Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub

XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Birlik Təşkilatının (Commonwealth) sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland moderatorluq edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çoxtərəfliliyin ölkələrin qlobal və dünya əhəmiyyətli qərarlarda iştirak etmək imkanı olduğu diqqətə çatdırıb. "Burada həm böyük dövlətlər, həm də orta və kiçik ölkələr öz sözünü deyə bilirlər. Arzu edirik ki, hər bir xalqın hüquqları tapdalanmadan, öz gələcəyində söz sahibi olmaq şansı olsun. Avropada bu sahədə bir çox nailiyyətlər əldə edilib. Biz də bu hədəf üçün çalışmalı və onu qətiyyətlə gözləməliyik", - deyə o bildirib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmiz üçün çoxtərəfliliyin böyük əhəmiyyətə malik olduğunu deyib. O, bunun yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmadığını, həm də real fəaliyyətlərdə özünü göstərdiyini bildirib.
H.Hacıyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub. “Biz uzunmüddətli münaqişəni hərbi və siyasi vasitələrin kombinasiyası ilə həll etdik və bunun nəticəsində hazırda regionda faktiki sülh mövcuddur. Həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin necə gücləndiriləcəyi ilə bağlı parametrlər üzərində işləyir”, - deyə o əlavə edib.
Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu da göstərir ki, biz ortaq baxışlara malik ölkələrik və “orta güc” konsepsiyasına inanırıq.
Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubişin sözlərinə görə, beynəlxalq ictimaiyyətin əksəriyyəti qaydalara, normalara və öhdəliklərə əsaslanan beynəlxalq nizam-intizamı qəbul edib. Yalnız bir neçə böyük güclər qəsdən qaydalara əsaslanan beynəlxalq nizamı pozur. Ona görə də biz bu psixoloji təzyiqin tələsinə düşməməliyik. O, beynəlxalq strukturlarla, institutlarla işləməyin önəmini vurğulayaraq, onlara daha çox legitimlik verilməsinin faydalı olacağına diqqət çəkib.
İndiki vəziyyətin çox çətin olduğunu vurğulayan Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç beynəlxalq münasibətlərdə gücün mühüm rol oynadığını qeyd edib. "Qaydaları lazımi şəkildə tətbiq etmirik. Coğrafi və əhali baxımından kiçik və böyük dövlətlərin üzərinə qaydalara riayət etmək düşür. Odur ki, bizə çoxtərəflilik və ona xidmət edən təsisatlar lazımdır", - deyə o bildirib.
Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa öz növbəsində deyib: "Biz elə bir dövrdəyik ki, çoxtərəflilik ciddi çətinliklərlə üzləşsə də, ona olan zərurət daha da artır. Çoxtərəflilik bizim ümumi amallar naminə necə əməkdaşlıq etdiyimizin göstəricisidir. Hazırda bu sahədə yaşanan böhran birbaşa siyasi iradə və liderliklə bağlıdır. Bizə qərəzsiz mövqeyi ilə seçilən, qətiyyətli liderlər lazımdır. Qarşımızda iqlim dəyişikliyi və bərabərsizlik kimi mühüm vəzifələr dayanır. Əgər bu problemləri həll etməsək, görülən bütün digər işlər nəticəsiz qalacaq".
Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklər davam etdiyini diqqətə çatdıran Seneqalın sabiq Prezidenti Maki Sall iqtisadiyyatın zəiflədiyini, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışların getdikcə daha mürəkkəb xarakter aldığını söyləyib.
Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulunun vaxt apardığını qeyd edərək deyib: “Qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir”.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||