Kamaləddin Qafarov: Vətən müharibəsi Azərbaycan üçün yeni nailiyyətlərin başlanğıcı hesab olunur
Milli Məclisin deputatı Kamaləddin Qafarov - 10 Noyabrda tərəflərin imzaladığı Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bu maddə Zəngəzur dəhlizi ideyasının təməli oldu. Bildiyimiz kimi 1920-ci ildə Şərur-Dərələyəzin, 1921-ci ildə isə Yuxarı Zəngəzurun Ermənistana verilməsi, 1929-cu ildə isə Ordubad və Zəngilan rayonlarının bir sıra əraziləri hesabına Mehri rayonunun yaradılması Azərbaycanla Naxçıvan arasında quru sərhədlərinin itirilməsinə səbəb olmuşdur. I Qarabağ müharibəsinə qədər Azərbaycan Ermənistan ərazisi hesabına Naxçıvanla əlaqə yaratsa da müharibədən sonra Naxçıvanla quru əlaqəsi tamamilə itirilmişdir ki, bu da Azərbaycan iqtisadiyyatı üçün böyük itkilərə səbəb olmuşdur. Yaradılacaq Zəngəzur dəhlizi Azərbaycan eyni zamanda Türkiyə iqtisadiyyatına çox şey qazandıracaq. Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək. Belə ki, Türkiyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan strateji dəhliz qazanaraq 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapılarını özü üçün açmış və təbii ki, bu yolun Azərbaycandan keçməsi Azərbaycanın siyasi və iqtisadi nüfuzuna çox şey qazandırmış olacaq.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmanı “tarixi nailiyyət” adlandıraraq bunun Azərbaycan üçün gətirəcəyi naliyyətlərdən və layihənin reallaşdırılması planlarından geniş şəkildə ictimaiyyətə məlumat vermişdir, lakin qarşı tərəf yenə öz əqidəsinə sadiq qalaraq prosesin gedişinə müxtəlif yollarla maneə olmağa çalışır. Belə ki Ermənistanda qarşıdan gələn seçkilərlə əlaqədar Paşinyan layihənin həyata keçirilməsinə müxtəlif yollarla mane olmağa çalışır. Paşinyan Zəngəzur dəhlizi olursa qarşılığında “Naxçıvan dəhlizi” kimi mənasız tələbi irəli sürərək, İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə zorla həll edəcəyik” fikirini əlində bayraq edərək yenə öz böyük qardaşlarına ağlaşma quraraq Azərbaycan tərəfinin Ermənistan əraziləri üçün təhlükə yaratdığını əsaslandırmağa, bununlada layihənin həyata keçməsi prosesində maneələr yaratmağa çalışır. Ermənistan məğlubiyyətdən keçən müddət ərzində özünü dünyaya məzlum və hüquqları tapdalanmış bir xalq kimi göstərməklə, məğlubiyyətdən də yararlanmağı bacaracaq qədər məzlum və mənfur düşməndir. Bir neçə gün əvvəl artıq Amerika prezdentinin illərdir təxirə salınan “erməni soyqırımı” ifadəsini işlətməsi hadisələrin gedişi fonunda heç də təsadüfi deyildi. Ermənistan atdığı addımlarla bizi heç də təəccübləndirmir, çünkü qarşı tərəf öz xislətinə uyğun davranır, lakin qarşısında sözlərlə deyil, əməllərlə addım atacaq Azərbaycanın olduğunu unudur.
Əminəm ki, tezliklə məsələ Azərbaycanın xeyrinə həll olunacaq. Zəngəzur dəhlizi ideyası reallıq olacaq və bu bizə çox şey qazandıracaq, ən əsası biz o dəhlizdən istifadə etdikdə hər dəfəsində öz torpaqlarımızdan keçib getdiyimizi biləcəyik. İlham Əliyevin bu məsələdə qəti mövqeyi bizə bunu deməyə əsas verir. Azərbaycan tərəfi bütün prosesləri hüquqi əsaslarala aparmağa çalışır. Keçən zaman bizə bizdən başqa çarə olmadığını dəfələrlə sübut edib, odur ki, Tanrı xalqımızı, qəhrəman ordumuzu qorusun.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||