AVROPA TƏDQİQATLARINDA J. VON GÖTEYƏ İSTİNADLA NİZAMİNİN VƏ NƏSİMİNİN CİDDİ TƏHRİFLƏRİ
Elm və təhsil
Oxunub: 508
16 yan 2022 | 20:43


Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru



Məqalənin əvvəlini 15.01.2022-ci il tarixində oxuya bilərsiz.




Məsələn, Carlo Marino adını Nizami kimi bildiyi Nəsiminin həyatından bəhs edərkən yenə Azərbaycanın digər klassiki dahi Nizaminin adını qeyd edir: “Nizaminin həyatı haqqında çox az məlumat var. Əksər mənbələr onu İmadəddin adlandırsalar da, şairin adını Əli və ya Ömər kimi çəkən mənbələr var. Bir çox tədqiqatçılar onun Şamaxıda, digərləri Bursa, Diyarbəkir (Türkiyə), Təbriz, Şiraz (İran) və Bakıda (Azərbaycan) doğulduğunu iddia edirlər. XIV əsrin ortalarında Şamaxı ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Burada bütün Şərqdə tanınan çoxlu məktəblər, mədrəsələr, şeir və musiqi kolleksiyaları, zəngin dövlət və şəxsi kitabxanalar var idi. Bu mühit şairin bir yazar və mütəfəkkir kimi təkamülünə təsir göstərmişdir. O, klassik Şərq və Qədim Yunan fəlsəfəsini, eləcə də ədəbiyyatını dərindən öyrənmiş, İslam və Xristianlığın əsaslarını yaxşı bilmiş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq kimi elmlərə yiyələnmişdir. O, dilləri o qədər yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi”.


Məqalədən digər ciddi təhriflə aşağıdakı iqtibasda tanış ola bilərik: ”Nəsiminin “Məndə sığar iki cahan...” şeri, mistik formada hürufiliyin poetik formasının gözəl bir nümunəsidir. Şerdə fiziki və ruhi aləmlər arasında ziddiyyət yaranır ki, bu da sonda insanda birləşir. Beləliklə, insanın Tanrı ilə eyni ruhi mahiyyətə sahib olduğu görünür: İkinci sətirdəki “la-məkan” və ya “məkansız” ifadəsi Allah aid olan sufi terminidir. Bununla belə, eyni termin hərfi mənada "məkansız" mənasında qəbul edilə bilər və buna görə də Nizami bu termindən insanın fiziki varlığına istinad etmək üçün də istifadə edir. Nəsimi öz şeirində vurğulayır ki, Allahı dərk etmək sonda bu dünyada mümkün deyil, buna baxmayaraq belə bir dərk üçün mübarizə aparmaq bəşəriyyətin borcudur”.














Haşiyə çıxaraq bildirməliyik ki, bu iqtibasdakı fikirlər-cümlələr İmadəddin Nəsiminin alman dilində vikipediya səhifəsindən olduğu kimi köçürülmüşdür(https://wiki.edu.vn/wiki19/2021/01/06/imadaddin-nasimi-wikipedia/). .





















Bundan sonra “Götenin Qərb-Şərq Divanı və Nizami/Nəsimi” adlı məqalənin müəllifi C. Marino İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumatları şərh edərkən təkrarən dəfələrlə Nizami yazmaqla dahi şairin bioqrafiyasını kölgələmiş, nəticədə onu dünya elmi fikrinə düzgün tanıtmamışdır. C. Marino yazır: “Nizami yaradıcılığı təkcə Azərbaycan xalq dilində deyil, həm də Osmanlı Divan poeziya ənənəsində poeziyanın inkişafında mühüm mərhələni təşkil edir. Ölümündən sonra Nizaminin yaradıcılığı bir çox türkdilli şair və yazarlara böyük təsir göstərmişdir. Nizami müasir Azərbaycan Respublikasında hörmətlə qarşılanır və paytaxt Bakının rayonlarından biri onun adını daşıyır. 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nizaminin vəfatının 600 illiyinə həsr olunmuş tədbir keçirilib. Prezident İlham Əliyev tərəfindən 2019-cu il şairin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycanda “Nəsimi ili” elan edilib”.
Əlbəttə ki, 2017-ci ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında Nizaminin vəfatının 600-cü ildönümü deyil, Nəsiminin 1417-ci ildə edam olunmuş Nəsimiyə həsr olunmuş tədbir keçirilə bilərdi.
Bundan başqa Carlo Marino məqalənin sərlövhəsində də “Nizami / Nəsimi” yazmaqla bu adların eyni şəxsə aid olduğunu düşündüyünü ifadə etmişdir. Habelə, əgər müəllif “Nizami və Nəsiminin ayrı-ayrı şəxslər olduğunu bilsəydi, ingilis dilində “and” və ya almanca “und” şəkilçisini yazardı.
Göründüyü kimi bunlar ciddi ciddi təhriflərdir və təəssüf ki, İtaliyan alim bunları digər, - xüsusilə də sərlövhəsində konkret şəkildə dahi Nəsiminin adının qeyd olunduğu, 12.06.2019 tarixində İtaliyanın məşhur “european-news-agency.com” saytında və hətta dünya elm saytı academia.edu.da (https://www. academia.edu/ 39560705/The_divan_ by_goethe _and _the _ poet_nesm) yayınlanmış “Götenin Divanı və Şair Nəsimi” məqaləsində də təkrarlamış, hətta Hötenin Nizami Gəncəvinin Avropa üçün dərkini əsaslandıran fikirlərini iki dahini “qarışdıraraq” daha da “dərinləşdirmişdir”. Məqalədən oxuyuruq: “O, İmadəddin Nəsimi” (Nizami nəzərdə tutulur – X.Quliyeva) adı ilə də tanınırdı. Johann Wolfgang von Goethe Niẓami və onun yaradıcılığı haqqında yazırdı: “Zərif, yüksək istedadlı bir ruh, Firdovsinin toplanmış qəhrəmanlıq ənənələrini tamamladıqdan sonra şerlərinin mövzusu üçün ən dərin sevginin ən şirin görüşlərini seçdi. Təqdim etdiyi aşiqlər - Leyli və Məcnun, Xosrov və Şirin (məlumdur ki, bu qəhrəmanlar Nizami Gəncəvinin əsərlərindəndi - X.Q) bir-biri üçün yaradılmış, öncə tale, təbiət, vərdiş, meyl, ehtirasla bir-birinə sadiq qalan, lakin çılğın fikirlər, inadkarlıq, təsadüf, zərurət və güclə ayrılıb, sonra möcüzəvi şəkildə yenidən birləşən, amma sonda yenidən bu və ya digər şəkildə parçalanan, ayrılan qəhrəmanlar” (Marino Carlo“The Divan by Goethe and the poet Nesîmî http://www.european-news-agency.de/kunst kultur und musik/the divan by goethe and the poet nesm-74877/) .
Təhlillərimizdən alınan nəticə ondan ibarətdir ki, məqalə müəllfinin həm Nizami haqqında İmadəddin Nəsimi adı ilə də tanınırdı” fikri, həm də “Götenin Divanı və Şair Nəsimi” sərlövhəli məqaləsində mövzudan tamamilə uzaqlaşaraq, yəni Nəsiminin əsərləri əvəzinə Nizaminin əsərlərindən bəhs etməsi qeyd-şərtsiz qəbul edilməz, ciddi təhrifdir.
Beləliklə, C. Marinonun Nizaminin adını yazıb, Nəsiminin bioqrafiyasını şərh etməsi təkcə Nəsiminin deyil, Nizami Gəncəvinin də təhrif edilmiş şəkildə tarixə iz salması ilə nəticələnmişdir. Bu ciddi təhrif hər iki dahinin dərkində istər tarixilik, istərsə də müasirlik baxımından narahatçılıq doğurur .
Bütün bunları göstərməklə bərabər biz yuxarıda da qeyd etdiyimiz kimi , -Höte Divanını orjinalda nəzərdən keçirdikdə Firdovsi, Ənvəri, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz, Cami sərlövhəli bölmələrlə tanış olsaq da konkret olaraq “Nəsimi“ mövzusunda bölmə ilə, ümumiyyətlə, tədqiqatla qarşılaşmadığımız fikrinə qayıdırıq və C.Marinonun şərhlərinin böyük şair, mütəfəkkir Hötenin Divanının Nizami Gəncəviyə həsr olunmuş tədqiqat hissəsindən də olmadığını əminliklə bildiririk.
Haşiyə çıxaraq onu da qeyd etməyi vacib bilirik ki, bizim Götenin Divanında “Nəsimi“ bölməsinin olmadığı ilə bağlı elmi-obyektiv qənaətimizi C.Marino da öz məqaləsində -- ”Johann Wolfgang von Goethe Niẓami və onun yaradıcılığı haqqında yazırdı” cümləsi ilə təsdiqləmiş sayılır. Həmçinin də C.Marino bu cümləsindən sonra Nəsimidən deyil, Nizami Gəncəvi yaradıcılığından bəhs edir ki, bu da yenə Hötenin tədqiqat obyektinin İmadəddin Nəsimi deyil, Nizami Gəncəvi olduğunu ifadə edir. Məsələn, aşağıdakı iqtibasda bunu görə bilərik: ”Johann Wolfgang von Goethe Niẓami və onun yaradıcılığı haqqında yazırdı: “Zərif, yüksək istedadlı bir ruh, Firdovsinin toplanmış qəhrəmanlıq ənənələrini tamamladıqdan sonra şeirlərinin mövzusu üçün ən dərin sevginin ən şirin görüşlərini seçdi. Təqdim etdiyi aşiqlər - Leyli və Məcnun, Xosrov və Şirin bir-biri üçün yaradılmış, öncə tale, təbiət, vərdiş, meyl, ehtirasla bir-birinə sadiq qalan, lakin çılğın fikirlər, inadkarlıq, təsadüf, zərurət və güclə ayrılıb, sonra möcüzəvi şəkildə yenidən birləşən, amma sonda yenidən bu və ya digər şəkildə parçalanan, ayrılan qəhrəmanlar”.

Məsələ burasındadır ki, Carlo Marino J. Höteninin Nizami "kitabı" haqqındakı şərhlərindən qaynaqlanan özünün kabud təhriflərini çıxılmaqla məqaləsinin böyük hissəsini “İmadəddin Nəsimi” haqqında alman dilində vikipediya yazısından (https://wiki.edu.vn/wiki19/2021/01/06/imadaddin-nasimi-wikipedia/) köçürmüşdür. Biz yuxarıda buna bir misal göstərmişdik. Bu vikipediya məqaləsindən bu cümlələr də: ” Nesîmîs gesammelte Gedichte oder Diwan, Nummer etwa 300, und enthalten Ghazals, Qasidas (“Texte”) und reibens (“Quatrains”) in aserbaidschanischer türkischer Sprache,[17][2][18]Persisch und Arabisch. Sein türkischer Diwan, der als sein wichtigstes Werk gilt,[9] enthält 250–300 Ghazals und mehr als 150 Rubâ’îs. Ein großer Teil der Gedichte von Bektashi und Aleviten wird auch Nesîmî zugeschrieben, hauptsächlich aufgrund des Einflusses der Hurûfî-Ideen auf diese beiden Gruppen. Shah Ismail I, der Gründer der Safavid-Dynastie im Iran, der selbst einen Diwan in aserbaidschanischer türkischer Sprache unter dem Pseudonym Khatai komponierte,[19] lobte Nesimi in seinen Gedichten.[20]” C. Marinonın məqaləsində diqqət cəlb edir. Üst-üstə düşən cümlələrdəki fikri və eləcə də sözləri nəzərdən keiçirək: ”Nasimi’s collected poems, or dîvân, number about 300, and include ghazals, qasidas (“lyrics”), and rubâ'îs(“quatrains”) in Azerbaijani Turkic, Persian, and Arabic. His Turkic Divan is considered his most importantwork, contains 250–300 ghazals and more than 150 rubâ'îs. A large body of Bektashi and Alevi poetry isalso attributed to Nasimi, principally as a consequence of Hurûfî ideas' influence upon those two groups.Shah Ismail I, the founder of Safavid dynasty in Iran, who himself composed a divan in Azerbaijani Turkicunder the pen name of Khatai, praised Nesimi in his poems”.
Bu məqamda bir mühüm məsələni qeyd etmək yerinə düşər. Belə ki, Avropa tədqiqatlarının adətən kortəbii olaraq müsbət qarşılanması və yüksək qiymətləndirilərək müsbət qəbul edilməsi bir ənənə halını alıb. Belə təsəvvür var ki, Avropa tədqiqatları ciddi, savadlı, elmi-obyektiv, hətta idealdır. Halbuki, budur, elə Nizami Gəncəvi və İmadəddin Nəsimi həyat və yaradıcıığı nümunəsində də müşayət olunduğu kimi onlarda ciddi təhriflər, yanlış yanaşmalar da istisna deyildir.
Digər mühüm məsələ, Avropa tədqiqatları ciddi, savadlı, elmi-obyektiv hesab deyən dünya elmi fikri, xüsusilə Şərq, bu sırada Türk, Azərbaycan tədqiqatçıları ədəbiyyatın dolğunluğu marağı ilə onlardan qiymətli -mənbələr kimi istifadə edirlər. C.Marinonun yuxarıda nəzərdən keçirdiyimiz 2 məqaləsinin nümunəsində bunu aydın müşahidə edə bilərik.
Belə ki, Avropa tədqiqatlarından qaynaqlanan xarakterik ciddi yanlışlıqlar - klassiklərimizin bioqrafiyasının və yaradıcılığının ciddi təhrifi Kıprıs, Yaxın Doğu Universitetinin professoru Qadir Golkarianın (Kadır Güldikən) “Xarici mənbələrdə müqayisəli ədəbiyyatda Nəsiminin izləri” (Golkarian Q.Yabanci_Kaynaklarda Karsilastirmali EdebiyatAlaninda Nesimi'ninIzleri https:// www.researchgate.net/publication /340898506_ Yabanci_ Kaynaklarda_ Kars_ilas _ tir mali Edebiyat_Alaninda_Nesimi'ninIzleri. ) tədqiqat əsərinə yol açmışdır.


Məsələn, Qadir Golkarian Carlo Marinonun “Höte və Nəsimi” məqaləsində dünya şöhrətli Hötenin dahi İmadəddin Nəsimini qiymətləndirən fikirlərini şərh etdiyini vurğulasa da onun konkret istinadı Carlo Marinoyadır və Carlo bu iqtibasda Nəsimidən deyil, Məhəmməd Hafizı Şırâzıdən bəhs edir, habelə Nizaminin adını çəkir. Məqalədən oxuyuruq :
“Almaniyanın ən böyük şairi J.V. Von Goethe “Qərb-Şərq Divanı” (1819) ədəbi əsərində Qərb və Şərq ədəbiyyatı silsiləsini təqdim etdi. Məlum olduğu kimi, Göte orta əsrlər fars şairi Hâce Şəmsəddin Məhəmməd Hafizı Şırâzıdan (1317-1390) ilham almış, onun idrak və müdrikliyə baxışı Höte şeirlərində öz əksini tapmışdır. Bədii kimliyini Hafizdən götürən Höte şeirlərində şərabın, sevginin, dözümlülüyün və Allah sevgisinin hər şeydən üstün olduğunu vurğulayaraq, sanki o, fars sufi ustadı ilə birləşmişdir. Höte bütünlüklə Hafizdən ilham alır və özünün Hafizə olan sevgisini “Zwillingsbruder” (əkiz qardaş) adı ilə izah edir. Goethe təkcə Hafızi Şirazıdan deyil, başqa sairlərdən də ilham almısdır. Bunların arasında Nəsimi başda olmala Firdovsi, Ənvəri, Mövlana, Sədi Şirazi, Cami ve Nizami Gəncəvi də vardır. Goethe, Xristianlıgın təməllərini, Yunan fəlsfəsini bildiyi kimi ˙Islam fəlsfəsi və irfan məsələsini də Şərq klassik ədəbiyyatı ilə birlikde yaxşı bilir və oxuduqca hayranlıgını gizlətməmisdir”.
Diqqət etsək, Q.Golkarian Götenin Hafız Şirazı ilə bərabər ilham aldığı başqa sairlərdən bəhs edərkən İmadəddin Nəsiminin başda olduğunu qeyd edir. Halbu ki, onun həmin cümləni misal gətirdiyi C.Marino belə yazmamışdır. O yazmışdır: “Qeydlər və traktatlar”(“Noten und Abhandlungen”) əsərində Göte bir sıra digər fars şairlərinə də, məsələn, Firdovsi, Ənvari, Rumi, Sədi, Cami və Nizamiyə hörmətli münasibətini ifadə etmişdir (İn his Noten und Abhandlungen Goethe paid tribute to some other Persian poets: Ferdowsi, Anwari, Rumi, Sadi, and Jami and Nezami (Goethe, 1998a, pp. 153-60) ”.
Təəssüf edici bir haldır ki, Q.Golkarian C.Marinonun Nəsimini Nizami ilə qarışdırması kimi ciddi təhrifinə heç bir münasibət bildirməmiş, öz iqtibaslarında bunu düzəldərək üzərindən “keçmişdir”. Həmçinin də Q. Golkarian “Yabanci Kaynaklarda Karsilastirmali Edebiyat Alaninda Nesimi'nin Izleri”məqaləsində C. Marinonun təhlil və şərhlərini iqtibas göstərmədən geniş şəkildə öz fikirləri kimi təqdim etmişdir. Hətta Nəsiminin coğrafi mənsubyyətini (bəzi mənbələrdə olduğu kimi) Marinodan fərqli olaraq Azərbaycani deyil, Bağdadı doğum və edam tarixini tamamilə yanlış, - 1339, 1448 göstərməklə Azərbaycan dahisinin dünya düşüncəsində dərkinə xətər gətirir. H: “All reliable sources provide information that hewas born in Baghdad in 1339, and he brutallymartyred in the city of Aleppo in 1418” .
Q.Golkarian məntiqi düşüncəsi ilə Nəsimi 1339-cu ildə doğulmuşdusa 1418-ci ildə onun 79 yaşı olacaqdı və bu yaşda ahıl bir insan nə meydanlarda mübariz çıxışlar edə bilər, nə 80 yaşlarda onun müdafiəsi üçün ona bənzəyənlər ola bilərdi, nə haqqında Edam hökmü çıxarılar, nə də 79 yaşlı dahi şair dünya fikrinə gəlib çatan, tarixi mənbələrdə göstərildiyi kimi dərisi soyularkən əzmlə natiqlik edə bilərdi.



Bundan başqa Q.Golkarian istinad olunan məqaləsinin “Höte və Nəsimi” yarımbaşlığında Hötenin öz Divanında Azərbaycan (Höte fars şairlərindən bəhs etmişdir – X.Q) şairləri arasında irfan mövzusunu izləyərkən Nəsimi dünyasına böyük maraq göstərdiyini, “Bu dünyaya sığmazam” şerindən təsirlənərək Nəsiminin “məkansız” sözünü düşündüyünü yazmış, bu kontekstdə “Göte insanın Tanrı ilə eyni mənəvi mahiyyətə malik olduğunu anladı və bu istiqamətdə şerlər yazdı”, --şəklində yanlış olan fikir irəli sürməklə Göteni də təhrif etmiş olmuşdur və elmi metodikaya ən uyğun olmayanı da iqtibasın sonunda mötərizədə 2019, Marino, yazmışdır.
Onun bu fikirlərinin cəmləndiyi cümlələr iqtibasda mötərizədə adını qeyd etdiyi C. Marino məqalələrində yoxdur. C.Marinonun Nəsimi haqqnda fikirlərinin, əslində onun alman vikipediyasıdan faydalandığı cümlələrin əvvəlinə Hötenin adnı yazmaqla bunların C.Marinoya aid olduğunu göstərməsi həmin o yuxarıda vurğuladığımız yanlış tendensiyanı – Avropa tədqiqatlarına “şöhrət” kimi yanaşmanı təsdiq edir.
Eləcə də Q. Golkarian böyük alman şairi Götenin Hz. Məhəmmədə həsr etdiyi şerin türk dilinə tərcümə olunduğu variantını misal gətirib. “Hz. Məhəmmədə Şer” bu linkdəndir: https://www.antoloji.com/hz-muhammed-e-siir-2-siiri/- və bu linkdəki şerin altında “Johann Wolfgang von Goethe.Kayıt Tarihi : 11.11.2012 23:02:00”-yazılıb. Q. Golkarian bu qeydi saat müəyyənliyini çıxmaqla öz məqaləsinin ədəbiyyat siyahisində əvvəli Höte mənbəsi kimi, sonra C. Marino, daha sonrası da həmin şerin linki olmaqla qatmaqarışıq göstərib: “Goethe, J. W. (2012). Goethe divanından siirler. Retrieved 9 13, 2019, fromhttps://www.antoloji.com/hz-muhammed-e-siir-2-siiri/” .
Əslində məqalə müəllifinin irəli sürdüyü ideya da C. Marinonun şərhini ehtiva etmir. Birincisi, C. Marino buna oxşar fikirləri Hötenin adını çəkmədən və həmçinin Nəsimini Nizami ilə səvh salmaqla şərh etmişdir. İkincisi, C. Marino Götenin Hz. Məhəmmədə həsr etdiyi şerlər mövzusuna qətiyyən yaxınlaşmamışdır .
Əlbəttə J. Götenin İmadəddin Nəsimini dərki mühüm hadisədir. Dünya insanının, o cümlədən Avropanın Höte, eləcə də Avropa ədəbi-fəlsəfi fikrinin, nəsilbənəsil ədəbi simalarının, tədqiqatçıların vasitəsi ilə Şərqin, o sırada Azərbaycanın nəhəng klassiklərini tanıyıb, öyrənməsi böyük maarifçilik işidir.
Lakin Azərbaycan klassik irsinin əvəzsiz simaları Nizami Gəncəvi, İmadəddin Nəsimi və bütövlükdə dünya dahilərinin belə ciddi təhriflərlə, yanlışlıqlarla, “köçürmələrlə” dərki, - maarifçiliyi qəbuledilməzdir.
Beləliklə, Nizami Gəncəvi və İmadəddin Nəsimi və o cümlədən bütün klassiklərimizin - şair və mütəfəkkirlərimizin irsinin hifz olunması baxımından hər bir tədqiqat, xüsusilə xarici mənbələr diqqətlə araşdırılmalı, bu məqalədə qarşılaşdığımız kimi ciddi təhriflər, düzgün olmyan yanaşmalar vaxtında qiymətləndirilməldir.
“Avropa tədqiqatlarında J.Von Göteyə istinadla iki Azərbaycan dahisinin - Nizaminin və Nəsiminin ciddi təhrifləri” məqaləmizi yekunlaşdırarkən italiyalı yazar Carlo Marinonun təhriflərə yol verdiyi məqalələrinin yayın tarixi üzərinə diqqəti yönəltməklə ciddi yanlışlıqla bağlı subyektiv qənaətimizi diqqətə çatdırmaq istərdik.
Beləki, Carlo Marinonun məqalələrini 2019-cu ildə yazmışdır ki, bu tarixi təqvim bütün dünyada Azərbaycan dahisi İmadəddin Nəsiminin 650 illiyi, alman mütəfəkkiri, şairi J.van Götenin məşhur “Qərb-Şərq Divanının” 200 illiyi yubileyləri ilə əlamətdar idi. Bu baxımdan fikrimizcə, Carlo Marinonun Hötedə “Nəsimini axtarıb Nizamini “tapması””, ”"Nizamini”” Nəsimnin adlarından biri bilməsi populyarlıqla bağlı olmuşdur. Onun məqalələrində alman dilindəki vikipediyadan köçürmələr etməsi də Hötədə əslində “Nəsimini” tapa bilməməsindən qaynaqlanır. Ancaq hansı ehtimal olmasından asılı olmayaraq bunlar ciddi təhriflərdir və iki Azərbaycan dahisinin bioqrafiya və biblioqrafiyasını qarışdırması bu günün dərki prosesinə və gələcəyin maariflənməsi hadisəsinə ciddi maniə kimi narahat edici faktdır.
Onu da qeyd edək ki, istər “academia.edu”, istərsə də “european-news-agency.com” saytı məqalədəki fikirlərə görə müəllifin - Carlo Marinonun məsuliyyət daşıdığını xatırlatmışdır.
Biz sonda İtaliyanın tanınmış publisisti və alimi Carlo Marinonun özü haqqında dediyi bu fikirləri, - “Mən yazıçıyam, dilçiyəm, jurnalistəm. Sözlər mənim üçün çox mühümdür!” -- yada salaraq, "Sözlərin mühümlüyünü" dərk edərək, frazanı özü üçün etiketə çevirmiş Carlo Marinoya bu məsələni xatırlatmaqla inanırıq ki, Azərbaycan xalqının iki dahi klassik şairinin bioqrafiyası və yaradıcılığının J.Höteyə istinadla ciddi şəkildə olan təhriflərini tezliklə aradan qaldıra biləcəyik.


PS. Hörmətli oxucu, mən orta məktəb illərimdən bu vaxta qədər böyük alman klassiki Göteni Höte kimi (məs. akademik A.Aslanov) oxumuşam. Ona görə bu traktovkanı seçib Höte yazmışdım. Hörmət etdiyim çağdaş dövrümüzün sözə -fikrə diqqətli bir akademikinin mənə iradını qəbul edib, mütəfəkkirin adını Göte yazdım.
müəllif.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31