Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
Siyasət, eləcə də siyasi-nəzəri məsələlərə aid yüzlərlə əsər yazılsa da, zəngin kitabxanalar yaransa da, bu bəşəri mövzu hər dövrdə, hər bir tarixi mərhələdə və hər bir dövlətin, xalqın şüurunda mühüm düşüncələrə yol açmış və həmçinin daha yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermiş bir fenomen kimi öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Siyasi-nəzəri, əslində, fəlsəfi, fəlsəfi-siyasi “İZM”-lər də bu sahədə maraq doğuran aktual problemlərdəndir. İlk öncə “İSM”-dən qaynaqlanan bizim şüurumuzdakı “İZM” nədir?” sualına cavab verək.
Fəlsəfə tarixi və eləcə də bir çox elmlər, terminlər kimi “İZM”lərin də tarixi Qədim Yunan -ισμός (-ismós), -ίζειν (-ízein) dili zənginliyindən qaynaqlanır və rasional düşüncənin aydınlıq, dəqiqlik, digər tərəfdən də bütövlük, tamlıq, daha böyük mahiyyətində termindir. “İZM”lər ilk əvvəl (məsələn, VIII əsrdə) Latın və Fransız dillərində işlənmişdir. Maarifçilik dövründə (XVI əsr) xüsusən ingilis maarifçilliyində yunan və latın sözlərinə şəkilçi olaraq əlavə edilmiş İZM-lər geniş şəkildə yaranmış və XVIII əsrdə artıq dünya dillərində olan İZM-li terminlər yaranmışdır. “İZM”-lərin istifadə olunduğu dövr kimi məşhurdur. Artıq bir neçə əsr boyu siyasətçilərin, filosofların, eləcə də müxtəlif elm sahələri nümayəndələrinin qəbul etdikləri doktrina, ideologiya,fəlsəfə, nəzəriyyənin əsasslılığının, xüsusiliyinin və ya özəlliyinin ifadəsidir.
“Here and Now”- indi və burada adlı məqalədə İZM şəkilçisi ilə olan müstəqil ingilis dilli sözün (blackguardism - qaraguruhçuluq) ilk istifadəçisinin Edvard Pettit (1680) olduğu göstərilmişdir. Həmçinin bu məqalədə “İZM”lərlə olan terminlər və ideologiyaların 18-ci əsrin ortalarından etibarən geniş yayıldığı, 1930-cu illərdən başlayaraq “İZM”lərin yeni məzmunda (racism (1932) or sexism (1936)) işlədildiyi, 1970-ci illərdə isə daha da inkişaf etdiyi hətta 2004-cü ildə OED-ə, yəni Üstünlüyə əsaslanan ideologiyalar üçün terminlərin Məlumat reyestrinə əlavə layihə kimi daxil edilmişdir (Here and now. https://vuu2015.wordpress.com/here-and-now-3/).
Beləcə, baptism (1300), Judaism (1516) aforizm (1528), Lutheranism (1560), Calvinism (1570), atheism (1587), ruffianism (1589), Protestantism (1606), criticism (1607) Atticism (1612), maqnetizm (1616), giantism (1639), fanaticism (1652), theism (1678), religionism (1706), patriotism (1716), Congregationalism (1716), heroism (1717), despotism (1728), old-maidism (1776), capitalism (1792), communism (1793), nationism (1798), romanticism (1803), conservatism (1832), kapitalizm (1840), sexualism (1842), vegetarianism (1848), externalism (1856), young-ladyism (1869), opportunism (1870), blackguardism (1875), feminism (1895), dwarfism (1895) kimi ilk “İZM”-li terminlər nəsli və onların davamında gələn onlarla böyük məzmunu ifadə edən xələf “İZM”-lər rasional, intellektual şüurun məhsulu olub çağdaş dövrümüzə qədər siyasətçilərin, filosofların, eləcə də müxtəlif elm sahələri nümayəndələrinin dünyanı şərh etmək üçün qəbul etdikləri aydınlıq, dəqiqlik, digər tərəfdən də bütövlük, tamlıq, daha böyük mahiyyətində bir termindir.
Onu da qeyd edək ki, utilitarİZM kimi elə “İZM”-li nəzəriyyələr vardır ki, onlar həm təbiətə həm bəşərə - insana aiddir. Necə ki, elə “atalar sözləri”, “misallar, deyimlər” var ki, təbiət (məsələn, “saxla samanı, gələr zamanı”), canlılar aləmi (məsələn, “At igidin yaraşıdır”) üzvlərinə aid olsalar da İnsana münasibətdə də dərin məzmun və məna kəsb edirlər.
Bundan başqa “İZM”-li terminlər tarixinin əvvəllərində məzmununa görə bu və ya digər məktəbi, nəzəriyyəni nəzərdə tuturdusa (məsələn, romantizm, classism, pessimism, agnoticism, dualism, realism və s.), zamanla bu məzmunlarla bərabər dini, elmi və s. sahələr üzrə peyğəmbərlərin alimlərin, filosofların, (məsələn, Mohammedanism, Plotonism, Kantianism, Darvinism) və onlarla məşhurların ideologiyasını ehtiva etmişdir.
Ancaq daşıdığı ideyadan asılı olmayaqraq “İZM”lərlə olan nəzəriyyə, ideologiyalar əsasən fəlsəfi dərk olunurlar. Bu fikri belə də ifadə etmək olar ki, İZM-lər bir sistemdirlər və onları düşüncə sahəsi adamları olan filosoflar meydana çıxardıqları kimi onlar fəlsəfi tədqiqatların da mövzusudurlar.
Heç də təsadüfi deyil ki, fəlsəfi nəzəriyyələrə, filosoflara, din və din təmsilçilərinə, habelə ədəbiyyat, sənət sahəsinə aid “İZM”lər daha çoxdur.
Bundan başqa “İZM”lər tarixinə xüsusi olaraq diqqət yetirildikdə siyasi məzmunlu o cümlədən siyasətçilərin və habelə siyasi liderlərin (məsələn, MarksİZM, LeninİZM, QandİZM, KamalİZM) həyatı, fəaliyyəti ilə bağlı olan “İZM”lərlə ratlaşmaq olur ki, bu məktəb, siyasət yolu düşüncəsini ifadə edir.
Əlbəttə “İZM”-li nəzəriyyələr, ideologiyalar “külliyyatında” müsbət səciyyəli kimi racism, Stalinism, fascism, Hitlerism, Pahlaviism və s. kimi neqativ məzmun və mahiyyətdə olanlar da vardır.
Beləliklə, “İZM”-li terminlər tarixi əlifba sırası və hətta termindəki hərflərin sayı baxımından (6 hərfli, 7 hərfli, 8 hərfli və s.) çox geniş və zəngindir.
“İZM”-lər konsepsiyasını təhlil edərkən konkret bir məsələyə də aydınlıq gətirməyi zəruri hesab edirik. Bu “İZM”-lər və kult düşüncəsi doqması ilə bağlıdır.
Belə ki, şəxsiyyətlərə, xüsusilə dinlərə, peyğəmbərlərə, o cümlədən siyasi liderə həsr olunmuş “İZM”-lərlə olan terminlərə münasibət həmişə birmənalı qarşılanmamışdır.
Qədim dövrlərdə yaranmış şəxsiyyətə pərəstiş – kultçuluq “İZM”-lərdə də öz yerini tutmuşdur. Beləki, müxtəlif sərkərdələrin həyat və fəaliyyətinin tarixi əhəmiyyətini araşdıran tədqiqatçılar əslində “İZM”-lərdən onların fərqlənməsini nəzərdə tutaraq istifadə etmişlər ki, bu heç də yanlış qarşılana bilməz. Məsələn, istər Makedoniyalı İsgəndər, istər Yuli Sezar, istər Bonapart Napoleon, B. Mussolini və istərsə də V.Lenin, İ.Stalin və ya Adolf Hitler, “İZM” şəkilçisiz öz dövrlərinin xarakterik dünyaya hökmran xüsusiyyətləri ilə, o cümlədən ayrıca şəxsiyyətə pərəstiş məzmununda, - kult, avtokrat olaraq tarixdə tanınmışlar.
Məsələn, dünya kitabxanasında “İmperatorlar kultu”(məs.The cult of personality in Orwell’s Animal Farm. https://askanacademic.com/art-media-and-literature/the-cult-of-personality-in-orwells-animal-farm-671/) məzmun və mənasında geniş elmi tədqiqatlar vardır ki, yuxarıda adları çəkilən hökmdarlara “İZM”siz yanaşılır və onların həyatı kultçuluq mahiyyətində təhlil edilib qiymətləndirilir.
Ümumiyyətlə, bir termin olaraq kult ideyası dini, fövqəlbəşər və ritullar mahiyyətini ifadə edir və tarixi tədqiqatlarda e. ə. IV əsrdə ortalarında dünyaya hökmran olmuş Makedoniyalı İskəndər kultçuluğun başlanğıcı - ilk olaraq Axilles, Herkul, Pifaqor kimi qəhrəmanların timsalında fövqəladə nailiyyətlərlə insan həyatı yaşayan varlıq, heç vaxt ölməyəcək “qəhrəman” mənasında qəbul olunmuşdur.
Bu baxımdan e.ə. IV əsrdə yaranmış kultçuluq Makedoniyalı İskəndərin hökmranlığı, onun dünyaya hakim olmaq məqsədi ilə həyata keçirdiyi işləri böyütmək, şəxsiyyətini ilahiləşdirmək düşücəsindən qaynaqlanır. Təsadüfi deyil ki, bu dövrdə Yunanstan və Romada salınmış şəhərlər, tikilmiş saraylar, yaradılmış abidələr, heykəllər, yazılmış ədəbiyyat Makedoniyalı İskəndərin adı ilə əlaqələndirilir. Fikrimizcə, Misirlilər və Yaxın Şərq xalqlarının dini inanclarının, təriqət adət-ənənələrinin kökündə insanın ikinci həyatının, “o biri” dünyada mövcudluğu təsəvvürləri dayanmışdır ki, qədim yunan mifologiyası, bayramlar, dini inanc ritualları, eyni zamanda böyük bir tarixi dövrdə yaranmış bütün mədəniyyəti,- həmçinin antik yunan incəsənətinin abidələrini, teatrı dastan və hekayələr və s. yalnız Makedoniyalı İskəndərin hökmranlığına pərəstiş, kultçuluq - şəxsiyyətə pərəstiş kimi qiymətləndirmək bir qədər subyektivlikdən qaynaqlanır.
Şəxsiyyətə pərəstiş mövzusunda tədqiqatlarda Yuli Sezarla da bağlı fikilər hökmranlığa inam, onun möhkəmləndirilməsi, hökmdara sitayiş, deməli, “İmperator kultu” düşüncəsini ehtiva edir. Belə tədqiqatlardan birində oxuyuruq: “E.ə. 44-cü ilin aprelində Sezarın azad edilmiş tərəfdarlarından birinin ölmüş diktatorunun külü üzərində bir sütun ucaltması və ona tanrılar arasında yaşayan bir varlıq kimi müraciət etməsi, -onu kültlaşdırması o qədər də qəribə deyildi. Ona çox sayda vətəndaşlar qoşuldular. Bir neçə gün ərzində Sezarın varisi Oktavian Sezarın ilahi elan edilməsi üçün təzyiq etdi - Senat bunu 42-ci ildə səsvermə yolu ilə qəbul etdi. E.ə. 25-ci ilə qədər Midilli şəhəri Avqustun şərəfinə hər il dini tədbirlər təşkil etdi və onların formalarını və impulslarını ona çatdırdı. İspaniyadakı Tarraco, eləcə də digər Şərqi Yunanıstan şəhərlərinə; və eramızdan əvvəl 12-ci ilə qədər imperatorların təşəbbüsü ilə həm Qalliyanın paytaxtı Luqdunumda, həm də Romada tanrıların kəsişməsində yerləşən məhəllə kilsələrində Sezar və Avqustun dahilərinə ilahi sitayiş ayinnləri keçirildi və bu kimi müxtəlif modellərdən imperator kultu sürətlə yayıldı”(Cult of the emperors. https://www.britannica.com/place/ancient-Rome/Cult-of-the-emperors).
Lakin məsələyə “İZM” lər mənasında yanaşıldıqda hökmran Yul Sezarın adı və ya soyadı sonluğunda İZMləşdirmə ilə (tək bir vikipediyayazısını çıxmaqla) rastlaşılmır. Ancaq onunla bağlı kultçuluq təhlilləri çox saydadır. Hətta Sezarın adının Julius – iyul olması ilə bağlı olaraq Roma təqvimi olan Kvintilis - Julius adlandırılmışdır.Onu da qeyd edək ki, qədim Romada il mart ayından başlayırmış və bu baxımdan Sezarın doğulduğu iyul ayı 5-ci ay, yəni Kvintilis idi. Sezarın şərəfinə VII ayın adını sözlə əvəz edərək təqvim islahatı həyata keçirmişdir ki, bu Julian - Sezar təqvimi olaraq tanınır. Julian təqvimini Papa XIII Qriqori redaktə etmiş tərəfindən bir qədər düzəliş edilmiş Julian təqvimidir. Yuli Sezarın ilahiləşdirilməsi ritualı kimi bütün xristian dini cəmiyyətinə məlumdur.
Yuli Sezarın (Julius Caesar’s) şəxsiyyətinin fövqəlbəşərliyini Makedoniyalı İsgəndər kimi onun da şərəfinə kütlənin hökmdarı ziyarətləri məqsədi ilə müxtəlif bölgələrdə tanrı evləri - məbədlərin tikilməsi, ayinlərin təşkil olunması ilə əsaslandırıır. Elə Yuli Sezarın Divus,- yəni ilahi adlandırılması da onun öllümündən sonra onun şərəfinə verilmiş kultdur və Roma imperiyasının birləşməsi məqsədi daşımışdır(Cult of the emperors. https://www.britannica.com/place/ancient-Rome/Cult-of-the-emperors).
Tarixdə “İZM”ləşməmiş, ancaq şəxsiyyətə pərəstiş xarakterini səciyyələndirən kultlardan biri də müasir Fransa dövlətinin əsasını qoymuş XVIII əsr Fransız imperatoru Banopart Napoleon kultudur.
Tədqiqatçılar İtaliya faşİZMinin Lideri B.Mussolini kultunu Yuli Sezar, SSRİ avtokratı İ.Stalin kultunu B.Napolion kultuna bənzədirlər (Cult of the emperors. https://www.britannica.com/place/ancient-Rome/Cult-of-the-emperors; Mussolini-Kult in Italien. https://cdn.theat lantic.com/media/archives/1903/06/91548/129517826.pdf).
Napoleon və Stalinin şəxsiyyət kultu “Şəxsiyyətə pərəstiş”in tarixi və müasir dərki üçün bu iki despotun şəxsiyyəti qəhrəmanlığın ən yüksək dərəcəsində təbliğ edilir, əxlaqi keyfiyyətləri əslində olduğunun əksi formasında ideallaşdırılır, onlara müraciətdə ən ali kəlmələr işlədilir. Hər iki kult sahibini sözdə azadlıq, bərabərlik şüarları, gerçəkdə qanlı döyüşlərlə, repressiya ilə kütlələrin məhvi məqsədi birləşdirir. Əlbəttə bütövlükdə bu xarakterik cizgilər, əsasən də şəxsiyyətə pərəstiş – kult ənənəsi bütün dövrlərin diktator imperatorlarına xas olmuşdur.
Məsələn, gənc yaşlarından faşizm idealogiyası ilə maraqlanmış, onu dəstəkləmiş, I Dünya Müharibəsi zamanı vətəni İtaliyada müharibə çağırışları etmiş və ideoloq fəaliyyətini müharibə cəbhələrində təcrübə ilə təsdiqləyib faşİZMin məşhur diktatoru , A.Hitlerin ən sadiq silahdaşı olmuş Benedik Mussolininin həyatı və istər ideoloq fəaliyyəti və istərsə də faşİZM Lideri xidmətləri buna yaxşı misaldır.
Eləcə də hakimiyyəti dövründə “Can Stalin, Can Stalin” şüarının məşhur olması, məktəblilərə, tələbələrə Stalinin SSRİ Respublikalarının çoxmilyonlu xalqlarının xilaskarı, qəhrəmanı olduğu haqqında kitabların tədris edilməsi, ədəbiyyatın, incəsənətin onun obrazını yaratması, həmçinin ateİZMin güclü maşınının təsiri altında xalq kütlələrinə Stalinin dinin və mənəvi ritualların əsası kimi təlqin edilməsi faktları tarixin qalın qatları altında qalmış şəxsiyyətə pərəstişin, XX əsrin ortalarında üzə çıxan müasir hökmran kultu nümunəsi idi.
Fikrimizi Britannica Ensiklopediyasının müəlliflərindən olan Rebecca M.Kulikin “Şəxsiyyətə pərəstiş” adlı məqaləsindən bu tendensiya ilə bağlı lokonik bir misal təsdiq edə bilər.
“Şəxsiyyətə pərəstiş, məqsədyönlü şəkildə yaradılmış sənət, simvolizm və ritual sistemi, konkret bir fərdin institutsionallaşdırılmış tərənnümünə əsaslanır. 20-ci əsrdən bəri “şəxsiyyət kultu” ən çox xarİZMatik lider kultlarına, siyasi liderə əsaslanan və hakimiyyətini gücləndirmək, ideologiyalarını böyütmək və hakimiyyətin qanuniləşdirilməsini nəzərdə tutmuş şəxsiyyətə pərəstiş növünə aid edilmişdir” (KulikRebecca M.Kulik. Cult of personality. https://www.britannica.com/topic/cult-of-personality).
XXI əsrdə bu qeyri-mütərəqqi, bəşəriyyətin yaddaşında qanlı hadisələrin Liderləri kimi qalmış saxta məşhurların bəzilərinin bu gün də tərəfdarları vardır və bu qütblərdə canlanma müşahidə olunur. Məsələn, “İtaliyada Mussolini kultu” (Mussolini-Kult in Italien) məqaləsi Benedik Mussolini kultunun müasir dövrdə yaşamasını, hətta açıq şəkildə faşİZM ideyalarını yayması haqqındadır.
Çağdaş dünya insanının müharibələrdən faciələr yaşadığı, ölkələrin, şəhərlərin dağıldığı bir vaxtda İtaliyanın mərkəzində faşizmin ən qəddar liderlərindən Mussoilinin abidəsinin olması və hər gün saysız-hesabsız avropalının onu ehtiramla yad etməsi həm dünyada sabitliyə inamı azaldır, həm də şüurlarda şəxsiyyətə pərəstişi gücləndirir.
Biz “HeydərİZM - Heydər Əlirza oğlu Əliyevin siyasət yolu” tədqiqat əsərinin birinci - Tarixi Dövrlərdə Siyasi “İZM”lər konsepsiyası” yarımfəslində müxtəlif dövrlərin adları çox vaxt İZMlərlə çəkilən hökmdarları ilə bağlı kult - şəxsiyyətə pərəstiş məsələsi ətrafında təhlillərimizi yekunlaşdırarkən təhlillərlə gəldiyimiz obyektiv – məntiqi düşüncələrimizi diqqətə çatdırmağı lazım bilirik.
Beləki, XXI əsr kimi yüksək texnologiyalar əsrində nə qədər arxaik olsa da hələ də siyasi liderlərə münasibətdə tədqiqatlara kultçuluq – şəxsiyyətə pərəstiş düşüncəsi ilə yanaşanlarla rastlaşmaq olur.
Bəziləri öz dövrü üçün nəhəng inqilabi işlər görmüş, eyni zamanda üsul-idarəçilik baxımından diktator, despot kimi yaddaşlarda qalmış bu və ya digər hökmdarın, siyasi liderin İZMlərlə adlanmasını, tədqiq olunmasını əsas götürərək bu şərtiliyə, fərqliliyə “qara eynəklərlə” baxırlar. Halbuki, tarixi şəxsiyyətlərin mütərəqqi, işıqlı əməlləri, dövlət yaratmaları, xalqlarının xilaskarı olmaları, rəhbəri olduqları dövlətin və xalqın mənafeyi üçün fədakarlıqları, bütövlükdə inqilabi fəaliyyətləri və ən əsas məsələ milyonların təbii sevgisini qazanması onları da fərqləndirir. Digər tərəfdən İZMləri birmənalı şəkildə kultçuluq kimi görən, “qiymətləndirən” yüzlərlə müsbət kimi mənfi məzmunlu İZMli nəzəriyyələrə yanaşmada səssiz qalırlar ki, onların siyasi liderlərə münasibətdə “solçu” mövqeləri ən yaxşı mənada gerilik kimi qəbul edilir.
Fikrimizi tarixin yüzillər boyu tanıdığı və təqdir etdiyi – AristotelianİZM, Buddhism, ConfucianİZM, Darvinism, EpicureanİZM, HegelianİZM və s. o cümlədən MarksİZM, LeninİZM, QandiİZM, KamalİZM kimi saysız- hesabsız siyasətçi, peyğəmbər, filoosof, dindar, yazıçı, sənətkar nəsillərinin İZMləşən adları təsdiq edir.
Bu baxımdan Azərbaycan xalqının Ulu Öndəri, XX əsrin dühalarından biri Heydər Əliyevin siyasi irsinin “HeydərİZM” konsepsiyasının tarix və müasirlik kontekstində tədqiq və təhlil edilərək dəyərləndirilməsi siyasi-fəlsəfə, eləcə də ictimai elmlər sahəsində aktuallıq kəsb edən mövzudur.
Mənbə: www.science.gov.az saytı
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
10-11-2024, 10:33
Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr aşkarlanıb TƏDQİQAT
10-11-2024, 10:31
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
10-11-2024, 10:23
Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib
10-11-2024, 09:10
ANONS! ANONS! ERMƏNİ DOSTU VƏ ERMƏNİLƏRİN DOSTU AYDIN ƏLİ-ZADƏ İLƏ BAĞLI YENİ ARAŞDIRMAM YOLDADIR!...
4-11-2024, 10:34
“Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi” adlı tədbir keçirilib
4-11-2024, 10:08
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
1-11-2024, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
1-11-2024, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |