Avtobus və metro üçün yeni KART YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMA

Avtobus və metrolar üçün yeni KARTLAR YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMABu gün avtobus və metrolarda nağdsız ödəniş vastəsi kimi "Bakıkart"dan istifadə olunur. İctimai nəqliyyatda yeni ödəniş üsullarının tətbiqi insanların rəqəmsal biliklərinin artmasına imkan verir. Hazırda insanlar "BakıKart"dan savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də ödəniş edirlər. Amma hələ də bu sahədə ciddi çatışmazlıqlar var. Vətəndaşlar bu üsullarla yanaşı, alternativ yol kimi bank kartlarından da istifadə etmək istəyirlər.
Bəs metro və avtobuslarda bank kartları ilə ödəniş etmək nə vaxt mümkün olacaq?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda həm metro, həm də avtobuslarda bank kartlarından istifadə ilə bağlı ciddi işlər görülür:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla bağlı açıqlama vermişdi. Hazırda belə bir layihə üzərində iş gedir. Hətta "Bakıkart"dan daha üstün funksiyalara malik sistem olmalıdır ki, bank kartları tanına bilsin. Gələcəkdə ictimai nəqliyyatda ödəniş sistemi ilə bağlı fərqli yanaşmalar olacaq. Tələbə, təqaüd , hətta qazilər üçün kartlar hazırlanacaq. Eyni zamanda günlük, həftəlik və aylıq kartların hazırlanması planlaşdırılır. Onlar fərqli qiymətlərdə olacaq. Avtobus və metro üçün illik kart alanda büdcə baxımdan sərfəli olur. Bu gün gediş haqqı 50 qəpikdirsə, həmin kartlarla sərnişinə 40 qəpiyə başa gələcək".
Ətraflı
Ads by
4
Reklamınızı SmartBee ilə effektiv edin.
Ekspertin sözlərinə görə, vətəndaşı ictimai nəqliyyata həvəsləndirmək üçün belə kampaniyalar keçirilir, bonuslar verilir. Vətəndaş aylıq və illik ödəniş edib, kart alanda üstünlükləri hiss edəcək:
"Gələcəkdə belə bir mexanizm yaradılacaq. Əlbəttə ki, fərqli kartlar da olacaqdır. Bunun həlli üçün avtobusların hamısı kart sistemə keçməlidir. Bu gün Azərbaycanda elə avtobuslar var ki, orada validator quraşdırmaq çətindir. Ödəmə cihazlarını oraya quraşdırmaq mümkün deyil. Vətəndaşlar avtobusun ön qapısından minib, arxa qapısından düşürlər. Sistemi həmin avtobuslara quraşdıranda minmək mümkün olmayacaq. Çünki köhnə avtobuslardır. Həmin avtobuslar istehsal ediləndə nağdsız ödənişə keçid təsəvvürlərində olmayıb. Xırda problemlər mövcuddur. Bu ay yaxud önümüzdəki aylarda həll olunacaq deyə bilmərəm. Amma bu 1-2 il ərzində baş verə bilər".
Qeyd edək ki, Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil. Bundan başqa, 200-ə yaxın avtobusun da nağdsız ödənişə keçirilməsi ilə bağlı işlər görülür.
Milli.Az
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar