“Ermənilər xalq, millət deyil, insan sürüsüdür“ - Armen Aşotyan
Siyasət
Oxunub: 278
19 okt 2021 | 12:48


44 günlük müharibədəki acınacaqlı məğlubiyyətin Ermənistan cəmiyyətində yaratdığı şok, müharibənin bitməsindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də özünü biruzə verməkdədir. Müharibə zamanı ordudakı kütləvi fərarilikdən tutmuş dövlət, ordu və cəmiyyət olaraq ermənilərin öz barələrində indiyə qədər yaratdıqları miflərin puç çıxması faktına qədər bir çox amillər böyük xəyal qırıqlığı yaradaraq, erməniləri acı reallıqla üz-üzə qoyub.

Artıq iş o yerə çatıb ki, bir çox erməni siyasi fiqurlar, tanınmış ictimai xadimlər və s. öz millətini və dövlətini təhqir edəcək həddə çatıblar. Onların sırasında xüsusilə də son seçkidə uduzan müxalif siyasi qüvvələrin təmsilçiləri daha böyük üstünlük təşkil edirlər.

Turkustan.az xəbər verir ki, Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın yaxın adamlarından biri, onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın “feysbuk”dakı son paylaşımı böyük səs-küyə səbəb olub. Siyasətçi sözün əsl mənasında erməni dövlətini və millətini təhqir edərək, erməniləri xalq, millət yox, populyasiya, yəni bir növ insan sürüsü adlandırıb: “Danılmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan üzv ölkələr siyahısında hardasa Argentina ilə Avstraliya arasında yalnız əlifba nişanı, ritual detal, siyasi anlaşılmazlıqdır.

Bizim artıq dövlətimiz yoxdur, özü də təkcə kapitulyantın günahından yox. Səbəb daha dərindədir. Dövlətləri millətlər yaradır. Bizdə artıq Ermənistan Respublikası yoxdur, çünki bizdə erməni milləti yoxdur. 29 min kvadrat kilometrlik ərazidə millət əvəzinə erməni əhalisi, bioloji populyasiya yaşayır. Populyasiyaların isə dövləti ola bilməz, ən yaxşı halda arealı (sahəsi) olar. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, sadəcə, etnoqrafik altnövdürlər, hansı ki, bu templərlə tezliklə “Qırmızı kitab”a düşəcəklər. Dövlətsə ona görə yoxdur ki, onu yaradan xalq sadəcə, yoxa çıxıb”. (AzPolitika.info)
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930