Əhəd Abıyev : “Prezident Administrasiyasına gedən bir qrup Xoşbulaq kənd sakinləri və onlarının Gəncə şəhərində yaşayan qohumlarının tələbi tamamilə əsassız, qanunsuz və şər-böhtandır”
Elm və təhsil
Oxunub: 372
24 may 2021 | 14:00
Əhəd Abıyev : “Prezident Administrasiyasına gedən bir qrup Xoşbulaq kənd sakinləri və onlarının Gəncə şəhərində yaşayan qohumlarının tələbi tamamilə əsassız, qanunsuz və şər-böhtandır”


24 may 2021-ci il tarixdə “Kanal 13” youtube internet kanalında yayımlanan əsas təşkilatçısı Məmmədzadə Sahib Mürvət oğlu başda olmaqla yaxın qohumları və Daşkəsən rayon Xoşbulaq kəndinin və Gəncə şəhərinin bir qrup sakini – Əhmədov Arzu Fərrux oğlu, Bağırova Rəna Məhəmməd qızı, Fərzəliyeva Bəsdi Dəmir qızı, Həsənov Azru Məqsəd oğlu, Məmmədov Fəzail Qələndər oğlu, Məmmədov Elnur Qinyaz oğlu, Orucov Nazim Nizami oğlu, İbrahimov Bəhruz Telman oğlu, Əlnağıyev Eyvaz Mirzə oğlu, Bayramov Qardaşxan Saleh oğlu, Süleymanov Rafail Cumalı oğlu, Cəfərov Polad Ələsgər oğlu və başqaları Daşkəsəndə 2021-ci ilin yaylaq mövsümü başlayandan rayonunun inzibati ərazisində yerləşən dövlət fondu yay otlağından mövcud qanunvericiliyə uyğun 30 ilə yaxın torpaq sahəsi icarəyə götürmüş Laçın və Kəlbəcər rayonundan olan icarəçiləri milli zəmində qarşıdurma yaradaraq əraziyə qanunsuz olaraq buraxmırlar. Onlar Xoşbulaq camaatını Bakı şəhərinə mitinqə çağıraraq separatçı şüarlar səsləndirərək Laçın və Kəlbəcər rayonundan olan icarəçiləri söyüb ölümlə hədələmiş, maşınlarının qabağını kəsmiş, döyüb əmlaklarına ziyan vurmaqla xuliqanlıq etmişlər. Açıq-aşkar Laçın və Kəlbəcər rayonundan olan icarədarlara deyirlər ki, siz kürdsüz, bizdən deyilsiz, Daşkəsən rayonu ərazisində sizə yer yoxdur, yoxsa hamınızı məhv edəcəyik. 30 ilə yaxın sizi əraziyə buraxmışıq, bundan sonra buraxmayacağıq. Bu hadisələri və onların dediklərini təsdiq edən video görüntülər var.

Xoşbulaq kənd sakinlərinə “Torpaq islahatı haqqında” Qanuna əsasən hər bir nəfərə biçənək və əkin sahələri normaya uyğun ayrılmışdır. 506 hektar örüş otlaq sahəsi də onların ümumi istifadəsinə verilmişdir. Bu sahədə kənd sakinlərinin heç bir problemi yoxdur. Birmənalı olaraq bildiririk ki, qanunamüvafiq qaydada icarəyə verilmiş və hazırda əsassız olaraq iddia olunan rayonun dövlət fondu yay otlaq sahələrinin Xoşbulaq kənd sakinlərinə heç bir aidiyyəti yoxdur. Belə kİ, Prezident Administrasiyasına gedən bir qrup yaxın qohum olan Xoşbulaq kənd sakinlərinin tələbləri və şikayətləri tamamilə əsassız, qanunsuz və şər-böhtan xarakterlidir.

16 may 2021-ci il tarixdə Laçın və Kəlbəcər rayonundan olan, uzun müddət rayonun yay otlağından icarə qaydasında istifadə edən 73 təsərrüfat sahibi, o cümlədən digər icarəçilər Daşkəsən rayon İcra hakimiyyətinə qəbula gələrək bir qrup Xoşbulaq kənd sakininin qanunsuz hərəkətlərindən narazılıqlarını yazılı formada rayon İcra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına bildirmişlər. Hazırda onların müraciətinə Daşkəsən rayon Məhkəməsində baxılır və 1 iyun 2021-ci il tarixdə növbəti məhkəmə prosesi keçiriləcəkdir.

Yuxarda adları göstərilən separatçı şəxslər kənar maraqlı qüvvələrdən tapşırıq və dəstək alır, bəzi reket KİV-lərdə ictimai fikri çaşdıran video görüntülər yayırlar. Əsasən də öyrətdikləri yaxın qohumları olan qadınları qabağa verib millətçi zəminində yaratdıqları qarşıdurmaları təşkil edirlər. Onların məqsədi icarəçiləri qanuni istifadələrində olan ərazilərdən qovub kənar rayonlardan istədikləri ayrı-ayrı şəxslərin, restoran və şadlıq evlərinin sürülərini həmin ərazilərə qanunsuz gətirib pul müqabilində yerləşdirməkdir.

Prezident Administrasiyasının qabağında əsassız, tam böhtan xarakterli çıxışlar etmiş yuxarıda adları qeyd olunan bir qrup Xoşbulaq kənd və Gəncə şəhər sakinlərinin məqsədi bu məsələ ilə bağlı 1 iyun 2021-ci il tarixdə Daşkəsən rayon Məhkəməsində baxılacaq növbəti məhkəmə prosesinə mane olmaq və Daşkən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirən ictimai fikir yaratmaqdır. Bu isə qanunazidd olmaqla yol verilməzdir.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı

Əhəd Abıyev
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031