Bu gün Ümumdünya Hemofiliya Günüdür
Ölkə
Oxunub: 33
17 apr 2026 | 11:00

Bu gün Ümumdünya Hemofiliya Günüdür. Hər il 17 apreldə bir çox ölkə Ümumdünya Hemofiliya Federasiyasının (ÜHF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kampaniyasına qoşulur və həmin təqvim gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, hər il müəyyən bir mövzuya yönələn həmin tədbirlərin ümumi məqsədi hemofiliya haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və bu sağalmaz genetik xəstəliyə tutulmuş xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini artırmaq üçün mümkün olan hər şeyi etməkdir. Tarixin özü, yəni 17 aprel, ÜHF-nin təsisçisi Frank Şnaybelin doğum günü ilə üst-üstə düşür və 1989-cu ildən bəri qeyd olunur.

Təqvim gününün builki mövzusu seçilən "Diaqnoz: qayğıya ilk addım" diaqnozun kritik əhəmiyyətini - müalicə və qayğıda ilk vacib addımı vurğulayır.

Hemofiliya — qanın laxtalanma pozulması olub qanda laxtalanma faktorlarının anadangəlmə çatışmazlığından qaynaqlanan ən ağır genetik xəstəliklərdən biridir. Normal qan laxtalanması əzələlərə və oynaqlara qanaxmanın (hemartroz və hematomlar), eləcə də istənilən insanın, xüsusən də uşaqların aktiv gündəlik həyatı zamanı baş verə biləcək kəsiklərdən və cızıqlardan qanaxmanın qarşısını alır və dayandırır.

Hemofiliya nə qədər ağır olarsa, qanaxma əlamətləri bir o qədər tez görünür.

Qanın laxtalanma faktorları I-dən XIII-ə qədər rum rəqəmləri ilə işarələnir. VIII faktor çatışmazlığı hemofiliya A, IX faktor çatışmazlığı isə hemofiliya B adlanır. Von Villebrand faktorunun çatışmazlığı və ya qüsuru Villebrand xəstəliyi adlanır. A və B hemofiliyaları əsasən kişilərə təsir edir və qadın xətti ilə ötürülür. ÜST statistikasına görə, etnik mənsubiyyətindən və irqindən asılı olmayaraq, təxminən 5000 oğlan körpəsindən biri hemofiliya A ilə doğulur. Xəstəliyə qan nümunəsi götürülməklə və laxtalanma faktorunun aktivliyini ölçməklə diaqnoz qoyulur.

ÜHF-nin məlumatına görə, dünya üzrə hemofiliyalı insanların sayı təxminən 450 min nəfərdir.

Son vaxtlara qədər hemofiliyalı uşaqların az bir qismi yetkinlik yaşına çatırdı. Bu gün müalicə olmadan hemofiliyalı bir insanın orta ömrü təxminən 30 ildir və 12 yaşından etibarən insanlar əlil olurlar. Artıq xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran və ömrünü uzadan innovativ müalicə üsulları mövcuddur. Dərman terapiyası ilə belə bir insanın ömrü sağlam fərdlərin ömründən fərqlənmir.

Dərman qəbul etməklə hemofiliyalı bir insan tam bir həyat sürə bilər: oxuya, işləyə, idmanla məşğul ola, ailə qura, yəni cəmiyyətin tam hüquqlu üzvü ola və ölkəsinə töhfə verə bilər.

Lakin hemofiliya əleyhinə dərmanların qeyri-kafi təchizatı, xəstəliyin əsasən hemofiliyalı uşaqlar və gənclər arasında erkən əlilliyə səbəb olmağa davam edir. ÜHF-nin məlumatına görə, hemorragik xəstəlikləri olan xəstələrin təxminən 75 faizinə hələ də lazımi qayğı göstərilmir və ya ümumiyyətlə heç bir müalicə almır.

Alimlərin, həkimlərin, Ümumdünya Səhiyyə Təşkilatının, Ümumdünya Hemofiliya Federasiyasının və Hemofiliya Cəmiyyətinin səyləri sayəsində hemofiliya diaqnozu artıq ölüm hökmü olmaqdan çıxsa da, bu, uğurlarımıza arxayın olmaq üçün bir səbəb deyil, çünki həmin xəstəlik üzərində son qələbə hələ çox uzaqdadır.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930