Politoloq: “İsrail-Fələstin münaqişəsi sübut etdi ki, maraqlar naminə yenidən alovlandıra bilər”

“İsrail-Fələstin münaqişəsi bir daha onu göstərdi ki, dünya siyasətində dondurulmuş və münaqişəli məsələlər əbədi olaraq qala bilməz. Belə hadisələrdə maraqlı tərəflər hər an öz məqsədləri və maraqları naminə münaqişələri yenidən alovlandıra bilərlər”.
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, belə proseslərin uzunmüddətli və qısa aralıqlarla müntəzəm olaraq davam etdirilməsi cəhdləri beynəlxalq münasibətlər baxımından xoş qarşılanmasa da, reallıq olaraq qəbul edilir:
“1948-ci ildən bəri müəyyən qısa fasilələri çıxmaq şərti ilə daima aktivliyini qoruyub saxlayan İsrail-Fələstin münaqişəsi buna açıq örnək kimi qəbul edilə bilər.
Təbii ki, İsrail-Fələstin məsələsinə bir neçə aspektdən yanaşmaq mümkündür. Burada siyasi, dini və etnik aspektlər önəmli rol oynayır. Məsələyə siyasi aspektdən yanaşsaq, məhz bu münaqişədə tərəf olaraq yalnızca İsrail və Fələstin qəbul edilə bilməz. Münaqişənin aktiv fazasında İsrail və Fələstin olsa da, arxa planda bloklaşmanın olduğunu görmək mümkündür. Biz bu münaqişədə tərəfləri şərti olaraq İsrail və Fələstin bloklarına bölsək, İsrail blokunda təmsil olunanlara, əsasən, ABŞ və Qərbi Avropa dövlətlərini, xüsusilə də Böyük Britaniyanı nümunə göstərə bilərik. Fələstin blokuna isə Türkiyə, İran, Rusiya, müsəlman ölkələrinin böyük əksəriyyətini, o cümlədən bəzi ərəb ölkələrini nümunə göstərə bilərik. Bu məsələdə bir də bitərəf mövqe sərgiləyənlər var ki, bunlar da tərəflərlə münasibətlərdə balansı qorumağa çalışanlar kimi də qəbul edilə bilərlər. Bu münaqişədə Türkiyənin Fələstinə diplomatik və siyasi dəstək verməsi, həmçinin İranın HƏMAS və Hizbullah kimi hərbi qruplaşmalar vasitəsilə dəstək verməsi İsraili daha çox narahat edən məsələlərdəndir”- o qeyd edib.
Politoloq əlavə edib ki, məsələyə dini aspektdən yanaşsaq, burada uzun illərdir baş verənlər iki fərqli dinin toqquşması kimi də qəbul edilə bilər:
“Xüsusilə onu qeyd etmək lazımdır ki, Qüds şəhərinin üç dinin mərkəzi olması, məsələnin bir az daha qəlizləşməsinə şərait yaradan amillərdəndir. Belə ki, tərəflər bu şəhəri özləri üçün müqəddəs hesab edirlər və ona görə də qarşı tərəfə güzəştə getmək niyyətində olmadıqlarını atdıqları addımlarla sübut edirlər. Məhz son genlər Qüdsdə yerləşən Əl Əqsa məscidində baş verənlər deyilənlərə açıq nümunə kimi qəbul edilə bilər.
Məsələyə bir də etnik aspektdən yanaşsaq, burada baş verənlərin ərəb-yahudi müstəvisindən də kənara çıxdığını görmək mümkündür. 1948-ci ildə İsrailin özünü müstəqil dövlət elan etməsindən sonra başlayan proseslər 1967 və 1973-cü illərdə İsrail-Ərəb müharibəsinə qədər yüksəldi. Təbii ki, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın basqısı ilə ərəb ölkələri birliyi bir müddət sonra dağılsa da, nəticə etibarı ilə tərəflər arasında etnik münaqişənin daima mövcudluğunu qoruduğunu demək mümkündür. 1979-cu ildə Misir və İsrail arasında Kemp Devid anlaşmasının imzalanması ilə İsrailə qarşı ərəb birliyi anlayışı aradan qalxsa da, fərdi şəkildə İsrailə qarşı münasibət yenə də normal olmadı. Yəni qısa şəkildə desək, buna həm də ərəb-yəhudi münaqişəsi kimi də yanaşmaq olar.
Görünən odur ki, münaqişə həm dalana dirənib və tərəflər öz maraqlarını güzəştə getmək niyyətinə görünmürlər. Belə olan halda İsrail-Fələstin münaqişəsinin tezliklə bitəcəyi yaxud kompromis variantın əldə ediləcəyi reallığa yaxın görünmür.
Sözsüz ki, siyasətdə çarə dükınmir. Əgər tərəflər vəziyyətin normallaşması və münaqişənin sülh prosesinə yönəldilməsi və beləliklə də insan itkisinin qarşısını almaq üçün bəzi güzəştlərə gedə bilərlər. Bu güzəştlər regiona beynəlxalq mandatı olan və çoxtərkibli sülhməramlı qüvvələrin gətirilməsi, münaqişənin başlandığı ilk illərdə tərəflərin mövcud olmuş sərhədlərə qaytarılması və nəhayət BMT-nin münaqişənin həlli istiqamətində qəti nəticələr verəcək "yol xəritəsi"nin hazırlayıb tətbiq edilməsinə nəzarət etməsi ola bilər.
Hesab edirəm ki, bundan sonra uzun illərdir davam edən münaqişənin həlli istiqamətində uğurlu nəticə əldə etmək mümkündür”.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub