ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaradılan “Gənc İnnovatorlar” proqramının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyətindən bəhs edib. O, “Gənc İnnovatorlar” proqramının ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini, gənclərin yaradıcı və texnoloji bacarıqlarının gücləndirilməsində mühüm platforma rolunu oynayacağını vurğulayıb.
“ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva proqramın əsas məqsədinin gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, onların yaradıcılıq və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də texnologiya və sosial innovasiya sahələrində praktiki təcrübə qazanmalarına şərait yaratmaq olduğunu qeyd edib.
Çıxışlardan sonra proqramın təqdimatı olub. "Gənc İnnovatorlar” proqramının məqsədləri, fəaliyyət istiqamətləri və gənclər üçün nəzərdə tutulan imkanlar barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən “İdarəçilikdə süni intellektin rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı süni intellektin əsas prinsipləri və onun müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara geniş məlumat verilib.
“Gənc İnnovatorlar” proqramı ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına töhfə verməklə yanaşı, gənclərin texnoloji və yaradıcı potensialının üzə çıxarılmasını və gücləndirilməsini hədəfləyir.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub