2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın dilbər guşəsi, Azərbaycan musiqisinin beşiyi, Qafqazın mirvarisi, incisi sayılır. Başı qarlı, vüqarlı dağları ilə dünyaya səs salan Şuşa Azərbaycanın - vətənimizin döyünən ürəyidir. Bir zamanlar başının üstünü qara buludlar alan, düşmən tapdağı altında qan ağlayan Şuşa bu gün artıq dünyaya "mən azadam" deyə hayqırır. Bu hayqırtısını isə illər sonra Cıdır düzündə keçirilən " Xarıbülbül " musiqi festivalı ilə həyata keçirdi. "Xarıbülbül" İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi və Azərbaycan ordusunun zəfər simvolu kimi tanınır. Xarıbülbülün əzəmətli, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədə qələbə simvoluna çevirdi. 2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki mənfur düşmənin əlində əsir qalan, göz yaşları içində qıvrılan, ah-naləsi ilə yerləri-göyləri fəryada çağıran Şuşa bu festival ilə azadlığa qovuşduğunu musiqi sədaları ilə bəyan etdi. Festivalın bədii hissəsinin açılışı zamanı oxunan Bayatı-şiraz bütün Azərbaycan xalqının ruhunu oxşadı, Şuşanın kimsəsiz qalan dağlarına sığal çəkdi. "Xarıbülbül" musiqi festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqı "dəmir yumruq" kimi birləşdi və bu dəmir yumruq nəticəsində müzəffər Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. İşğaldan azad edilmiş, düşmən tərəfindən vəhşicəsinə talanmış, dağıldılmış, məhv edilmiş ərazilərimizdə böyük quruculuq lahiyələri həyata keçirilməkdədir. Azad olunan ərazilərin tarixi və mədəni abidələri bərpa olunur, eyni zamanda tarixi torpaqlarımızda uzun illərdir keçirilməyən tədbirlərimiz bərpa edilir, başqa sözlə desək, düşmən tapdağı altında qan ağlayan, ah-zar edən torpaqlarımız mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı bunun ən bariz nümunəsidir. "Xarıbülbül" musiqi festivalının ilk günündə Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusundə təqdim edilib. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri və çıxışları ilə “hər kəsin vətəni Azərbaycandır” mesajını bütün dünyaya çatdıran Prezident İlham Əliyev öz çıxışında da qeyd edib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Düşünürəm ki, "Dəmir yumruq" anlayışı Azərbaycan xalqının simvoluna çevrilib.Çünki həmin vaxt uşaqdan böyüyə hər kəsin ürəyi Qarabağla döyünürdü. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədi. Məscidlərimizi, tarixi abidələrimizi məhv etsələr də, ruhumuzu məhv edə bilmədi. Şuşa Azərbaycanın ruhunu qoruya bildi .28 ildən çox əsirlikdə qalsa da əyilmədi, sınmadı,öz ləyaqətini, milli ruhunu qorudu. Mayın 13-də Azərbaycan tarixində daha bir möhtəşəm hadisə baş verdi.Çünki işğaldan azad olunmuş Şuşa şəhərində illər
sonra ilk dəfə Ramazan bayramı namazı qılındı. Bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bununla da,Şuşa özünün məğrur duruşunu, milli ruhunu itirmədiyini və Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha sübut etdi.
Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Dilarə Şıxıyeva
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
