Bakıda dünya alimlərinin iştirakı ilə IV Avrasiya Risk Beynəlxalq Konfransı başlayıb
Elm və təhsil
Oxunub: 228
12 okt 2022 | 11:41

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı başlayıb.

Universitetdən "Report"a bildirilib ki, konfrans 3 gün (11 – 13 oktyabr) davam edəcək.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və konfransı açıq elan edib.

Rektor bildirib ki, qloballaşma, iqtisadi və texnoloji inkişaf həyat tərzinin daha da rahatlaşmasına şərait yaratsa da, bu tendensiya özlüyündə riskləri də artırır. Risklərin müəyyən olunması, qiymətləndirilməsi və potensial təhlükələrin aradan qaldırılmasının vacibliyinə toxunan professor Gülçöhrə Məmmədova Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən danışıb.

Rektor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizdə riskləri, potensial təhlükələri minimuma endirib və Azərbaycanı qlobal arenada nüfuzlu, eyni zamanda etibarlı tərəfdaşa çevirib.

Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, professor Sadiq Qurbanov çıxışında təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərdən danışıb. Komitə sədri konfransın aktuallığına diqqət çəkərək təşkilatçılara təşəkkür edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ekoloji risklərin bu gün ən aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi təhlükələrin qarşısının alınması baxımından son dərəcə vacib amildir. Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov çıxışında risklərin müəyyən edilməsində müasir texnologiyaların tətbiqinin, eləcə də peyk texnologiyasından istifadənin yaratdığı üstünlüklərə toxunub. Fövqəladə Hallar Nazirlyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev və digər çıxış edənlər də konfransın əhəmiyyətindən danışıblar və risk mənbəyi istiqamətləri haqqında fikir bildiriblər.

Qeyd edək ki, Avrasiya məkanında risklərin qiymətləndirilməsi və idarə edilməsi, infrastrukturların monitorinqi, su anbarlarının və təbii ehtiyatların istifadəsi zamanı ətraf mühitdə yaratdığı problemlər, ekoloji amillər, təbii fəlakətlər kimi məsələlərin müzakirə olunduğu konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər.

Ümumilikdə konfransa 20 ölkədən elmi məqalələr daxil olub. Konfrans bölmə iclasları ilə işini davam etdirəcək.

10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031