“19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərinə qarşı atılan addımlar şərdir, böhtandır-VİDEO/FAKT

Bir müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru cənab Nazim Eynallı haqqında, bəzi media qurumlarında əsassız, heç bir məntiqə sığımayan cəfəng informasiyalar yayımlanmaqdadır. Bu yöndə apardığımız araşdırmalar zamanı məlum oldu ki, etikadan kənar, insan təfəkkürü ilə uzlaşmayan informasiyaların tirajlanmasında Şamaxı rayonu, Quşçu kənd sakini, hal-hazırda Sabirabad rayonundakı Nizami kənd orta məktəbində ştat cədvəli üzrə müəllim vəzifəsini daşıyan Kazım Ağamikayıl oğlu Cəbrayılovun xüsusi rolu olur. Belə ki, redaksiyamıza bu şəxsin “nankor əməlləri” haqda daxil olan məlumatlarda bildirilir ki, bir müddət bundan əvvəl Kazım Cəbrayılov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin işçisi olmaqla bərabər, o, paralel olaraq Sabirabad rayonundakı Nizami kənd orta məktəbində müəllim vəzifəsini də daşıyır. Elə ki, Cəbrayılov soyadını daşıyan bu şəxsin belə bir çirkin əməli haqda aidiyyatı dövlət qurumları “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallını məlumatlandırır, o halda o, lazımi addımını atmağa məcbur olur. Yəni, çox keçmir ki, Kazım Cəbrayılovun MMC-dəki fəaliyyətinə “stop” qoyulur. Eyni zamanda bu şəxsin Nizami kənd orta məktəbində müəllim vəzifəsini daşımasını və ötən ilin mart ayından dekabr ayına, həmçinin bu ilin yanvar-fevral aylarında nə qədər əmək haqqı almasını, Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Üzeyir Qasımov, “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-i tərəfindən 23 fevral 2021-ci il tarixdə ünvanlanmış 22 saylı məktuba, 03 mart 2021-ci il tarixdə 117 saylı məktubla cavab verir və qeyd olunanları öz imzası ilə də təsdiq edir.
Diqqəti cəlb edən hal o olur ki, Kazım Cəbrayılovun “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dəki fəaliyyətinə “stop” qoyulduqdan sonra, bu şəxs direktor Nazim Eynallını şantaj etmək, bir növ ondan belə bir addımına görə qisas almaq fikirinə düşür. Yəni, ilk olaraq o, heç bir əsası olmayan faktları əsas tutaraq aidiyyatı dövlət qurumlarına şikayət ərizələri ünvanlayır. Elə ki, onun bu yöndə niyyəti “puç olur”, o halda Kazım Cəbrayılov yeni variantlar üzərində “baş sındırır” və Mehman adlı şəxsə saxta məlumatlar çatdırmaq planı düzüb-qoşur. Yəni, o, MMC-nin direktorunu idarədə katibə işləyən xanımla işbirliyində ittiham edir, hətta bu xanımın həyat yoldaşı Mehman adlı şəxsə saxta məlumatlar da ötürür. Qeyd edək ki, bu şəxsin qaynənəsi təqribən 10 ilə yaxındır ki, bu idarədə xadimə işləyir, qaynının biri gözətçi vəzifəsini daşıyır, başqa bir qaynı isə qazi olduğundan, məhz onu direktor Nazim Eynallı MMC-də işlə təmin edir. Onu da vurğulayaq ki, bu şəxslərin çoxu “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin yeni direktoru bugünkü vəzifəsinə sahib olmazdan çox-çox əvvəllər işə girən şəxslərdirlər ki, onlar bu gün də fəaliyyətlərini davam etdirməkdədirlər.
Qeyd edək ki, Kazım Cəbrayılov tərəfindən direktor Nazim Eynallıya qarşı həyata keçirilən şər və böhtan kompaniyasına “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin bir neçə əməkdaşı, o cümlədən Hüseyinbaba Mahmudov adlı şəxs münasibət bildirir və o, qeyd edir ki, “Kazım Cəbrayılov Nazim müəllim haqda ərizə yazır, onun yazdıqlarının hamısı şər-böhtandır. Biz burada normal işləyirik, zavodumuz işləyir, vaxtlı-vaxtında əmək haqqımızı alırıq, bir sözlə işlərimiz qaydasındadır. Bu şəxs bir “qara qüvvə” olaraq heç cür imkan vermir ki, işlərimizi davam etdirək. Yaxşı olar ki, bu şəxsin əməlləri dövlət orqanları tərəfindən araşdırılsın”. “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin başqa bir əməkdaşı Elsevər Vahid oğlu isə qeyd etdi ki, “Mən Elsevər Niyazovun qardaşıyam. Bu gün bizə iftira atırlar ki, guya qardaşım bu zavodda işləyib əlavə pul qazanarkən, o, həmin pulları aparıb müdirə verirdi. Bunların hamısı yalandır, şərdir, böhtandır. Maaş kartlarımız da evimizdədir, özümüzdədir. Əlavə nə gəlirimiz olursa, onları yalnız özümüz üçün xərcləyirik. Biz indiyə kimi müdirə nə əlavə pul, nə də ki, rüşvət verməmişik. Qardaşım 29 sentyrabr 2020-ci il tarixdə könüllü orduya getdi, maşınını burada saxladı. O, hərbidə olduğu vaxtlarda əvvəl nə qədər əmək haqqı alırdırsa, sonra həmin əmək haqqını verdilər. Bir sözlə, bu gün kimin nə sübutu varsa buyursun desin ki, sən filan vaxt filan işi görmüsən”. “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin daha bir əməkdaşı Tubuxanım Mahmudova isə qeyd etdi ki, “Mən Şamaxı rayonunun Samul qəsəbə sakiniyəm və on ilə yaxındır ki, bu yol idarəsində xadimə işləyirəm. Mən Nazim müəllim müdir olmazdan əvvəl burada işə girmişəm. Hazırda iki oğlum bu zavodda işləyir, oğlumun biri gözətçidir, digəri isə Vətənin müdafiəsindədir. Bu Kazım Cəbrayılovgil dörd-beş qardaşdırlar, onlardan biri də Vətənin müdafiəsində iştirak etmədilər. Həyat yoldaşım əlildir, gündəlik işimə gedirəm, halal zəhmətimlə pul qazanıram, birtəhər ailəmi dolandırıram. Mən Nazim müəllimdən narazı deyiləm və vaxtlı-vaxtında maaşımı alıram”. Bu MMC-nin Cəmilə İsmayılova adlı əməkdaşı da bildirdi ki, “Nazim müəllimin Allah köməyi olsun, o, bizə kömək edir, bizi işlədir. Bu Kazım Cəbrayılov isə bizə imkan vermir, hətta məndən də yazdı”. “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin Sahib Məcidov adlı əməkdaşı da qeyd edir ki, “Biz ailədə dörd nəfərik. Mən beş ildir ki, burada çalışıram. Kazım Cəbrayılov ərizə yazır və o, istəyir ki, zavod bağlansın. Zavod düz 70 ildir ki, işləyir. İstərdim ki, hüquq-mühafizə orqanı əməkdaşları bu şəxslə bağlı lazımi tədbirlərini görsünlər”. Qurban Qurbanov adlı əməkdaş da Kazım Cəbrayılovun əməllərinə haqq qazandırmadı və onu bildirdi ki, “Cənab Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizdə yeni-yeni iş yerləri açılır. Burada da böyük bir kollektiv çalışır. Sağ olsun Nazim müəllimi, o, bizim üçün lazımi işlər görüb və bu gün də görməkdə davam edir. Bu şəxsdən heç kimi şikayətçi deyil”.
Bütün bunlar onu sübut edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru cənab Nazim Eynallı olduqca işgüzar, xalq qayğısına qalan, lazımi idarəçilik təcrübəsinə sahib olan və digər müsbət göstəriciləri özündə cəmləşdirən bir şəxsdir. Belə bir şəxsə şər-böhtan atmaq, sanki Tanrığa təpik vurmaq kimi bir şeydir. Bu şəxslə bağlı bəzi media nümayəndələrinin yayımladıqlarına gəldikdə isə onu deyə bilərik ki, əslində yazı müəllifləri ilə bərabər redaksiya rəhbərləri də, nəyi necə etməyi bacarmırlar. Çünki, KİV haqqında Qanunun tələbinə görə redaksiyaya daxil olan məlumatlar yayımlanmazdan öncə müəyyən araşdırma işləri aparılmalı, qarşı tərəfin də mövqeyi dinlənilməli idi. Bu yöndə heç bir addım atılmadığından, yayımlanan yazılarda qeyd olunanların hər birinin şər-böhtan olması öz-özünü tam şəkildə sübuta yetirir.
Mövzuya qayıdacağıq.
Dünən, 12:04
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Dünən, 11:59
Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
Dünən, 11:49
Növbəti 4 ildə büdcədən Qarabağ və Şərqi Zəngəzura 13 milyard manatdan çox vəsait xərclənəcək
13-10-2025, 13:00
ETX və Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
13-10-2025, 12:56
İran “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir
13-10-2025, 12:53
Azərbaycanın dəmir yolu nəqliyyatı işçiləri təltif edilib
13-10-2025, 12:51
Azərbaycanda ÜDM 1,3 faiz artıb
13-10-2025, 10:51
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb
3-10-2025, 11:40
MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək
3-10-2025, 11:38
Azərbaycan Prezidenti iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib
3-10-2025, 11:30
Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur
3-10-2025, 11:26
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
3-10-2025, 11:24
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
3-10-2025, 11:22
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub
3-10-2025, 11:20
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub
2-10-2025, 11:55
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib VİDEO
2-10-2025, 11:46
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
30-09-2025, 10:53
Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb
30-09-2025, 10:41
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:35
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:32
Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər
26-09-2025, 11:48
Aleksandar Vuçiç: Prezident İlham Əliyev əsl dostdur
26-09-2025, 11:46
Prezident İlham Əliyev BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış etdi: Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq
26-09-2025, 11:43
Milli Məclisin deputatları Anım Günü ilə əlaqədar dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər
26-09-2025, 11:42
Bakıda Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib
26-09-2025, 10:58
Qazaxıstan idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər
26-09-2025, 10:55
III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib