Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Ölkə
Oxunub: 66
15 dek 2025 | 10:36


Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılışda hər iki ölkənin incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Əvvəlcə qonaqlar Özbəkistanın mədəni irsinə, tarixinə və müasir inkişafına həsr edilmiş fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, bu tədbir sadəcə bir görüş deyil, iki qardaş xalqın bir-birinə olan hörmətinin və məhəbbətinin parlaq təzahürüdür.

O qeyd edib ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsi bütün Türk dünyasının mədəni həyatında önəmli və tarixi hadisədir. Bildirilib ki, xalqlarımız Azərbaycanda özbək mədəniyyətinə, Özbəkistanda isə Azərbaycan mədəniyyətinə hər zaman böyük sevgi və rəğbətlə yanaşıb. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ənənəsi ortaq mənəvi sərvətimizi qorumaq öhdəliyimizin ifadəsidir və bu ənənənin davamlı olması strateji əməkdaşlığımızın təbii nəticəsidir.

Fərid Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan və Özbəkistan xalqlarını qədim dövrlərdən birləşdirən tarixi, mədəni və mənəvi bağlar mövcuddur: “Biz təkrarolunmaz Türk dünyasının ayrılmaz hissəsiyik”. O bildirib ki, ortaq tarixi köklərimiz, eyni dil ailəsinə mənsubluğumuz, zəngin mədəni irsimiz və dini dəyərlərimiz ölkələrimiz arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Bu əlaqələr siyasi, iqtisadi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıqla daha da zənginləşir.

Nazir müavini, eyni zamanda, Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda — beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı və onun mədəniyyət üzrə ixtisaslaşmış qurumları, UNESCO, ICESCO və MDB çərçivəsində daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Bahodir Əhmədov qeyd edib ki, bu tədbir Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu bir daha göstərir. O vurğulayıb ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi qardaş xalqlarımızın bir-birinə olan sevgisinin, hörmətinin və ortaq mənəvi dəyərlərinin parlaq təzahürüdür.

Nazir müavini bildirib ki, proqram üçün ciddi hazırlıq görülüb, bütün detallar diqqətlə planlaşdırılıb və təşkil olunub.

B.Əhmədovun sözlərinə görə, konsertdə təkcə özbək ifaçılarının – müğənnilərin və sazəndələrin çıxışları deyil, eyni zamanda, Azərbaycan musiqisi, mahnıları və sənət nümunələri də səslənəcək. O qeyd edib ki, bu, mədəniyyətlərimizin bir-birini necə zənginləşdirdiyini, ortaq köklərimizin nə qədər yaxın olduğunu nümayiş etdirir.

Sonra konsert proqramında Özbəkistanın zəngin mədəni irsini əks etdirən musiqilər və rəqs tamaşaları təqdim olunub.

Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.

Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək.

Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclasının keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət günləri çərçivəsində, həmçinin “Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.

Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təqdim olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930