Azərbaycanlı alimin məqaləsi Pakistanın nüfuzlu jurnalında çapdan çıxıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” (“Lotfi A.Zadeh phenomenon in the development of the world artificial intelligence (Aİ) system”) məqaləsi Pakistanın “Sənət və Sosial Elmlər” (“Journal of Arts and Social Sciences”) jurnalında dərc olunub.
Məqalədə yeni naviqasiyaların dövri tarixi mərhələsini uğurlu kəşfləri ilə zənginləşdirən alimlərdən biri, qloballaşma mərhələsinin ən mühüm elmi-texniki hadisəsi və eyni zamanda fəlsəfə elminin yeni və ciddi istiqamətlərindən biri, süni intellekt sistemi sahəsində nəhəng xidmətlərinə görə, Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs, NASA-nın və NATO-nun aparıcı mütəxəssisi, bu il 100 illiyi qeyd olunan Azərbaycan əsilli Lütfəli Rəhim oğlu Ələsgərzadə, qısaca Lütfi Zadənin fenomen elmi nailiyyətləri, alimin ötən əsrin ortalarından başlayaraq ən məşhur tarixi elmi kəşfi - qeyri-səlis məntiq nəzəriyyəsini meydana çıxarması və bu nəzəriyyənin tarixin səlist məntiqini silkələməklə qısa bir zamanda gerçəklikdə təsdiqini taparaq elmdə, eləcə də istehsalatda tətbiq olunması hadisəsi, habelə süni intellekt sisteminin, robot texnikasının inkişafında xidmətləri təhlil olunaraq qiymətləndirilir.Müəllif süni intellekt sisteminin dünya şöhrətli alimi Lütfi Zadə “Siz ola bilər ki, həyatınız boyu Lütfi Zadə, onun qeyri-səlis məntiq nəzəriyyəsi haqqında heç bir şey bilməyəcəksiz. Ancaq evinizdə ən azı müasir maşınlar varsa, mən də, fikirlərim də daima və gözəgörünməz şəkildə yanınızdayıq. Məsələn, “Hitachi”, “Sharp” firmalarından bir kondisioner aldınızsa, bilin ki, məhz bu nəzəriyyə sayəsində temperatur dəyişməsi səviyyələri təmin olunub. Eyni firmalar sizə bir mikrodalğalı soba satdılarsa, bilin ki, doğru bişirmə strategiyasını qeyri-səlis məntiq nəzəriyyəsi təmin edir. “Canon” fotokopiya maşını, “Matsushita” qabyuyan və ya qurudan maşını və ya “Daewoo”, yaxud da “Samsung” paltaryuyan maşını, ya da bir “Sony” televizor, kompüterlə qarşılaşsanız, bilin ki, bütün bu texnologiyalar müəyyən dərəcədə Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə doğulmuşdur”, - fikrini, habelə alimin insanı dünyanın əvəzolunmaz gücü hesab edən “bir maşının heç vaxt insanı əvəz edə bilməyəcəyini qeyd etməsinə, konkret olaraq, “Məsələn, ən güclü və ən gözəl axtarış motoru olan “Google”u götürün və ona sual verin, Buşun neçə yaşı var və ya Azərbaycanın əsas şəhəri hansıdır? Maşınlar cavab verə bilməyəcək. Bundan başqa, əgər səsvermə olsa ki, qeyri-səlis məntiq lazımdırmı, əminəm ki, 99% -i əleyhinə cavab verəcək, amma 15- 20 il sonra isə səhv etdiklərini deyəcəklər” düşüncəsini misal gətirir, “Süni intellektin metodologiyasını Lütfi Zadə nəzəriyyələri nəzərə alınmadan dərk və təsəvvür etmək mümkün deyildir. Müasir dünya elmi fikrinin əsas vəzifələrindən biri Lütfi Zadə metodologiyalarını təcrübədə daha geniş əsaslandırmaqla, süni intellektin başda fəlsəfə olmaqla, elmi multidissiplinar nəzəri-təcrübi tədqiqi sahəsini genişləndirməkdən ibarətdir”, - yekun elmi-obyektiv qənaətini əsaslandırır.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Azərbaycan əsilli, dünya şöhrətli alimin 100 illiyi münasibəti ilə yazdığı məqaləsi elmi yeniliyi, aktuallığı ilə əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “Sənət və Sosial Elmlər” jurnalı dünyanın nüfuzlu “EBSCO”, “Google Scholar” və başqa nüfuzlu elmi indeksinə aiddir.
www.science.gov.az
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||