Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
Ölkə
Oxunub: 150
8 fev 2026 | 01:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 2-5 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri, bu səfərin müddəti, onun çərçivəsində keçirilən görüş və tədbirlərin əhatəsi, həmçinin eyni vaxtda orada baş tutan bir sıra digər beynəlxalq toplantılarda Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətləri ilə geniş təmsil olunması cari ilin ən diqqətəlayiq hadisəsi kimi yadda qaldı.

Qeyd edilən səfər zamanı BƏƏ-nin ev sahibliyi ilə gerçəkləşdirilən Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün, iki ölkə arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsinə müsbət təsir etdiyini desək heç də yanılmarıq. Öz çıxışında ölkə rəhbərimiz bu prosesə BƏƏ-nin əvvəldən verdiyi töhfəni vurğulayaraq qeyd etmişdir ki, 2025-ci ilin 8 avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığı tarixi Vaşinqton Sammitindən bir ay əvvəl - ötən ilin iyul ayında - iki ölkə arasında sonuncu danışıqlar raundu, məhz BƏƏ-də baş tutmuşdur: “Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.”

Bu baxımdan, fevralın 4-də BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təntənəli təqdimolunma mərasimində çoxsaylı dövlət başçılarının təbrik videomüraciətləri, onların Azərbaycan Prezidentinə verdikləri önəmin ifadəsi olduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin uğurlu vasitəçilik rolunun da etirafı idi.

Bu rolun təsdiqi kimi qeyd etmək olar ki, BƏƏ-nin Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərinə ev sahibliyi etdiyi eyni vaxtda, daha dəqiq desək 4-5 fevral tarixində Əbu-Dabidə Ukrayna-Rusiya danışıqları da baş tutmuşdur. Ukrayna tərəfi bu danışıqların həqiqətən konstruktiv keçdiyini, onun yekunu olaraq 157 ukraynalı hərbçinin azad edilidiyini elan edərək, Birləşmiş Ərəb Əmirliklərinə keyfiyyətli təşkilatçılıq və vasitəçilik üçün təşəkkürünü bildirib.

Görünən odur ki, istər Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna, istərsə də digər münaqişəli ölkələr arasında beynəlxalq sülh danışıqları üçün etibarlı vasitəçi kimi çıxış etməklə, BƏƏ təkcə regional deyil, həm də qlobal təhlükəsizlikdə söz sahibi olmaq istəyini nümayiş etdirir. Mürəkkəb beynəlxalq problemdə vasitəçilik rolunu öz üzərinə götürməklə, bu ölkə öz beynəlxalq nüfuzunu sadəcə enerji və ticarət sahəsində deyil, həm də geosiyasi dəstəkdə də genişləndirir.

Buna sübut kimi son həftə ərzində bu ölkədə baş tutan böyük beynəlxalq tədbirləri qeyd etmək kifayətdir. Bu tədbirlərdən biri 3-5 fevral tarixlərində Dubayda keçirilən, Azərbaycanın nazir və məsul şəxslərinin də qatıldığı Dünya Hökumətlər Sammiti (WGS) olmuşdur. Sözügedən Sammit 150-dən artıq ölkədən rəsmi şəxsləri, o cümlədən 60-dan çox dövlət və hökumət başçısını və onların müavinlərini, 500 naziri, 80-dən çox beynəlxalq və regional təşkilat və qlobal qurum rəhbərlərini, 700-dən çox aparıcı beynəlxalq korporasiyaların baş direktorları da daxil olmaqla ümumi olaraq 6250-dən çox nümayəndəni bir araya gətirmişdir. Sammit dünya səviyyəli liderləri bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Bu da ki, BƏƏ-nin qlobal gündəmdəki rolunu gücləndirir və ölkəni beynəlxalq siyasi dialoqun mərkəzinə çevirir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev səfər zamanı çıxışlarının birində Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən firavan və ən uğurlu ölkələrindən biri kimi xarakterizə edib, onu bir çox ölkələr üçün nümunə olduğunu vurğulamışdır. Ərəb ölkələri arasında Azərbaycana ən çox investisiya yatıran və ən yüksək ticarət dövriyyəsinə malik olan ölkənin Birləşmiş Ərəb Əmirlikləri olması yuxarıda qeyd edilənləri bir daha təsdiq edir.

Azərbaycan üçün BƏƏ ilə geniş münasibətlər yaratmaq, Qərbi Asiya və Körfəz regionu ilə siyasi inteqrasiyanı artırmaq, həmçinin BƏƏ-ni etibarlı tərəfdaş olaraq möhkəmləndirmək anlamına gəlir. Belə əlaqələr ölkənin regional balans siyasətini dəstəkləyir. Bundan əlavə, Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə BƏƏ investisiyalarının genişləndirilməsi, Azərbaycan üçün Avropa enerji təhlükəsizliyinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Həqiqətən də, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla, Ərəb dünyasının ən nüfuzlu və qabaqcıl ölkələrindən olan BƏƏ bir çox sahələrdə ortaq maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanaraq öz münasibətlərini daha da inkişaf etdirə bilərlər. Ölkə başçılarının ötən bir neçə ildə baş tutan qarşılıqlı səfərləri və bu səfərlər əsnasında imzalanmış sənədlər, hər iki tərəfin bu münasibətlərin inkişafında maraqlı olduğunu bariz şəkildə göstərir. Cənab Prezident İlham Əliyevin son səfəri zamanı apardığı danışıqlar və onun iştirakı ilə imzalanan sənədlər, həmçinin eyni vaxtda bu ölkədə səfərdə olan digər hökumət nümayəndələrimizin əldə etdiyi razılaşmalar, habelə bu səfərlər çərçivəsində gerçəkləşən ictimai və dini liderlərinin təmasları, iki ölkənin siyasi, iqtisadi, investisiya, hərbi-təhlükəsizlik, təhsil, dini, sosial xidmət və digər sahələrdə çox şaxəli, güclü əlaqələrinə təkan verən amillər olacağına şübhə yoxdur. Çünki hal-hazırda ikitərəfli əlaqələr qurulduğu tarixdən bəri özünün ən zirvə nöqtəsinə çatmışdır.



Rasim Abdulla

Şərqşünas araşdırıcı
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031