Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb

Sumqayıt şəhərində motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, təhlükəli manevrlərin edilməsi və normadan artıq səs-küy yaradılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb. Araşdırmalarla onlardan 2-nin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. Digər 20 şəxsin isə sürücülük hüququ, eləcə də dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdikləri müəyyən olunub. Aşkarlanan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi, bu kimi qanunazidd halların qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.
Sonda bir daha motosiklet sürücülərinin diqqətinə çatdırılır ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, təhlükəli manevrlərdən, eləcə də ictimai asayişi pozan hərəkətlərdən çəkinsinlər.
Bu gün, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Bu gün, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Bu gün, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Bu gün, 12:22
Xəzərdə zəlzələ olub
Bu gün, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Bu gün, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Bu gün, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Bu gün, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Bu gün, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Bu gün, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Bu gün, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Bu gün, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
Dünən, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
Dünən, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
Dünən, 12:21
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
Dünən, 12:20
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
Dünən, 12:18
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
Dünən, 12:13
“Yeni qala” konsert kompleksinin açılışı olub
Dünən, 12:11
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
Dünən, 12:09
Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
Dünən, 12:08
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Dünən, 12:05
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:02
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
22-09-2026, 14:31
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?! II YAZI
20-09-2026, 16:23
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?!
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub