İki fərqli Azərbaycan - Dünyada gücümüz artır
Siyasət
Oxunub: 264
29 okt 2021 | 11:08

"Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, ardınca bölgəmizdə qısa müddətdə tam yeni geoiqtisadi, geosiyasi reallıqların yaradılmasında sözsüz ki, ilk növbədə Prezident İlham Əliyevin çox böyük rolu və tarixi xidmətləri var".

Bunu Milli.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanın bölgədə yeni reallıqların müəllifi olaraq daha da güclü dövlət halına gəlməsində İlham Əliyevin böyük xidmətləri var:
"Faktiki olaraq Azərbaycan Prezidenti daxili və xarici siyasətimizdə Zəngəzur mərhələsi adlanan yeni bir istiqamət açdı. Çünki müharibədən sonra Azərbaycanın yaratdığı reallıqların içərisində həqiqətən bir Zəngəzur reallığı var. Bu reallıq həm Zəngəzurun tarixi torpaqlarımızın Azərbaycanın ictimai, tarixi fikrində adının bərpa olunmasından, həm də bu torpaqların tarixən Azərbaycana məxsus olması ilə bağlı dünyada bir təsəvvür yaradılmasından ibarətdir. Bəlkə də dünya ictimiayyəti, tarixçilər vaxtilə Zəngəzur adlı bölgənin Azərbaycana məxsus olduğunu və sonradan onun Azərbaycandan qəsb edilərək Ermənistana verildiyini bilmirdilər. Ancaq bu gün həm ölkə ictimaiyyəti, həm də dünya birliyi gözəl bilir ki, Zəngəzur tarixən Azərbaycanın torpaqları olub, bu torpaqları ikiyə bölüblər. Onun bir hissəsini Qərbi Zəngəzur adı altında Ermənistanda saxlayıblar, şərqi Zəngəzur isə Azərbaycanda qalıb. Buna görə Azərbaycan Prezidentinin Zəngəzurla bağlı həqiqətləri bərpa etməsi, Zəngəzur adını yenidən Azərbaycanın ictimai-tarixi və dövlətçilik fikrinə qaytarması çox böyük xidmətdir. Eyni zamanda sadəcə olaraq Zəngəzurun bir ad kimi qaytarılmasından əlavə Zəngəzurun görkəmi, iqtisadiyyatı, onun sosial həyatı, demoqrafiyasının dəyişdirilməsi, yeniləşdirilməsi istiqamətində də artıq atılan böyük addımların bir fundamentini görürük.
Azərbaycan ictimaiyyəti bir daha əmin olur ki, torpaqlarımızın azad edilməsi, ərazilərimizin iqtisadi, sosial infrastruktur baxımından yeniləşdirilməsi, Azərbaycanın bölgədə yeni reallıqların müəllifi olaraq daha da güclü dövlət halına gəlməsində İlham Əliyevin böyük xidmətləri var. Hansı ki, bu xidmətlər 2003-cü ildə onun hakimiyyətə gəldiyindən indiki dövrə qədər sistemli və faktiki olaraq aparılan daxili və xarici siyasətin real nəticələri idi. Azərbaycan cəmiyyəti bir daha əmin olur ki, həqiqətən bu 18 il ərzində ölkə iqtisadiyyatının gücləndirilməsi, insanların vəziyyətinin, yaşayışının yaxşılaşdırılması, məşğulluğunun möhkəmləndirilməsi, ordunun gücləndirilməsi, ölkənin böyük iqtisadi potensialının yaradılması üçün həqiqətən sistemli bir iş aparılıb və həmin sistemli iş ən sonda ərazilərimizin işğaldan azad edilməsi və vətənimizin ərazi bütövlüyünün bərpa olunmasını hədəfləmişdi. Sözsüz ki, 18 ildə ölkədə aparılan bu siyasət həm də Azərbaycan cəmiyyətinin, xalqın Prezidentin siyasəti ətrafında daha möhkəm birləşməsini şərtləndirən amillərdən biri idi ki, onu da biz 44 günlük müharibənin gedişində gördük. Bir sözlə, həm müharibənin nəticələri, həm də ölkənin bu gün dünya miqyasındakı mövqeyi Azərbaycan xalqına çox aydın bir mesaj ünvanlayır ki, xalqın 2003-cü ildəki seçimi yanlış deyildi. Xalq bu seçimi məhz 17-18 ildən sonra əldə edə biləcəyi nəticələr üçün etmişdi.
44 günlük müharibədən sonra Azərbaycanın ən böyük nailiyyətlərindən biri dünya miqyasında ölkənin mövqeyinin xarizmasının və nüfuzunun daha da möhkəmləndirilməsidir. Çünki əgər indiyə qədər ölkə ərazi bütövlüyü pozulmuş, təcavüzə məruz qalmış və təcavüz altında olan bir ölkə üçün diqtələr edən bir beynəlxalq hüquq subyekti kimi nəzərdən keçirilirdisə, bu gün Azərbaycan artıq özü diqtə edən bir beynəlxalq hüquq subyektinə çevrilib. Ona görə də xalq üçün bu da çox əhəmiyyətli faktordur. Çünki hər bir xalq onun himayəsi altında yaşadığı dövlətin beynəlxalq miqyasda güclü və nüfuzlu olmasını istəyir. Hər bir xalq vətəndaşı olduğu dövlətin gücü, onun nüfuzu ilə qürur diuymaq istəyir. Bu gün Azərbaycan xalqı həqiqətən Azərbaycan dövlətinin dünyadakı gücü və mövqeyi ilə qürur duya biləcək bir həddədir ki, bu proseslər də 2003-cü ildən başlayıb".

Təhməz Əsədov

Milli.Az
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930