Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Ölkə
Oxunub: 0
25 sen 2026 | 11:05

Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2026-cı il sentyabr ayının 28-dən oktyabrın 28-dək aparılacaq.

Vakant vəzifələr aşağıdakılardır:

- Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 yer (inspektor);

- Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 yer (inspektor);

- Lənkəran regional miqrasiya idarəsi – 3 yer (inspektor);

- Şəki regional miqrasiya idarəsi – 3 yer (inspektor);

- Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor);

- Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor);

- Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor);

- Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 yer (inspektor).

Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə buradan tanış ola bilərsiniz.

Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Bu mərhələdə namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.

Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə olunur:

Test imtahanı proqramları və ədəbiyyat siyahısı

İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”).

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını “mygov” portalından Dövlət İmtahan Mərkəzinin Tələbə-məzun məlumatlarım keçidindən istifadə etməklə öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan, iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50. TÜRKPA-nın yanı) keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Aşağıda göstərilən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır:

• prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

• digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

• hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

• texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər.

Test imtahanından azad edilən şəxslər sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4 santimetr ölçüdə)) 2026-cı il sentyabr ayının 28-dən oktyabrın 28-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) şəxsən təqdim etməlidirlər.

Əlaqə nömrəsi: (012) 562-53-01.
Bu gün, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Bu gün, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Bu gün, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Bu gün, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Bu gün, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Bu gün, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Bu gün, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bu gün, 10:59
Neft ucuzlaşır
Bu gün, 10:57
Qızıl və gümüş bahalaşıb
Bu gün, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Bu gün, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Bu gün, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bu gün, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
Dünən, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Dünən, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Dünən, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Dünən, 12:22
Xəzərdə zəlzələ olub
Dünən, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Dünən, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Dünən, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Dünən, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Dünən, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Dünən, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Dünən, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930