaraq, onun qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, Əl-Farabi adına Qazax Milli Universiteti regionun aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur. Universitet 2026-cı il üzrə QS Dünya Universitetlər Reytinqində Qazaxıstanda 1-ci, dünya üzrə isə 166-cı yerdə qərarlaşıb.
Qarabağ Universiteti bundan sonra da beynəlxalq əməkdaşlıqlarını genişləndirərək, keyfiyyətli təhsil və elmi fəaliyyət istiqamətində qlobal tərəfdaşlıqların inkişafını davam etdirəcək.
Müxbir – Tahir Ağaməmmədov
Bu gün, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Bu gün, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Bu gün, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Bu gün, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Bu gün, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Bu gün, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Bu gün, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bu gün, 10:59
Neft ucuzlaşır
Bu gün, 10:57
Qızıl və gümüş bahalaşıb
Bu gün, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Bu gün, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Bu gün, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bu gün, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
Dünən, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Dünən, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Dünən, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Dünən, 12:22
Xəzərdə zəlzələ olub
Dünən, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Dünən, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Dünən, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Dünən, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Dünən, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Dünən, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Dünən, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq