Azərbaycan Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib

Müasir dünyada dövlətlərin iqtisadi inkişafını tranzit-nəqliyyat əlaqələri və enerji sistemi olmadan təsəvvür etmək mümkün deyil. Dövlətlərin iqtisadi inteqrasiya proseslərinə qoşulmadan inkişafından söhbət gedə bilməz. Bu baxımdan dünya əhalisinin 40 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışması təsadüfi xarakter daşımır.
AZƏRTAC xəbər verir ki, 1996-сı ildə yaradılan “Şanxay beşliyi”nin (Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan) əsasında formalaşan ŞƏT yeni üzvlər hesabına böyüyərək hazırda Avrasiya materikinin 3,5 milyon kvadratmetr ərazisini (65 faiz) əhatə edir. Qlobal xarakter daşıyan iqtisadi çətinliklərə baxmayaraq 2024-cü ildə təşkilata üzv dövlətlərin sənaye istehsalı ümumilikdə 4,6, ümumi daxili məhsul (ÜDM) istehsalında isə 5 faiz artım müşahidə edilib. Böyük iqtisadi potensiala malik olan təşkilatla əməkdaşlıq əlaqələrinin artması region ölkələri üçün faydalıdır.
Çin ŞƏT-in iqtisadi və siyasi cəhətdən ən qüdrətli dövlətidir. Bununla yanaşı Pakistan, Türkiyə, İranın təşkilata üzvlüyü onun potensialını daha da artırır. ŞƏT-in sentyabrın 1-də Tiencin şəhərində keçirilən 25-ci Sammitində 30 dövlət başçısı və 10 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib. Çinin Sammitdə üzv dövlətlərə qrant formasında 275 milyon, kredit formasında isə 1,4 milyard dollar vəsait ayıracağını bildirməsi onun iqtisadi və siyasi qüdrətinin göstəricisi olmaqla yanaşı, dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək niyyətini də ortaya qoyur.
Azərbaycanın coğrafi mövqeyi və dövlət siyasətinin praqmatik xarakter daşıması onu cəlbedici partnyora çevirib. Çinin irəli sürdüyü beynəlxalq layihələrdə Azərbaycan aparıcı yer tutur. İstər nəqliyyat-tranzit, istərsə də enerji sahələrində əməkdaşlıqda rəsmi Bakı Pekin ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir. Bu funksiya ölkəyə iqtisadi dividendlər qazandırmaqla yanaşı, siyasi zəmanət də verir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi regionda yeni reallıq yaradıb ki, bu da beynəlxalq ticarət və enerji əməkdaşlıq əlaqələrinin artmasına əlverişli siyasi və iqtisadi imkanlar meydana çıxarıb.
Berlində fəaliyyət göstərən Çin tədqiqatlar institutunun əməkdaşı Klaus Sun (Claus Soong) DPA xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, Çin ŞƏT Sammiti vasitəsilə beynəlxalq münasibətlərdəki əhəmiyyətli rolunu nümayiş etdirdi. Bunun üçün onun iqtisadi və siyasi potensialı var və bu potensialdan istifadə edib dayanıqlı iqtisadi inkişafı təmin edir. Onun fikrincə ŞƏT regional təşkilatdan qlobal quruma çevrilir.
Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Mərkəzinin direktoru Abay Saxanov nəzərə çatdırıb ki, bu gün Çin şirkətləri ŞƏT-ə üzv dövlətlərdə 3 mindən çox müəssisə açaraq 200 min iş yeri yaradıblar. Ötən il Çin ilə üzv dövlətlər arasındakı ticarət dövriyyəsinin həcmi 512,4 milyard dollar səviyyəsinə çatıb ki, bu da 2023-cü illə müqayisədə 2,7 faiz çoxdur. Onun sözlərinə görə Sammitdə “2035-ci ilə kimi ŞƏT strateji inkişaf haqqında” sənədin imzalanması perspektivdə üzv ölkələrin iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyacağından xəbər verir.
Bu gün aktuallığı ilə ABŞ-ın da diqqətini cəlb edən Zəngəzur dəhlizi və bu dəhlizin fəaliyyəti üçün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri rəsmi Bakını ŞƏT-ə üzv ölkələrin ən yaxın tərəfdaşına çevirib. Orta Dəhlizin əsas seqmentinə çevrilən Zəngəzur dəhlizi, eyni zamanda, təşkilat üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Trans-Xəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Orta Dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə ŞƏT arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də azaldır. 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artıb. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınıb. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil edib. Bu nəticələr Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının mərhələ-mərhələ reallığa çevrildiyini söyləməyə imkan verir.
Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhlizin yeni nəqliyyat seqmenti olmaq baxımından əhəmiyyətə malikdir. Artıq uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti hazırdır. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və Şərq-Qərb istiqamətində yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Beləliklə, qeyd etmək olar ki, Orta Dəhliz layihəsi artıq reallıqdır və Çindən başlayan Şimal-Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta Dəhliz yeni geosiyasi reallıq yaratmaq potensialına da malikdir və Şərqlə-Qərb arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Dəhliz Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz ŞƏT ölkələrinin strateji dəyərini artırır və iqtisadi tərəqqiyə töhfə verməklə yanaşı, sürətlə dəyişən qlobal şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir.
ŞƏT-in 25-ci Sammiti Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya regionunda aparıcı aktor olduğunu dünyaya təqdim etdi. Azərbaycan logistika, nəqliyyat strategiyası ilə qlobal müstəviyə inteqrasiya olunub, Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib və tərəfdaşlarının uğurunu şərtləndirəcək qədər əhəmiyyət qazanıb.
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
20-02-2026, 12:13
Azərbaycan Hakimlərinin II Forumu keçirilir
20-02-2026, 12:09
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb
16-02-2026, 00:41
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
16-02-2026, 00:39
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
16-02-2026, 00:37
Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb
16-02-2026, 00:35
Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir
16-02-2026, 00:33
Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
16-02-2026, 00:32
Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı paylaşım edilib
16-02-2026, 00:31
Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib
16-02-2026, 00:29
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
16-02-2026, 00:28
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər
12-02-2026, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
12-02-2026, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM