Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Siyasət
Oxunub: 1
24 sen 2026 | 12:07

Sentyabrın 23-də Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir İssam bin Saleh əl-Cuteyl bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər 1991-ci ildən başlayır. İki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur.

Səfir qeyd edib ki, hazırda Hökumətlərarası Birgə Komissiya və Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət mübadiləsinin həcminin artırılması və investisiyaların genişləndirilməsi istiqamətində iş aparılır. O, siyasi sahədə də iki ölkənin və xalqların ortaq maraqlarına xidmət edən koordinasiyanın mövcud olduğunu vurğulayıb.

İssam bin Saleh əl-Cuteyl qarşıdakı dövrdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa müddətdə iki dəfə artırmağa imkan verəcək bir çox ortaq imkanların olduğunu deyib.

Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid, turizm və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərin davam etdirilməsinə sadiqliyi ifadə edib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında yaradılmış Hökumətlərarası Birgə Komissiya müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Komissiya dövlət başçılarının əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı verdikləri tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir.

Samir Şərifov hazırda Komissiyanın növbəti iclasına hazırlıq mərhələsində olduqlarını deyib. Bildirib ki, bu ilin sonunadək Azərbaycan tərəfinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan 9-cu iclas əməkdaşlığın keyfiyyətcə yeni məzmunla zənginləşdirilməsinə töhfə verəcək.

Baş nazirin müavini Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə qardaş Səudiyyə xalqına davamlı sülh, təhlükəsizlik, tərəqqi və firavanlıq arzulayıb, ölkələrimiz arasında mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Bu gün, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Bu gün, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Bu gün, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Bu gün, 12:22
Xəzərdə zəlzələ olub
Bu gün, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Bu gün, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Bu gün, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Bu gün, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Bu gün, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Bu gün, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Bu gün, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Bu gün, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
Dünən, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
Dünən, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
Dünən, 12:21
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
Dünən, 12:20
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
Dünən, 12:18
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
Dünən, 12:13
“Yeni qala” konsert kompleksinin açılışı olub
Dünən, 12:11
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
Dünən, 12:09
Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
Dünən, 12:08
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Dünən, 12:05
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:02
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
22-09-2026, 14:31
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?! II YAZI
20-09-2026, 16:23
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?!
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930