Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür

İyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür.
AZƏRTAC xəbər verir ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunduğunu əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Diplomatiya gününün müəyyənləşməsi ilə bağlı bir neçə təklif nəzərdən keçirilib. Nəticə etibarilə belə qərar verilib ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasından sonra Azərbaycan Hökuməti tərəfindən Qərbi Avropa və Amerika ölkələrində diplomatik nümayəndəliklərin təsis olunması ilə bağlı qanun layihəsi hazırlanıb. Bu addım, gənc dövlətin beynəlxalq aləmdə tanınması və möhkəmlənməsi istiqamətində əhəmiyyətli bir mərhələ idi. Lakin 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. Nəticədə, 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.
Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ümummilli Lider Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızıb.
Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.
Ulu Öndər Heydər Əliyevin xarici siyasət xətti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürüdür. Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik bir dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
Ölkəmizin beynəlxalq və regional miqyasda rolu və nüfuzu durmadan artır. 2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca 2017–2019-cu illər üçün 176 ölkənin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması xarici siyasət sahəsində mühüm nailiyyətlərdir. Eyni zamanda, 2019-2023-cü illərdə Azərbaycanın dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin qlobal diplomatik platformalarda nüfuzunu daha da artırıb. Bu uğurların davamı olaraq, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığının və nüfuzunun bariz nümunəsidir. Regionun lider dövləti kimi tanınan Azərbaycan bu gün qlobal miqyasda da fəal və prinsipial mövqe sərgiləyən ölkələrdən biridir.
Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və bu təşkilatların işində mühüm rol oynayır.
Əldə edilən uğurlar qarşıya yeni vəzifələr qoyur. Bu da öz növbəsində, Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından geniş imkanlar yaradır. Xarici siyasətimizin əsas prioritetləri sırasına ölkəmizin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi, bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və qlobal təhlükəsizliyin təmin olunmasına töhfə verilməsi kimi məsələlər daxildir.
Son illərdə regionda baş verən hadisələr bir daha göstərir ki, güclü və özünəinamlı Azərbaycan qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olur və bu tendensiya gələcəkdə də davam etdiriləcək.
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
24-04-2026, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24-04-2026, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
24-04-2026, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
24-04-2026, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |